BAKI FOND BİRJASINDA HƏRRAC KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 20-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin qeydiyyatından keçmiş dövlət istiqrazlarının əlavə yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Bir sərmayədarın təqdim etdiyi sifarişin nominal məbləği 429 min 400 manatdır. Sifariş 95,18 faiz (gəlirlilik dərəcəsi 11 faiz) qiymətdə təqdim edilmişdir.
İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti və orta ölçülmüş qiymət 95,18 faiz (gəlirlilik dərəcəsi 11 faiz) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmişdir.
İstiqrazların nominal üzrə reallaşdırılmış dəyəri 429 min 400 manat müəyyənləşdirilmişdir.
İstiqraz vərəqələri noyabrın 4-də ödəniləcəkdir.
İstiqraz vərəqələrinin mülkiyyət hüquqlarının uçotu BFB-nin depozitarisində aparılır.