İQTİSADİYYAT
AZPROMO-nun rəhbəri WAIPA-nın vitse-prezidenti seçilmişdir
Bakı, 29 yanvar (AZƏRTAC). Cənubi Afrika Respublikasının Keyptaun şəhərində İnvestisiyaların Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) İdarəetmə Komitəsinin növbəti iclası keçirilmişdir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildirmişlər ki, fondun aktiv fəaliyyəti, assosiasiyanın inkişafına verdiyi töhfə və yüksək nüfuza malik olması nəzərə alınaraq İdarəetmə Komitəsinin qərarı ilə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov WAIPA-nın vitse-prezidenti seçilmişdir.
Artıq 3 ildir ki, AZPROMO WAIPA-nın İdarəetmə Komitəsində Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə direktordur.