Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun müasir səviyyədə qurulması Azərbaycanın beynəlxalq nəqliyyat daşımalarında rolunu gücləndirir

Yevlax, 24 iyun, Vüsalə Cənnətova, AZƏRTAC
Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun Yevlax şəhərindən keçən hissəsində yeraltı piyada keçidinin, səkilərin, həmçinin magistral yola avtomobillərin ikiistiqamətli giriş-çıxışını təmin edən yanaşma yollarının tikinti işləri başa çatmaq üzrədir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mühəndisi Mahir Babayevin AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, piyada keçidinin ümumi uzunluğu 48 metr olacaq ki, onun da 37 metri qapalı hissədir. Eni 7 metr olan yanaşma yollarının ümumi uzunluğu isə 3,2 kilometrdir.
"Piyada keçidinin bir hissəsinin dəmir-beton işləri yekunlaşmaq üzrədir. Yanaşma yolları ilə bağlı işlərin 90 faizi yerinə yetirilib, son tamamlama işləri aparılır", - deyə Mahir Babayev vurğulayıb.
Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolu beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan keçən tərkib hissəsidir. Bu yolun müasir səviyyədə qurulması Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın beynəlxalq nəqliyyat daşımalarında rolunu daha da gücləndirir.
Xatırladaq ki, iyunun 23-də Prezident İlham Əliyev Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun Yevlax şəhərindən keçən hissəsində görülən işlərlə tanış olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.07.2025 [15:35]
Dünya səyyahları Ağdamda FOTO
- 10.07.2025 [14:20]
Beynəlxalq səyyahlar Şuşa şəhəri ilə tanış olublar YENİLƏNİB FOTO VİDEO
- 10.07.2025 [13:40]
Azərbaycanda aqrar sığorta ödənişlərində rekord göstərici qeydə alınıb
- 10.07.2025 [13:07]
Şirvanda bıçaqlanma hadisəsi törədən şəxs saxlanılıb
- 10.07.2025 [13:04]
Lerikdə Hamarmeşə–Bibiyani avtomobil yolu yenidən qurulur VİDEO
- 10.07.2025 [12:58]
İlk dəfə Şuşadan poçt vasitəsilə Avropaya və ABŞ-a məktub göndərilib VİDEO
- 10.07.2025 [12:54]