BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə, mayın 27-də USD/AZN-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 0,8214 AZN olmuşdur.
Birjanın elektron hərracları sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8221 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmamışdır. Manatın məzənnəsi sessiyanın yekunlarına görə dəyişməmişdir.
BEHS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 22 340 860 AZN-ə bərabər həcm qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 USD üçün 0,8214 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 27 200 000 ABŞ dolları olmuşdur ki, bu da manat ekvivalenti ilə 22 340 860 AZN-ə bərabərdir. Bir əqdə orta hesabla 3 400 000 dollar düşmüşdür.
USDAZN T+1 və T+2 alətləri və SWAP-USDAZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən əqdlər bağlanmamışdır. BEHS-də banklar AVR/AZN və RUB/AZN alətləri üzrə sifariş verməmişlər.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 15,94 faiz, ABŞ dolları üzrə isə 16,69 faiz təşkil etmişdir.
Mayın 27-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər qeydə alınmamışdır.