Bakı Biznes Universitetində təlimlər başlayıb
Bakı, 30 aprel, AZƏRTAC
Bakı Biznes Universitetinin (BBU) koordinatoru olduğu, Avropa Komissiyası tərəfindən maliyyələşdirilən "Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi" layihəsi çərçivəsində növbəti təlimlərə start verilib.
BBU-dan AZƏRTAC-a bildirilib ki, Litvanın “EKT” şirkəti tərəfindən həyata keçirilən təlimlərdə layihənin tərəfdaşı olan 11 Azərbaycan universitetinin nümayəndələri iştirak edir.
Təlimlərin məqsədi “Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Standartlar və Qaydalar”a əsasən proqram təminatının qurulması, keyfiyyət təminatı sisteminin fəaliyyətinə nəzarət edən xüsusi portalın işləmə mexanizminin öyrənilməsindən ibarətdir.
Mayın 2-dək davam edəcək təlimlərin sonunda layihənin tərəfdaşları olan 11 ali təhsil müəssisəsində keyfiyyət təminatı üzrə xüsusi proqram fəaliyyətə başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]