İQTİSADİYYAT
“Bakcell” MMC nömrələrin köçürülməsinin tətbiqinə hazırlaşır
Bakı, 17 yanvar (AZƏRTAC). “Bakcell” MMC nömrələrin köçürülməsi xidmətinin (MNP - Mobile Number Portability) tətbiqinə hazırlaşır. Yeni yığım metodu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin qərarına uyğun yanvarın 21-dən tətbiq olunacaqdır.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, “Bakcell” nömrələrindən zəng vurarkən abonent nömrəsindən əvvəl “055” prefiksinin (nümunə “055” XXX-XX-XX) yığılması vacibdir.
Yeni yığım metodu digər mobil rabitə operatorlarının (Azercell – “050” və “051”, Azerfon – “070” və “077”) şəbəkələrində də tətbiq olunacaqdır.
MNP xidməti operatora ayrılan prefikslə birlikdə (050, 051, 055, 070 və 077) abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur. Abonentlər operatorları dəyişəcəyi təqdirdə telefon nömrələrini saxlamaq imkanı qazanacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.12.2023 [14:11]
Gömrük postlarında gözləmədə olan nəqliyyat vasitələrinin sayı açıqlanıb
- 09.12.2023 [12:53]
Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib
- 09.12.2023 [11:09]
Azərbaycan nefti bahalaşıb
- 09.12.2023 [10:29]