Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakı Cənubi Qafqazda güc balansına təsir edən regional enerji siyasətinin mərkəzinə çevrilir - MÜSAHİBƏ

Bakı Cənubi Qafqazda güc balansına təsir edən regional enerji siyasətinin mərkəzinə çevrilir - MÜSAHİBƏ

Bakı, 7 mart, Tamilla Məmmədova, AZƏRTAC

Martın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfər edib. Ankarada Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub. Səfər çərçivəsində İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimi keçirilib. Azərbaycan və Türkiyə prezidentləri qaz kəmərinin videobağlantı formatında açılış mərasimində iştirak ediblər. Prezident İlham Əliyev tədbirdə çıxışı zamanı vurğulayıb ki, birgə həyata keçirilən enerji layihələri, eyni zamanda, nəqliyyat layihələrinin reallaşmasına da imkan verib.

AZƏRTAC mövzu ilə bağlı türkiyəli politoloq, iqtisadiyyat və beynəlxalq münasibətlər üzrə ekspert Mehmet Emir Aksoy ilə müsahibəsini təqdim edir.

AZƏRTAC türkiyəli politoloq, iqtisadiyyat və beynəlxalq münasibətlər üzrə ekspert Mehmet Emir Aksoy ilə müsahibəni təqdim edir.

- İğdır-Naxçıvan qaz kəməri regional enerji təhlükəsizliyində hansı strateji rola malikdir?

- Azərbaycan Prezidenti İlham Əliyevin geosiyasi şahmat taxtasında ustalığı onun enerji diplomatiyasında aydın şəkildə özünü göstərir. Yeni İğdır-Naxçıvan qaz kəməri sadəcə infrastruktur layihəsi deyil, həm də region tarixində mühüm mərhələ olacaq strateji təşəbbüsdür. Azərbaycan təkcə qaz ixrac etmir, eyni zamanda əsas enerji oyunçusu kimi mövqeyini möhkəmləndirir, təsir dairəsini genişləndirir və yeni geosiyasi reallıqlar formalaşdırır. Bu layihə uzun illər enerji problemləri ilə üzləşən Naxçıvanın tam enerji müstəqilliyini təmin edir. Artıq Naxçıvan Cənubi Qafqazın enerji xəritəsində strateji əhəmiyyətli mərkəzə çevrilir və yalnız öz tələbatını ödəməklə kifayətlənməyib, eyni zamanda daha geniş regional enerji şəbəkələrinə inteqrasiya olunmaq potensialına malik olur. Bu addım müttəfiqlərin inamını gücləndirir və strateji tərəfdaşlığın gücünü nümayiş etdirir. Artıq regionun enerji təhlükəsizliyi iki ölkənin möhkəm nəzarəti altındadır və bu yeni reallıqda Azərbaycan aparıcı rol oynayır.

- Yeni qaz kəmərinin ötürücülük qabiliyyətinin genişləndirilməsi perspektivləri nədən ibarətdir?

- Bu qaz kəməri yalnız bu günün tələbatını ödəmək üçün deyil, həm də gələcək irimiqyaslı enerji layihələrinə xidmət etmək məqsədilə hazırlanıb. Naxçıvanın enerji təchizatını təmin etməklə yanaşı, o, Avropaya doğru yeni enerji dəhlizlərinin açılmasına da imkan yaradır. Onun ötürmə gücünün artırılması və tranzit marşrutuna çevrilməsi sadəcə zaman məsələsidir. İğdır-Naxçıvan qaz kəməri Azərbaycan və Türkiyə arasındakı iqtisadi əməkdaşlığı möhkəmləndirməklə yanaşı, Cənubi Qafqazda güc balansını dəyişdirə biləcək uzunmüddətli regional alyansın əsasını formalaşdırır. Bu layihə Bakının və Ankaranın bölgədəki təsirini artırdığı üçün bəzi beynəlxalq oyunçuların narahatlığına səbəb olur.

- Bu boru kəmərinin istismara verilməsindən sonra Cənubi Qafqazın enerji balansı necə dəyişəcək?

