BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə, mayın 21-də USD/AZN-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 0,8227 AZN olmuşdur.
Birjanın elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8241 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə 6 752 700 AZN məbləğində əqdlər bağlanmışdır. Manatın məzənnəsi sessiyanın yekunlarına görə, 0,0006 bənd qalxaraq, 1 dollar üçün 0,8235 AZN olmuşdur.
BEHS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 1 596 202 AZN məbləğində həcm qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 USD üçün 0,8227 AZN təşkil etmişdir.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə, dollar alətləri üzrə hərracların ümumi həcmi 10 140 000 dollar olmuşdur ki, bu da manat ekvivalenti ilə 8 348 902 AZN təşkil etmişdir. Bir əqdə 1 690 000 dollar düşmüşdür.
USDAZN T+1 və T+2 alətləri və SWAP_USDAZN üzrə tələbat olmadığından dilerlər tərəfindən əqdlər bağlanmamışdır. RUB/AZN alətləri üzrə banklar sifariş verməmişlər. AUR/AZN T+0 aləti üzrə 142 901 AZN məbləğində həcm qeydə alınmışdır. Orta hesablanmış məzənnə 1 AUR üçün 1,2991 AZN olmuşdur.
BEHS çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 16,22 faiz, ABŞ dolları üzrə isə 16,44 faiz təşkil etmişdir.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında illik 15 faizlə 30 gün müddətinə 1 000 000 AZN məbləğində əqd bağlanmışdır.