Bakı Ali Neft Məktəbi Qazaxıstan universiteti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb
Bakı, 26 aprel, AZƏRTAC
Bakı Ali Neft Məktəbi (BANM) ilə Qazaxıstan-Britaniya Texniki Universiteti arasında anlaşma memorandumu imzalanıb.
Sənədi BANM-in rektoru Elmar Qasımov və Qazaxıstan-Britaniya Texniki Universitetinin rektoru Kenzebek İbraşev imzalayıblar.
Memorandumda iki universitet arasında tələbə və müəllim mübadilə proqramları, tədqiqat layihələrində və konfranslarda iştirak, birgə akademik proqramlarda, peşəkar inkişaf proqramları və təlimlərdə iştirak, fakültə üzvlərinin və tədqiqatçıların mübadiləsi, tələbələrin mübadiləsi kimi məsələlər əksini tapıb.
İmzalanma mərasimində E.Qasımov BANM-in fəaliyyəti, təlim-tədris proqramları, ali məktəbin son uğurları və yenilikləri haqqında qonaqlara məlumat verib. Rektor Qazaxıstan-Britaniya Texniki Universiteti ilə BANM arasında yaranan dostluq və əməkdaşlıqdan məmnunluğunu bildirib.
Sonda qonaqlar iki ali məktəb arasında əməkdaşlığın uğurlu olacağına əminliklərini bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:26]
Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub
- 08.06.2026 [17:35]
Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları
- 08.06.2026 [17:28]
DİM-də hazırlıq kursları təşkil olunub
- 08.06.2026 [17:25]
“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [20:53]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [20:40]
Bu saata olan əsas xəbərlər
- 08.06.2026 [20:00]