BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə, mayın 21-də USD/AZN-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 0,8241 AZN olmuşdur.
Birjanın elektron hərracları sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8258 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə 4 370 910 AZN məbləğində əqdlər bağlanmışdır. Manatın məzənnəsi sessiyanın yekunlarına görə, 0,0011 bənd qalxaraq, 1 dollar üçün 0,8247 AZN olmuşdur.
BEHS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə2 061 150 AZN məbləğində həcm qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 USD üçün 0,8241 AZN təşkil etmişdir.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə, dollar alətləri üzrə hərracların ümumi həcmi 7 800 000 dollar olmuşdur ki, bu da manat ekvivalenti ilə 6 432 060 AZN təşkil edir. Bir əqdə 1 950 000 dollar düşmüşdür.
USDAZN T+1 və T+2 alətləri və SWAP_USDAZN üzrə tələbat olmadığından dilerlər tərəfindən əqdlər bağlanmamışdır. AUR/AZN və RUB/AZN alətləri üzrə banklar sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 15,63 faiz, ABŞ dolları üzrə isə 16,38 faiz təşkil etmişdir.
Mayın 21-də birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.