- Cənubi Qafqazın enerji balansı tədricən tək bir mərkəz – Bakının xeyrinə dəyişir. Zəngin enerji resurslarına və inkişaf etmiş infrastruktura malik olan Azərbaycan təkcə əsas tədarükçü rolunu möhkəmləndirmir, həm də regionda yeni enerji təhlükəsizliyi arxitekturasını formalaşdırır. Ermənistanın xarici enerji resurslarından asılılığı getdikcə artdığı bir vaxtda, Azərbaycan öz strateji xəttini inamla quraraq enerji diplomatiyasının memarına çevrilir. Onun Türkiyə ilə uğurlu tərəfdaşlığı bu iki ölkəni güclü enerji alyansına çevirir və bu alyans təkcə Cənubi Qafqazda deyil, daha geniş miqyasda da güc balansını dəyişmək potensialına malikdir. Reallıq aydındır: Azərbaycan və Türkiyə birgə hərəkət etdikdə, dəyişikliklər təkcə enerji sektorunda deyil, həm də regionun geosiyasi mənzərəsində baş verir. Hər yeni layihə, hər bir əsas boru kəməri təkcə karbohidrogenlərin nəql marşrutu deyil, həm də gələcəyin formalaşdırılması üçün bir vasitədir. Bu gələcəkdə isə Bakı və Ankara aparıcı mövqeləri tutur.

- Yeni marşrut Azərbaycan və Türkiyə arasında iqtisadi və siyasi əlaqələrə necə təsir göstərir?

- Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər çoxdan strateji tərəfdaşlıq formatını aşaraq tamhüquqlu regional alyansa çevrilib. İki ölkənin iqtisadi, enerji və siyasi inteqrasiyası dərinləşməkdə davam edir ki, bu da uzunmüddətli əməkdaşlıq üçün möhkəm əsas yaradır. Bu proses yalnız ikitərəfli əlaqələri gücləndirmək deyil, həm də regionda yeni geosiyasi reallıq formalaşdırır. İğdır-Naxçıvan qaz kəməri sadəcə enerji marşrutu deyil, eyni zamanda, dinamik inkişaf edən alyansın simvoludur. Belə layihələrin reallaşması “İki dövlət, bir millət” şüarını sözlərdən konkret geosiyasi addımlara çevirir, Ankaranın və Bakının Cənubi Qafqazda mövqelərini gücləndirir. Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıq yalnız enerji sahəsini əhatə etmir — o regional təhlükəsizlik və təsir arxitekturasını müəyyən edir. Bu iki ölkə yeni güc balansına doğru birgə yol açır, burada onların alyansı sabitlik, iqtisadi artım və strateji liderlik üçün əsas amil olur.

- Azərbaycan və Türkiyənin Naxçıvanda yaşıl enerjinin inkişafı ilə bağlı planları nədən ibarətdir? Türkiyə və Avropa İttifaqı (Aİ) üçün bərpaolunan enerjinin genişləndirilməsində Naxçıvanın rolunu necə qiymətləndirirsiz?

- Bu gün enerji təhlükəsizliyi yalnız fosil yanacaqla məhdudlaşmır — o bərpaolunan enerji mənbələrinin inkişafını tələb edir. Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi altında Azərbaycan ənənəvi neft və qaz istehsalçısından yaşıl enerji sahəsində aparıcı oyunçuya çevrilir və dayanıqlı gələcəyə doğru yol açır. Naxçıvan əlverişli təbii şəraiti ilə Azərbaycanın bərpaolunan enerji mərkəzinə çevrilməyə hazırdır. Günəş və hidroenergetika sahəsində iri layihələrin həyata keçirilməsi yalnız regionu təmiz enerji ilə təmin etməklə kifayətlənməyəcək, həm də Türkiyə və Avropaya elektrik enerjisinin ixracı üçün imkanlar yaradacaq. Bu, regionun enerji asılılığını azaldır və Azərbaycanın qlobal bazarda strateji tədarükçü kimi mövqelərini möhkəmləndirir. Bu gün təbii qaz, sabah hidrogen, gələcəkdə günəş enerjisi. Azərbaycan yalnız qlobal trendlərə uyğunlaşmaqla kifayətlənmir, eyni zamanda onları fəal şəkildə formalaşdıraraq yeni karbonsuz enerji dövründə öz mövqeyini möhkəmləndirir. Ölkə özünün, həmçinin tərəfdaşlarının enerji müstəqilliyini və dayanıqlılığını təmin edərək gələcəyin enerji tənliyinin memarına çevrilir.

