BAKI AVROPA LİSEYİNDƏ TƏHSİLİN İBTİDAİ MƏRHƏLƏSİ İLƏ VİDA ŞƏNLİYİ
AZƏRTAC xəbər verir ki, mayın 24-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Bakı Avropa liseyinin 4-cü sinif şagirdləri “Əlvida, ibtidai məktəb” devizi altında konsert nümayiş etdirmişlər.
Konsertdən əvvəl məktəbin direktoru Zülfiyyə Veysova, sinif müəllimi Yaqut Səfərova Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın uşaqlara qayğı və diqqətindən danışmışlar. Bildirilmişdir ki, uşaqlar bu qayğı və diqqətin müqabilində biliklərə yiyələnməli, gələcəyin layiqli vətəndaşları kimi yetişməlidirlər.
Sonda uşaqlar şeir və mahnılar söyləmiş, səhnəciklər oynamış, maraqlı konsert proqramı nümayiş etdirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]