Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

AzTU və Milli Aviasiya Akademiyasının birgə işi ilə 2030-cu ilədək 1000 mütəxəssisin hazırlanması nəzərdə tutulur - MÜSAHİBƏ

AzTU və Milli Aviasiya Akademiyasının birgə işi ilə 2030-cu ilədək 1000 mütəxəssisin hazırlanması nəzərdə tutulur - MÜSAHİBƏ

Bakı, 13 may, Xatirə Cəfərova, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) və Milli Aviasiya Akademiyasının (MAA) tələbələrinin ilk dəfə birgə hazırladığı müdafiə təyinatlı pilotsuz uçuş aparatının (PUA) ilk uçuşu həyata keçirilib. Həmin PUA Türk Aviasiya və Kosmik Sənayesi Şirkətinin (TUSAŞ) dəstəyi, AzTU-nun və MAA-nın birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “AzTU-Turkish Aerospace, MGP 2023.1” yüksəkixtisaslı Mühəndis Gəliştirmə Proqramı (MGP) nəticəsində ərsəyə gəlib. AzTU-nun Ömürboyu Öyrənmə Məktəbinin direktoru Aynurə İsmayılova AZƏRTAC-ın layihə ilə bağlı suallarını cavablandırıb.

-Bu layihənin tələbələrin karyerasına nə kimi təsiri ola bilər?

-Öncə qeyd edim ki, Proqram dinləyiciləri 3 və 4-cü kurs bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alan tələbələr və gənc müəllimlərdən ibarət olub. Bu isə Proqram çərçivəsində tələbələri təkmilləşdirməklə onların əmək bazarına hazırlanmasına birbaşa kömək göstərir. Belə ki, tələbələr əvvəlcədən müəyyən edilmiş qrup şəklində işləməklə komanda halında çalışmağı bacarır, eyni zamanda, müzakirələr əsasında tənqidi düşüncə formalaşır. Digər tərəfdən, müdafiə sənayesinin qlobal əmək bazarında problem məsələlərinin həllinə dair yanaşmanı mənimsəyirlər ki, bununla da tələbələr tələb olunan bacarıqlara yiyələnirlər. Bu da əmək bazarı üçün cəlbedicidir.

-Proqramda iştirak edən 5 tələbə “Bayraktar Texnologiya Azərbaycan" şirkətindən iş təklifi alıb. Bu tələbələr barədə məlumat verərdiniz.

- AzTU-nun magistratura tələbəsi Yusif Məhərrəmov MGP Proqramında “Avionika və proqramlaşdırma” komandasının üzvü kimi iştirak edib və hazırda “Bayraktar Texnologiya Azərbaycan” şirkətində elektron sistem dizaynı mühəndisi kimi fəaliyyətə başlayıb.

MGP Proqramında “Avionika və proqramlaşdırma” komandasının üzvü olan MAA-nın magistratura tələbəsi Əli Abidinov hazırda şirkətdə PUA pilotu kimi çalışır. AzTU-nun əməkdaşı Nicat Bəkirli MGP Proqramında “Konstruktiv dizayn” komandasının üzvü kimi iştirak edib və hazırda şirkətdə mexaniki inteqrasiya mühəndisi kimi fəaliyyətini davam etdirir. AzTU-nun magistratura tələbəsi Meraj Abasquliyev MGP Proqramında “Konstruktiv təhlil” komandasının üzvü kimi təmsil olunub və hazırda “Bayraktar Texnologiya Azərbaycan” şirkətində konstruktiv analiz mühəndisi kimi çalışır. MAA-nın magistrantı Yəhya Əhədov MGP Proqramında “Avionika və proqramlaşdırma” komandasının üzvü kimi iştirak edib və hazırda şirkətdə elektron sistem dizayn mühəndisi kimi fəaliyyətini davam etdirir.

Qeyd edim ki, “Bayraktar Texnologiya Azərbaycan” şirkətində mühəndis qismində işə cəlb edilənlər müvafiq qaydalara uyğun olaraq, Türkiyədə 4-6 ay müddətində xüsusi təlimlərdə iştirak edəcək və daha sonra ölkəmizə qayıdaraq, əsas fəaliyyətlərini davam etdirəcəklər. Təlim müddətində onlar təyin edilən vəzifə maaşının 75 faizini ala biləcəklər.