- Qaz kəmərinin işə salınması uzunmüddətli perspektivdə regionun enerji bazarına hansı təsir göstərəcək?

- Uzunmüddətli perspektivdə bu layihə Azərbaycanın enerji diplomatiyasının daha bir açar elementi olacaq. Rəsmi Bakı artıq neft və qazın böyük ixracatçısı statusundan çıxaraq, Cənubi Qafqazda güc balansına təsir edən regional enerji siyasətinin mərkəzinə çevrilir. Ermənistan kimi oyunçuların getdikcə təcrid olunduğu şəraitdə Gürcüstanın tranzit baxımından Azərbaycandan asılılığı daha da artacaq. Bu kəmər təkcə Naxçıvanı qazla təmin edəcək infrastruktur layihəsi deyil. Bu, strateji arteriyadır ki, Azərbaycanın geosiyasi çəkisini günü-gündən artırır, Cənubi Qafqazın yeni enerji xəritəsinin formalaşmasında onun rolunu möhkəmləndirir.

- Ankara ilə Bakı arasında enerji əməkdaşlığının gücləndirilməsi üçün əlavə hansı infrastruktur layihələri nəzərdə tutulub?

- Türkiyə ilə Azərbaycan arasında enerji tərəfdaşlığı İğdır-Naxçıvan qaz kəmərindən çox kənara çıxır. Gələcək illərdə diqqət mərkəzində yeni elektrik ötürmə xətləri, bərpaolunan enerji sahəsindəki layihələr və hidrogen texnologiyalarının inkişafına dair birgə təşəbbüslər olacaq. Zəngəzur dəhlizinin açılması xüsusi əhəmiyyət kəsb edir və bu, regional ticarət və enerji tranziti üçün dönüş nöqtəsi olacaq. Bu strateji marşrut yalnız Bakı və Ankara arasında birbaşa enerji əlaqəsini təmin etməklə kifayətlənməyəcək, həm də Cənubi Qafqazın enerji xəritəsini köklü şəkildə dəyişdirərək resursların daşınması üçün yeni logistik imkanlar yaradacaq. Prezident İlham Əliyevin geosiyasi uzaqgörənliyi yalnız cari proseslərin idarə olunmasını deyil, həm də gələcək onilliklər üçün strateji planlaşdırmanı əhatə edir. Azərbaycanla Türkiyə arasında enerji əməkdaşlığının dərinləşməsi ilə regional təsir gücləndikcə, onlar yeni enerji və geosiyasi reallığı formalaşdıracaq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Paytaxtın abad məhəllələrindəki Novruz şənlikləri davam edir

Bəstəkarlar İttifaqının İdarə Heyətinin növbəti iclası keçirilib

Zaqatala şəhərindəki Şıxəli Qurbanovun adını daşıyan məktəbdə yubiley tədbiri keçirilib

Tədqiqat: Diqqət xətalarının məkan yaddaşına təsiri aydınlaşdırılıb

Deputat: Beynəlxalq birlik ölkəmizi etibarlı tərəfdaş kimi qəbul edir

Azərbaycanın Batumidəki Baş konsulluğu Acarıstanda aztəminatlı ailələrə yardım edib

Denis Şmıqal: Ukrayna energetikasını bərpa etmək üçün təxminən 68 milyard dollar vəsait lazımdır

ABŞ Senatı ölkəni növbəti şatdaundan xilas edəcək qanun layihəsini təsdiqləyib

Qazaxıstan Prezidenti: Bir deyil, üç atom elektrik stansiyası inşa edilməlidir

Azərbaycanlı gənc pianoçu London Transport Muzeyində solo konsert verib

Almaniyada CDU/CSU, SPD və Yaşıllar 100 milyard avroluq iqlim dəyişikliyi fondunun yaradılması məsələsində razılığa gəlib

