BAKI FOND BİRJASINDA HƏRRAC KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, mayın 29-da Bakı Fond Birjasında (BFB) dövlət qeydiyyatından keçmiş, ümumi məbləği 40 milyon manat, hərraca çıxarılan məbləği 30 milyon manat, hər birinin nominal dəyəri 200 manat, tədavül müddəti isə 27 gün olan qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
Notlar iyunun 25-də ödəniləcəkdir.
Hərrac zamanı, DQİ buraxılışının 20 faizindən artıq olmamaq şərti ilə, qeyri-rəqabətli sifarişlərin qəbuluna icazə verilir.