-Tələbələrin PUA-nı hazırlamasına təxminən nə qədər vəsait xərclənib?

-Əvvəla TUSAŞ-ın MGP Proqramı Azərbaycanın iki aparıcı universiteti AzTU və Milli Aviasiya Akademiyası tərəfindən birgə həyata keçirilib. Digər tərəfdən, proqramı yerinə yetirmək üçün seçilən 48 gənc hər iki universitetdən seçilib. Bununla universitetlərin ixtisasları və xüsusiyyətləri nəzərə alınaraq işə başlanılması, ilk ideyadan son uçuşa qədər olan bütün hazırlıq zənciri üzrə işlər planlaşdırılıb.

Layihə rəhbəri olaraq deməliyəm ki, bu işlərin görülməsi bir komanda kimi həyata keçirilib və mən bunu layihəmizin ən qiymətli nəticəsi kimi dəyərləndirirəm. Odur ki, bütün mərhələlər üzrə tədris prosesi, biliklərin tətbiqi, PUA yaradılması və uçuşunun həyata keçirilməsi hər iki universitetin resursları əsasında baş verib.

Onu da qeyd etmək istərdim ki, hər iki universitetin müvafiq kompüter şəbəkəsi, laboratoriya və emalatxanaları əhatə edən infrastrukturu, eləcə də proqram təminatları mövcuddur. Biz bu imkanlardan da optimal olaraq məharətlə istifadə etmişik.

Eyni zamanda, biz bu layihənin həyata keçirilməsi sayəsində TUSAŞ-da Mühəndis Gəlişdirmə Proqramı təcrübəsini əsas tutaraq birinci və ikinci kurs tələbələri üçün CAD/CAM/CAE proqram təminatı əsaslı Mühəndis Gəliştirmə Proqramını da həyata keçirməyə başlamışıq. Buna görə də müəyyən investisiya xərcləri qoyulub ki, bunlar universitet üçün ümumi tədrisin mükəmməlliyinə xidmət üçün istifadə olunacaq. Digər tərəfdən, tədrisin aparılması, təcrübələrin təşkili və uçuş prosesinin aparılması üçün müəyyən cari xərclər də olub ki, bunlar layihə ilə yanaşı, universitetlərimizdə tədrisimizin keyfiyyəti, müvafiq sillabus və proqramların hazırlanması və yerinə yetirilməsinə birbaşa və dolayısıyla xidmət göstərir və göstərəcək.

Çəkilən xərclər ümumi olaraq tədris, tədqiqat və innovasiya prosesinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş xərclər olduğu üçün daha çox kadr hazırlığı ilə yanaşı, universitetin əmək bazarına daha güclü inteqrasiyası, ölkəmizin müdafiə qabiliyyətinin artırılmasında rolunun artması və nəhayət qlobal əmək bazarının kəskin artan tələbinə cavab verən kadr hazırlığına xidmət edəcək.

-Tələbələrin hazırladığı bu və ya digər PUA (yaxud digər aparat) kütləvi şəkildə istehsal edilə bilərmi?

-Birmənalı demək istərdim ki, mühəndis kadr kimi tələbələrimizin əmək bazarının və müdafiə sənayemizin tələbinə cavab verən bacarıqlarının artırılması üçün təhsil və təlim işlərimizi, xüsusilə də MGP-ni daha da planlı, daha da səmərəli şəkildə davam etdirəcəyik.

Bu proqramın bazası əsasında Ömürboyu Öyrənmə Məktəbi olaraq müxtəlif qısa və ortamüddətli təlim və təhsil proqramlarının da formalaşmasına başlamışıq. Müxtəlif tədris səviyyəsi və pillələrində belə proqramların hazırlanıb həyata keçirilməsinə böyük ehtiyac və tələb var. Əlbəttə ki, MGP proqramının tələbinə uyğun olaraq hər təlim ilinin sonunda bir məhsulun ortaya çıxması vacibdir. Odur ki, gələcəkdə müdafiə əhəmiyyətli digər PUA və ya aparatların da prototip olaraq hazırlanıb təqdim edilməsini həyata keçirəcəyik.

Bir məsələni də qeyd etməyi vacib sayıram ki, universitet kütləvi şəkildə məhsul istehsal edilən məkan deyildir. Universitetlər, xüsusilə texniki universitetlər müvafiq modellər və prototiplər hazırlayır, eyni zamanda, ciddi texniki-iqtisadi əsaslandırma tələb etməyən məhdud istehsalla məşğul ola bilirlər.