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib

Superliqa: “Qalatasaray” üç xala darmadağınla sevinib

Azərbaycan güləşçisi Avropa çempionatında qızıl medal qazanıb

Heydər Əliyev Mərkəzində heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” sərgisi açılıb

Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər

“Azərbaycanın qədim insan məskənləri dünya irsinin bir hissəsi kimi: təcili qorunmaya ehtiyac” mövzusunda panel iclas keçirilib

Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayır

“France 5” kanalı Əlcəzairdə vaxtilə kimyəvi silahdan istifadə edilməsi haqqında sənədli filmi proqramdan çıxarıb

Mark Karni Kanadanın Baş naziri kimi vəzifəsinin icrasına başlayıb

BDU-da kibergigiyena və onlayn təhlükələrdən qorunmanın yolları araşdırılıb

Gənc Diplomatlar üçün Xarici Siyasət Proqramının açılış mərasimi baş tutub

“Güllər rüzigarı” adlı sərgi açılıb

“Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycan Mədəniyyət Mərkəzində avstriyalı məktəblilər üçün ekskursiya təşkil olunub

Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər

Tbilisidə Novruz bayramı münasibətilə tədbir keçirilib

Misli Premyer Liqası: “Araz-Naxçıvan” – “Şamaxı” oyunu qollu heç-heçə ilə yekunlaşıb

“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən bədii qiraət müsabiqəsinin qalibləri təltif ediliblər

Naxçıvanda cəzaçəkən şəxslərə pulsuz hüquqi və psixoloji xidmət göstərilib

Arayik Harutyunyan məhkəmədə Ruben Vardanyanla bağlı danışıb

İsveçrənin RTS kanalı Əlcəzair müharibəsi zamanı Fransanın kimyəvi silahdan istifadə etdiyini açıqlayıb

Arayik Harutyunyan: Qondarma rejimdə “bank sistemi” Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunurdu- MƏHKƏMƏ

ADA Universitetində 11-ci Bahar Gənclik Festivalı keçirilib

Anisa Bahiti: Azərbaycan və Albaniya arasında diplomatik əlaqələr möhkəmlənir

Qlobal Forum çərçivəsində “COP29: Belem üçün Sıçrayış – Transformasiyanın sürətləndirilməsi” mövzusunda panel iclas keçirilib VİDEO

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib

XII Qlobal Bakı Forumu: Geosiyasi dəyişmələrdən multilateralizmə və yeni qlobal konsensusa - TƏHLİL

Türkiyəli ekspertlər: Erməni diasporu üçün öz xalqının maraqları önəmli deyil

Azərbaycan ilə İtaliya arasında tərəfdaşlığın inkişafı məsələsi müzakirə edilib

Milli Məclisin iclasında Nazirlər Kabinetinin hesabatı dinlənilib YENİLƏNİB

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib

Azərbaycan-Çin əlaqələri siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə genişlənməkdədir

Çinin nümayəndə heyəti BDU-da olub

BDU-nun “Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIV Respublika müsabiqəsinin qalibidirlər

Media nümayəndələri üçün növbəti “Sosial jurnalistika” təlimi keçirilib

Qlobal Bakı Forumunda "Sülh-münaqişə sonrası yenidənqurma və regional sabitliyin bərpası" mövzusunda müzakirələr aparılıb VİDEO

İqtisadi Əməkdaşlıq Təşkilatının Azərbaycanda keçiriləcək Zirvə görüşünə hazırlıq işləri müzakirə edilib

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Prezident: Tramp administrasiyası dövründə ABŞ-la güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq

“Azərkosmos” Papua Yeni Qvineyanı əhatə edən meşələrin monitorinqini həyata keçirib

Prezident İlham Əliyev: Qarabağda olan münaqişə beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir

Şəki-Zaqatala bölgəsinin müəllimləri sertifikatlaşdırma prosesi ilə bağlı məlumatlandırılıblar

