“Azexport” portalının dəstəyi ilə ixrac coğrafiyası genişlənir

Bakı, 22 noyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Azexport.az” portalı “Aznar” QSC-yə 2019-2020-ci illər üzrə “Sərbəst satış sertifikatı” təqdim edib.
Bu barədə AZƏRTAC-a İİTKM-in mətbuat xidmətindən məlumat verilib.
“Azexport” portalının meneceri Ayxan Qədəşov bildirib ki, portal əməkdaşlıq etdiyi digər şirkətlər kimi “Aznar” QSC-yə də “Made in Azerbaijan” brendi ilə istehsal olunan spirtli və spirtsiz içkilərin ixrac coğrafiyasının şaxələndirilməsi istiqamətində işləri davam etdirməyə dəstək olur: “Azexport.az” internet portalı tərəfindən “Aznar” QSC-yə 2019-2020-ci illər üzrə yeni “Sərbəst satış sertifikatı” təqdim olunub. Təqdim olunan sertifikatlar sayəsində ixracatçı şirkət Ərəb və Okeaniya ölkələrinə məhsul ixracını davam etdirəcək”.
Qeyd edək ki, 2018-2019-cu illər üzrə 7 yerli şirkətə “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsulların ixrac coğrafiyasının genişləndirilməsi məqsədilə ümumilikdə 196 sertifikat təqdim olunub.
Sərbəst satış sertifikatı Azərbaycanda ilk dəfə “Azexport” portalı tərəfindən təqdim olunub. “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın və “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli Fərmanına əsasən, sərbəst satış sertifikatı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən verilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2025 [18:56]
® “Ziraat Bank” Azərbaycan 2025-ci ilin 1-cü rübünü mənfəətlə başa vurub
- 18.04.2025 [18:34]
İqtisadiyyat nazirinin birinci müavini Gəncədə vətəndaşlarla görüşüb
- 18.04.2025 [18:31]
Azərbaycanın dövlət borcu açıqlanıb
- 18.04.2025 [18:07]
® ABB-dən yeni rəqəmsal yığım hesabı və əlavə qazanc fürsəti
Yardımlı rayonunda zəlzələ olub
- [16:47]
Qubada qanunsuz tikili sökülüb
- [10:45]
Sədaqət Hüseynova: Miqren irsi meyilliliyi olan xəstəlikdir
- 18.04.2025 [23:48]
AMADA Xankəndidə antidopinq maarifləndirmə proqramı həyata keçirib
- 18.04.2025 [21:26]
Bakıda türkiyəli rəssamın sərgisi açılıb
- 18.04.2025 [19:53]
“Rəqəmsal gömrük və media” mövzusunda seminar keçirilib
- 18.04.2025 [19:20]
Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib
- 18.04.2025 [19:13]
Mingəçevir şəhərində yeni su layihəsinin icrası başa çatdırılıb
- 18.04.2025 [19:11]