Əlbəttə ki, kütləvi istehsal sənaye komponentidir və bunun da ciddi texniki-iqtisadi araşdırmaya, eləcə də ciddi bazar araşdırılması və kommersiyalaşdırma işinə ehtiyacı var.

Onu da deməyi vacib sayıram ki, bu istiqamətdə universitetlərimiz müdafiə sənayemizin yanındadırlar və ölkəmizin müdafiə qabiliyyətinin artırılması üçün kütləvi istehsalın təşkilinə dair ciddi imkanlarını ortaya qoyublar. Düşünürəm ki, ölkəmizdə müdafiə sənayesi müəssisələrimizin inkişafı və bu sahədə universitetlərimizin tədris, tədqiqat və texnoloji innovasiyalar sahəsində səyləri kütləvi istehsal üçün yeni məhsulun ortaya çıxmasını sürətləndirəcək.

-Layihə yəqin ki, davam etdiriləcək...

-Layihə Mühəndis Gəliştirmə Proqramının davamlılığı təmin olunmaqla həyata keçiriləcək. Bunun üçün kifayət qədər ciddi işlər görülüb. İlk növbədə, tələbələrin proqrama cəlb edilməsi üçün seçim meyarları və sillabus müəyyənləşdirilib ki, bununla da mütəxəssis hazırlığının əsas prinsipləri işlənilib. Həmçinin qeyd etmək istərdim ki, MGP aerodinamik mühəndislik, maşın mühəndisliyi, mexatronika, metallurgiya, informasiya texnologiyaları, elektrik-elektronika, xəbərləşmə (radioelektronika) və s. mühəndislik istiqamətlərini birləşdirən multidisiplinar xüsusiyyətə malikdir. Layihədə məqsəd proqram çərçivəsində müasir dövrün müdafiə sənayesində xüsusi əhəmiyyəti olan pilotsuz uçuş aparatlarının istehsalı və istifadə edilməsi üçün yerli mühəndislərin hazırlanmasıdır. Odur ki, bu istiqamətdə işlərin görülməsi üçün yüksək parametrli kompüterlərlə təchiz olunmuş 4 sinif - təlim otaqları, təcrübələrin həyata keçirilməsi və istehsalın həyata keçirilməsi üçün 3D printerlərlə təchiz olunmuş emalatxana sahəsi qurulub.

Bununla da bir semestr ərzində 50 nəfərədək dinləyicinin hazırlığının həyata keçirilməsini təmin edən infrastruktur hazırlanıb. Bütün bu qeyd olunanlar layihənin davamlılığının təmin edilməsi üçün əsas amildir.

-Layihənin sonrakı mərhələlərində türk mütəxəssisləri ilə əməkdaşlıq olunacaq?

-İlkin mərhələdə bütün təlim prosesi TUSAŞ mühəndisləri tərəfindən aparılıb. Proqram çərçivəsində PUA hazırlanması ilə yanaşı, ciddi mütəxəssis hazırlanması da həyata keçirilib. Həmin mütəxəssislərimiz artıq təlim aparmaq imkanlarına malikdirlər ki, bu da davamlılığın təmin olunması üçün əsasdır. Bütün bunlarla yanaşı, Proqramın davam etdirilməsində növbəti mərhələdə TUSAŞ tərəfindən məhdud çərçivədə dəstək və mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulur. 2030-cu ilədək AzTU və MAA-nın birgə iş aparması ilə 1000 nəfərədək mütəxəssisin hazırlanması nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında mübarizəyə qoşulur

Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib

Şimal-qərb bölgəsinin məktəbliləri arasında “Zəfər” müsabiqəsinin zona mərhələsi keçirilib

Dayanıqlı inkişafın yeni dövrü: yaşıl transformasiya və iqlim maliyyələşdirilməsi – beynəlxalq elmi konfrans

Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri: Əməkdaşlığın gücləndirilməsinə növbəti töhfə ŞƏRH

Bu il mayın 1-dək Azərbaycanda qeydiyyata alınan sığortaolunanların sayı 5 milyondan çox olub

Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

Tacikistan Prezidenti Emoməli Rəhmonun rəsmi qarşılanma mərasimi olub

Laçın rayonunda fövqəladə hallar zamanı təxirəsalınmaz tədbirlərlə əlaqədar təlim keçirilib

Dünya birjalarında neft ucuzlaşıb

AZAL Buxarest və Sofiyaya 99 avrodan aviabiletlər təklif edir

Milli Məclisin deputatları NATO PA-nın yaz sessiyasında iştirak edəcəklər

Nazir müavini: “Yaşıl dünya naminə həmrəylik ili”ndə 5 milyon ağacın əkilməsinə nail olacağıq – MÜSAHİBƏ

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Daşkəsəndə vətəndaşlarla görüşəcək

Naxçıvan şəhərində magistral su xəttində qəza baş verib

Azərbaycan neftinin ucuzlaşması davam edir

Elektrik avadanlıqlarının çatışmazlığı Avropada yaşıl enerjiyə keçidi ləngidir

Diplomat: “Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı səylər sülhə ümid yaradır

Çin ordusu Tayvan separatçılarına “Birgə qılınc” təlimi ilə cavab verir

Makron Yeni Kaledoniyaya səfər edib

BMT: Vəhşi təbiətə qarşı qlobal cinayətlər "saysız-hesabsız zərər" verir

Fransa Senatı xarici müdaxilənin qarşısının alınmasına dair qanunu qəbul edib

Abşeronun misilsiz abidəsi - “Üç ovdan”

Antiislamçı Rasmus Paludan Avropa İttifaqı seçkilərində iştirak edir

ADNSU-da əcnəbi tələbələrin cəmiyyətə inteqrasiyası mövzusunda tədbir keçirilib

Rəcəb Tayyib Ərdoğan təbii fəlakətdən zərər çəkənlərə yardım toplayan azərbaycanlını mükafatlandırıb

"Atalanta" Avropa Liqasının qalibi olub YENİLƏNİB

Şəkidə məskunlaşan Ağdam sakini özünə qəsd edib

Türk dünyasının ilk müştərək film layihəsi ilə bağlı görüş keçirilib

Azərbaycan Basketbol Liqası: "Sabah" seriyada önə keçib

Avropa Liqasının finalı: "Atalanta" - "Bayer"in start heyətləri açıqlanıb

Gədəbəy sakinlərinin 74 illik ailə dəyəri... REPORTAJ – FOTO 

Azərbaycan Texniki Universitetində Alman Akademik Mübadilə Xidmətinin illik təqaüd mükafatlandırma mərasimi keçirilib

Naxçıvanın səhiyyə sistemində görülən işlərlə bağlı konfrans keçirilib

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ən yaxşı esse müsabiqəsinin qalibləri mükafatlandırılıb

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixində ilk dəfə komanda hesabında U-23 Avropa çempionu olub

Rişi Sunak Britaniyada növbədənkənar seçkilər elan edib

Azərbaycan səfiri BƏƏ xarici işlər nazirinin mükəmməllik mükafatına layiq görülüb

Azərbaycanın daha bir güləşçisi Avropa çempionatının qızıl medalına yiyələnib

Naxçıvanı “Şahin” hərbi-idman oyunlarında təmsil edəcək komanda məlum olub

Prezident Emoməli Rəhmon Şəhidlər xiyabanını ziyarət edib

Paşinyan: Sərhədlərin delimitasiyası Ermənistanın təhlükəsizliyini təmin edəcək

Azərbaycan-Tacikistan münasibətləri dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq uğurla inkişaf etdirilir

İcma: Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması müstəvisində regiondan kənar dövlətlərin yersiz müdaxilələri yolverilməzdir

Regional təhsil idarəsi: Biləsuvarda 8-ci sinif şagirdinin xəsarət alması ilə bağlı araşdırma aparılıb

“8 Noyabr” prospektində aparılan təmirlə əlaqədar 5 marşrut avtobusunun hərəkət istiqaməti dəyişdirilir

Azərbaycan hərbçiləri Türkiyədə keçirilən kursda iştirak edirlər

Tacikistan Prezidenti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib

Baş direktor: Standartlaşdırmanın əsas məqsədi dövlətin milli maraqlarını təmin etməkdir

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

TBMM Baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisdə görüşlər keçirib

Nərimanov rayonundakı ictimai iaşə müəssisəsində saxta alkoqollu içkilər aşkarlanıb