Vəkillər Kollegiyasının rəhbərliyi növbəti vətəndaş qəbulu keçirib

ADPU-da müəllimlərin işə qəbulu imtahanı ilə bağlı infosessiya təşkil edilib

Prezident: Biz qlobal nizamı olduqca düzgün qiymətləndirirdik

“Qida Təhlükəsizliyi Könüllüləri” mükafatlandırılıblar

Konstitusiya Məhkəməsi ilə Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025-ci ilin aprel ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Naxçıvan Dövlət Universitetində Dayanıqlı İnkişaf Mərkəzi açılıb

Tramp: Putinlə çox yaxşı və məhsuldar müzakirələr apardıq

Azərbaycan Prezidenti: Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq

® "AccessBank" "BlueOrchard" Fondundan 8 milyon dollar kredit cəlb edib

Şəhid polkovnik-leytenant Nail Orucovun xanımı BDU-da işlə təmin olunub

Prezident İlham Əliyev: Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var

“Azərişıq” ASC-nin sədri Zərdabda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycanın U-19 millisinin Qəbələ toplanışı üçün heyəti müəyyənləşib

Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib VİDEO

Kəngərli rayonunda ev yanıb

Laçında işəgötürənlərlə görüş keçirilib

“Aqroservis” ASC taxıl biçininə hazırlıqla bağlı daha 163 mexanizatora ödənişsiz təlimlərə başlayır

Bərdənin Güloğlular kəndindəki bazarda sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən olunub

Arayik Harutyunyan Gəncənin bombalanması barədə məlumatı Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisindən aldığını bildirib

Fransada məmur Əlcəzairə cəsusluqda ittiham edilir

Türkiyədə kritik hərbi bölgələrə dair məlumatları İran kəşfiyyatına ötürən şübhəlilər saxlanılıb

Komitə sədri: Biz artıq ən mükəmməl planlaşdırma aparırıq

Yanvarda Britaniya iqtisadiyyatı kiçilib

Xızıda çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Analitik: Bakı Forumu qlobal müzakirələrin yüksək səviyyədə keçirilməsi baxımından önəmli platformadır

Növbəti panel - İqlim dəyişikliyi və silahlı münaqişələr qarşısında qədim insan məskənləri

Ağstafa rayonunda şəhid ailələri üçün tibbi müayinə aksiyası keçirilib

Elektron Təhlükəsizlik Xidməti və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilib

Azərbaycanın boks millisi Göygöldə təlim-məşq toplanışına başlayıb

Azərbaycanlı tələbələrin Türkiyədə aerokosmik innovasiyalar üzrə təcrübə mübadiləsi başlayıb

Moldovanın portalı XII Qlobal Bakı Forumunda Prezident İlham Əliyevin çıxışına geniş yer ayırıb

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinə start verilib

Yaponiyada məhkəmə köhnəlmiş nüvə bloklarının bağlanması tələbini rədd edib

Qədim insan yaşayış məskənləri – mədəni irsin beşiyi kimi

Bakıda və Abşeron yarımadasında temperatur 27 dərəcəyədək yüksələcək

Deputat: Azərbaycan beynəlxalq münasibətlər sistemində güclənən mövqeyi ilə dünyanı düşündürən məsələlərin müzakirəsi üçün mühüm mərkəzə çevrilib

İslam Dünyası Elmlər Akademiyasının sabiq baş direktoru: Bakı Qlobal Forumu dünyada bir nömrəli siyasi forumdur

Aqrar Tədqiqatlar Mərkəzində tədqiqatçılar, magistrant və doktorantlar üçün seminar keçirilib

Sədərək rayonunda suvarma suyu ilə bağlı problem həll olunur

XII Qlobal Bakı Forumu qlobal çağırışların müzakirəsi üçün unikal platformadır – ŞƏRH

Ov qaydalarını pozan 75 nəfər cərimələnib

Tramp: Rusiya ilə razılaşmanı imzalamasaq, daha çox hadisələr baş verəcək

Türkman QHT-lərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb

Xocalıya köçən sakin: Fəxrlə doğma yurduma qayıtmışam

Ukrayna mümkün 30 günlük atəşkəs müddətində nəzarət alqoritmi hazırlayan komanda formalaşdırır

Azərbaycan əraziləri işğal altında olarkən Qarabağda istehsal edilən məhsullar xarici ölkələrə “Ermənistan məhsulları” adı altında satılıb