CƏMİYYƏT
Bakı-Astara yolunda baş vermiş qəzada iki nəfər ölmüşdür
Bakı, 26 may (AZƏRTAC). Mayın 26-da günorta saatlarında Bakı-Astara yolunda ağır yol nəqliyyat hadisəsi baş vermişdir.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Azad Bəhmənov sürdüyü “VAZ-2107” markalı avtomobilin idarəetməsini itirərək yol kənarındakı ağaca vurmuşdur.
Nəticədə sürücü A.Bəhmənov və avtomaşında olan sərnişin 1976-ci il təvəllüdlü Ramil Kərimov aldıqları bədən xəsarətlərindən hadisə yerində ölmüşlər. Onların cəsədləri yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqdan istifadə etməklə avtomobildən çıxarılmışdır. Müxtəlif dərəcəli bədən xəsarətləri almış digər sərnişin isə xəstəxanaya yerləşdirilmişdir.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]