Xəzər rayonunda tikilidən 125 min manatlıq inşaat materialları oğurlanıb

HDQ-nin “N” hərbi hissəsinin yaradılmasından 32 il ötür VİDEO

Komitə sədri: Nehrəmdəki məktəb binasında əvvəlki illərdə tikinti norma və qaydalara uyğun aparılmayıb

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana dövlət səfərinə gəlib

“Ev təsərrüfatlarının uçotu Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin qurumun hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında
 Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DYP yolda hərəkətin məhdudlaşdırılacağı ilə bağlı məlumat yayıb

Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti zolaqlar üzrə məhdudlaşdırılacaq

Qulluq stajına görə əmək pensiyasına əlavələrlə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Rəsulzadənin 140 illik yubileyi Marneulidə qeyd olunub

Avropa çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb

AQTİ ilə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında təlim-təcrübə proqramına başlanılıb

Britaniyanın müdafiə naziri: Çin Ukraynada istifadə üçün Rusiyaya öldürücü silah yardımı edir

Zəngilan rayonunun Ağalı kənd sakinləri üçün oftalmoloji aksiya keçiriləcək

Jurnalist Reyçel Avraham: Erməniləri Qarabağdan heç kim silah gücü ilə çıxarmayıb

Naxçıvanda “Tibb tələbələri və gənc tədqiqatçıların respublika konfransı” keçirilir

Elm və təhsil naziri Londonda “Clarivate Analytics” şirkətinin rəhbərliyi ilə görüşüb

TikTok platformasının nümayəndə heyəti ilə Milli Məclisdə görüş keçirilib

Avropa çempionatı: Azərbaycanın iki qadın güləşçisi medal görüşünə çıxacaq

ALMA rəsədxanasının nümayəndələri BDU-da

TBMM-in Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyasının nümayəndə heyəti Milli Məclisdə olub

Plastik cərrahiyyə və digər estetik prosedurların keçirilməsinə dair hansı tələblər var?

Amerikalı qonaqlar azad edilən ərazilərdə köç prosesini ləngidən mina təhlükəsi barədə məlumatlandırılıblar

“Şamaxı” klubu Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb

ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Füzuli, Şuşa və Laçında olub

Qusarda əmək yarmarkası: 200-dək boş iş yeri, 1250 manatadək əməkhaqqı

BANM-də “Addım at” forumu keçirilib

Ankarada TÜRKPA ölkələrinin müdafiə və təhlükəsizlik üzrə əməkdaşlığının inkişafı yolları müzakirə edilib

Qobustan rayonunda yeni kənd həkim məntəqəsinin açılışı olub

Naxçıvan şəhərində mərkəzi kanalizasiya şəbəkəsinə qoşulmayan 100-dən çox yaşayış obyekti aşkarlanıb

“Pedaqoji Universitetin gələcək təhsil liderləri” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Kimya və kimya texnologiyası” mövzusunda lll respublika elmi konfransı işə başlayıb

Yığmanın baş məşqçisi: Parisə bütün komandaları məğlub etmək üçün gedəcəyik

Ermənistanın nicat yolu yalnız sülhdədir ŞƏRH

Bakıda “Gimnastika hamı üçün” adlı beynəlxalq turnir keçiriləcək

AQTİ ilə Ümum-Rusiya Bitki Karantini Mərkəzi arasında əməkdaşlıq genişləndirilir

İsmayıl Şıxlının əsərləri Türkiyə türkcəsində

Baş nazir Əli Əsədov İran İslam Respublikasında rəsmi anım mərasimində iştirak edib VİDEO

Bakıda keçirilən “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu başa çatıb

Qurban Yetirmişli: Azad olunmuş ərazilərdə geofiziki tədqiqatlar aparılmayıb

Görkəmli bəstəkar Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr edilmiş konsert olub

® “Birbank”dan daha bir yenilik: “Ninja” təklifi artıq mobil tətbiqdə

“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 iyun tarixli 107 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Milli Məclis Lüksemburq Deputatlar Palatasının sədrinin qərəzli fikirlərini kəskin şəkildə qınayıb

#TikTokdanÖyrən layihəsinin qalibləri bəlli olub

BMU-da tələbə və məzunlar üçün karyera festivalı keçirilib

Elm və təhsil nazirinin müavini Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib