İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Bakı, 12 may (AZƏRTAC). Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində mayın 12-də keçirilmiş hərracların yekunlarına görə, USD/AZN-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 0,8036 AZN olmuşdur.
Birjanın informasiya-təhlil şöbəsindən bildirmişlər ki, birjanın elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8036 AZN-ə bərabər idi.
USD/AZN aləti üzrə əqd bağlanmamışdır. Səhər sessiyasının orta hesablanmış məzənnəsi dəyişməmişdir.
Gündüz sessiyasında USDAZN T+0 aləti üzrə 3 431 372 AZN məbləğində əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 USD üçün 0,8036 AZN olmuşdur.
Beləliklə, sessiyanın yekunlarına görə, dollar alətləri üzrə hərracların ümumi həcmi 4 270 000 dollar olmuş, bu isə manat ekvivalenti ilə 3 431 372 AZN təşkil etmişdir.
USD/AZN T+1, T+2, SWAP-USDAZN alətləri üzrə əqd qeydə alınmamışdır.
AUR/AZN və RUB/AZN alətləri üzrə banklar sifariş verməmişlər.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 15,38 faiz, ABŞ dolları üzrə isə 15,63 faiz təşkil etmişdir.
BEHS çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında əqd bağlanmamışdır.