BAHAR-HÖVSAN-SURAXANI QAZ KƏMƏRİ BU İLİN SONUNDA İSTİFADƏYƏ VERİLƏCƏKDİR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, 2008-ci ilin əsas buraxılış obyektlərindən biri olan 20 düymlük Bahar-Hövsan-Suraxanı qaz kəməri ilin sonunadək istifadəyə veriləcəkdir.
Kəmər iki hissədən ibarət olacaqdır. Onun 37 kilometrlik Bahar-Hövsan hissəsi dənizin dibi ilə, 12 kilometrlik Hövsan-Suraxanı hissəsi isə quruda çəkiləcəkdir. Yeni qaz kəməri Bakının ətraf rayonlarında yerləşən əhalini və sənaye müəssisələrini, ilk növbədə “Şimal” elektrik stansiyasını mavi yanacaqla etibarlı təmin etməyə imkan verəcəkdir. Kəmərin ötürmə qabiliyyətinin sutkada 5 milyon kubmetr olması nəzərdə tutulur.
Qaz kəmərinin sualtı hissəsinin sifarişçisi “28 May” NQÇİ-dir. Boru kəmərinə “Günəşli” yatağından hasil edilən qaz vurulacaqdır. Kəmərin qurudakı hissəsinin sifarişçisi isə ARDNŞ-in Qaz Əməliyyatları İdarəsidir. Qaz kəmərinin layihəsi “Dənizneftqazlayihə” İnstitutunda hazırlanmışdır. Kəmərin inşa edildiyi ərazidə suyun dərinliyi 14-16 metrdir. Tikinti işləri “Süleyman Vəzirov” borudüzən gəmisi vasitəsilə aparılacaqdır. Hazırda gəminin təmiri və iş üçün hazırlanması prosesi başa çatmaq üzrədir.
İnşaat işlərinin baş podratçısı “Neftqaztikinti” Trestidir. Trestin iki ay öncə sahil obyektlərinin tikintisinə başladığı bildirilir. Bu günlərdə tikinti işlərində istifadə ediləcək Almaniyanın “Mannesmann” şirkətinin istehsal etdiyi ümumi uzunluğu 7-8 kilometr olan boruların ilk dəsti ARDNŞ-ə daxil olmuşdur. Borular Bakıda betonla üzlənərək qurudulduqdan sonra dənizdə quraşdırılacaqdır. Dənizdəki işlərə iyulda start vermək nəzərdə tutulur. Yeni qaz kəmərinin noyabrda istifadəyə veriləcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]