“AZTELEKOM” MÜXTƏLİF BÖLGƏLƏRDƏ YENİ RABİTƏ OBYEKTLƏRİ İSTİFADƏYƏ VERƏCƏKDİR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, 28 may -Respublika günü münasibətilə “Aztelekom” İstehsalat Birliyi (İB) respublikanın müxtəlif bölgələrində yeni rabitə obyektləri istifadəyə verəcəkdir.
Birlik bayram ərəfəsində Quba rayonunun Xaltan kəndində, İmişli rayonunun Qızılkənd və Boşçalar, Yardımlı rayonunun Vərgədüz, Qəbələ rayonunun Blux və Çuxur, Qusar rayonunun Bala Qusar, Agdaş rayonunun Abad, Masallı rayonunun Sərçuvar, Sabirabad rayonunun Qaratəpə kəndlərində elektron ATS-lər istifadəyə verəcəkdir.