Baharın gəlişi Şəmkirdə də yüksək əhval-ruhiyyə ilə qeyd edilib
Şəmkir, 20 mart, Famil Quliyev, AZƏRTAC
Şəmkir rayonunda rəngarəngliyi ilə yadda qalan Novruz şənliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən bayram tədbirində meydan və ətrafdakı park bayramsayağı Novruz atributları ilə bəzədilmiş, səmənilər, xonçalar düzülmüşdü.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək rayon sakinlərini bayram münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.
Sonra Novruzun rəmzi olan böyük tonqal qalanıb.
Baharın gəlişi rayon sakinlərində xoş əhval-ruhiyyə yaradıb.
Tədbirdə N saylı hərbi hissədə qulluq edən əsgərlərimiz də iştirak ediblər. Şəmkir sakinləri əsgərlərə Novruz xonçaları veriblər.
Bayram şənliyi konsert proqramı ilə davam edib.