“Bakı 2019”: Xorvatiyalı Franko Qrqiç 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışının qalibi olub














Bakı, 22 iyul, AZƏRTAC
İyulun 22-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalında kişilər arasında 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışının qalibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, yarışda bütün rəqiblərini geridə qoyan xorvatiyalı Franko Qrqiç festivalın çempionu adını qazanıb. Almaniyalı Silas Bet gümüş, Yunanıstan atleti Aleksandros Kaçris isə bürünc medallara layiq görülüblər.