BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə mayın 26-da USD/AZN-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 0,8221 AZN olmuşdur.
Birjanın elektron hərracları sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8223 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə əqdlərin həcmi 6 991 250 AZN təşkil etmişdir. Manatın məzənnəsi sessiyanın yekunlarına görə 0,0002 bənd düşərək 1 ABŞ dolları üçün 0,8225 AZN olmuşdur.
BEHS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 575 470 AZN-ə bərabər həcm qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 USD üçün 0,8221 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 9 200 000 ABŞ dolları olmuşdur ki, bu da manat ekvivalenti ilə 7 566 720 AZN-ə bərabərdir. Bir əqdə orta hesabla 3 066 667 dollar düşmüşdür.
USD/AZN T+1 və T+2 alətləri və SWAP-USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən əqdlər bağlanmamışdır. BEHS-də banklar AVR/AZN və RUB/AZN alətləri üzrə sifariş verməmişlər.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 15,88 faiz, ABŞ dolları üzrə isə 15,28 faiz təşkil etmişdir.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında illik 14 faiz olmaqla 180 gün müddətinə 826 900 AZN həcmində əqd qeydə alınmışdır.