Bakı Beynəlxalq Avtovağzalında sərnişin azlığı müşahidə olunur
Bakı, 8 fevral (AZƏRTAC). Hava şəraitinin yenidən pisləşməsi Bakı Beynəlxalq Avtovağzalından istifadə edən sərnişinlərin azalmasına səbəb olmuşdur.
Bakı Beynəlxalq Avtovağzalından AZƏRTAC-a bildirmişlər ki, sərnişin azlığı səbəbindən avtobusların cədvəl üzrə hərəkətinə düzəlişlər edilmişdir. Belə ki, avtobuslar arasında interval uzadılmışdır.
Bununla yanaşı, Ağsu-Şamaxı və Qəbələ-İsmayıllı avtomobil yolları təhlükəli olduğu üçün bu yollardan hələ ki, istifadə olunmur. Respublikanın Şimal istiqamətində hərəkət edən avtobuslar yolun vəziyyətindən və hava şəraitindən asılı olaraq gecikmə ilə hərəkət edirlər.