Bağdadın şimalında silahlıların hücumu nəticəsində 7 nəfər həlak olub
Bakı, 2 may, AZƏRTAC
İraqın paytaxtından şimalda yerləşən Ət-Tərmiyə şəhərində silahlıların hücumu nəticəsində azı 7 nəfər həlak olub, 13 nəfər isə yaralanıb.
AZƏRTAC xəbər verir ki, “Al-Sumaria” telekanalının yaydığı məlumata görə, hücum İŞİD terror qruplaşmasının “yatmış” yuvaları tərəfindən həyata keçirilib və müəyyən insanlara yönəlib.
Ölkənin təhlükəsizlik qüvvələrindəki mənbə bildirib ki, hazırda şəhərin giriş-çıxış yolları bağlanıb və silahlıların axtarışı üzrə əməliyyat başlayıb. Bununla yanaşı, İraqın təhlükəsizlik qüvvələrinin mətbuat xidməti Ət-Tərmiyə şəhərində İŞİD dəstələrinin olması barədə KİV-in informasiyasını təkzib edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]
Pskov hava limanında uçuşlar dayandırılıb
- 09.06.2026 [12:25]
Lihannanın faciəvi ölümü: Fransada ədalət sisteminin növbəti uğursuzluğu
- 09.06.2026 [11:41]
Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb
- 09.06.2026 [11:31]