İQTİSADİYYAT
Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları
Bakı, 22 dekabr (AZƏRTAC). Bakı Banklararası Valyuta Birjasının elektron hərraclar sistemində (BEHS) dekabrın 21-də keçirilmiş hərracların yekunlarına görə, USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,7862 AZN-ə bərabər idi.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN məzənnəsi 1 dollar üçün 0,7862 AZN-ə bərabər olmuşdur.
Səhər sessiyasında USD/AZN T+0 aləti üzrə heç bir əqd qeydə alınmamışdır.
Səhər sessiyasının orta hesablanmış məzənnəsi dəyişməmişdir.
Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 188.736 AZN məbləğində əqd qeydə alınmışdır.
Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7862 AZN təşkil etmişdir.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə, hərracların ümumi məbləği 240 min ABŞ dolları, yaxud 188.736 AZN olmuşdur.
USD/AZN T+1, T+2, SWAP-USD/AZN alətləri üzrə əqdlər qeydə alınmamışdır.
EUR/AZN və RUB/AZN alətləri üzrə bank sifarişləri qeydə alınmamışdır.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 14 faiz, ABŞ dolları üzrə isə 14,25 faiz təşkil etmişdir.
Dekabrın 21-də birjada banklararası kredit alətləri üzrə əqdlər bağlanmamışdır.