Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə beynəlxalq elmi konfrans keçirilib YENİLƏNİB

Bakı, 4 oktyabr, AZƏRTAC

Oktyabrın 4-də Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə “İqlim fəaliyyəti üçün tədqiqat və əməkdaşlığın sürətləndirilməsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransın əsas mövzuları iqlim dəyişmələrinin elmi və praktik aspektlərinə həsr olunub. Konfransda iqlim fəaliyyəti sahəsində böyük irəliləyişlər əldə etmək üçün empirik məlumatların, süni intellekt və qabaqcıl analitik vasitələrin əhəmiyyəti, iqlim dəyişikliyinin transsərhəd su ehtiyatlarının idarə olunmasına təsiri, bu istiqamətdə yeni yanaşmalar və beynəlxalq əməkdaşlıq mexanizmləri, eləcə də beynəlxalq səviyyədə ortaq təşəbbüslərin sinerjisi, müvafiq zəruri qlobal və regional əməkdaşlıq imkanları müzakirə edilib.

Tədbirin açılışında çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, dünyanın müxtəlif ölkələrinin nüfuzlu alim, tədqiqatçı, siyasətçi və ekoloqlarının bir araya gəldiyi bu konfrans dövrümüzün aktual problemlərindən biri olan iqlim dəyişmələri ilə mübarizə istiqamətində səmərəli multidisiplinar platformadır. BDU-da iqlim dəyişmələri və bu dəyişmələrdən doğan təhlükələrin gənc nəslə çatdırılması, bu problemin həlli yollarının işlənib-hazırlanması istiqamətində elmi əsaslara söykənən mühüm işlər görülüb. Belə tədqiqatlar bu gün də davam etdirilir: “Bu konfransda paylaşılacaq təcrübələr, biliklər, ideyalar və qurulacaq əməkdaşlıqların iqlim dəyişmələrinə qarşı qlobal mübarizəyə böyük töhfə verəcəyinə inanırıq. Noyabr ayında Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyi edəcək. Bu tarixi hadisə ölkəmizin iqlim dəyişmələrinə qarşı mübarizə ilə bağlı qlobal səylərin mərkəzində yer alacağına imkan verir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Ölkə rəhbərinin COP29-un təşkil olunması üçün xüsusi Sərəncamı müxtəlif sahələr üzrə əlaqəli fəaliyyətlərin həyata keçirilməsini özündə ehtiva edir və Azərbaycanın milli, beynəlxalq səviyyədə iqlim dəyişmələri və ekoloji problemlərin qlobal səviyyədə həllində dünya ölkələri ilə həmrəy olduğunu göstərir. Biz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin irsini daim yaşatmalı və öyrənməliyik. Təkcə onu qeyd etmək kifayətdir ki, vaxtilə Abşeron yarımadasının səhralaşmış əraziləri Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaşıllaşdırılıb və yaşayış üçün gözəl məkana çevrilib”.

BDU rektoru bildirib ki, iqlim dəyişmələri artıq uzaq təhlükə kimi görünmür, ekosistemləri, iqtisadiyyatları və icmaları böhrana aparır: “Unutmamalıyıq ki, artan temperatur, ekstremal hava şəraitləri, dəniz səviyyəsinin qalxması və ya enməsi, dəyişən ekosistemlər bu və ya digər formada məhz bizim – insanların “əməllərinin” nəticələridir. Məhz buna görə konfransların və digər elmi tədbirlərin davamlı olaraq təşkil edilməsi çox vacibdir. Belə tədbirlər müxtəlif sahələri təmsil edən alimləri, ictimai-siyasi xadimləri bir araya gətirir, məsələlərin həlli yolları üzərində işləməyə imkan yaradır. COP29 ərəfəsində keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsində, o cümlədən bu konfransda aparılacaq müzakirələr COP29-dakı səylərə birbaşa təsir göstərəcək. İqlim dəyişmələri ilə mübarizədə qlobal siyasəti və fəaliyyətləri formalaşdırmağa kömək edəcək”.

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov çıxışında qeyd edib ki, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizəyə qlobal töhfə verir. Ölkədə bərpaolunan enerji mənbələri, karbon emissiyasının azaldılması ilə bağlı həyata keçirilən işlər buna əyani misal ola bilər. COP29-a Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin qlobal iqlim siyasətində aparıcı rola malik olduğunun göstəricisidir.

Elm və təhsil nazirinin müavini İdris İsayev çıxışında bildirib ki, iqlim dəyişikliklərinin qarşısının alınması baxımından təhsil ən mühüm alətlərdən biridir. Çünki təhsil insanları öyrətməyə, ətraf mühitə münasibəti dəyişdirməyə kömək edir: “2024/2025-ci tədris ilində ekoloji ixtisaslar üzrə ali təhsil müəssisələrinə qəbul planı artırılıb. Bu tədris ilində ekoloji yönümlü ixtisaslara qəbul olunanların sayı bakalavriat səviyyəsində 31, magistratura səviyyəsində isə 61 faiz artıb. İqlim dəyişikliyi ilə mübarizə üçün gənclərimizə yaşıl bacarıqlar aşılamalıyıq. Yaşıl bacarıqlar iqlim dəyişikləri ilə mübarizə üçün əlverişli bilik və səriştələr sistemidir. Bu sahədə ümumi və ali təhsil müəssisələrinin üzərinə mühüm vəzifələr düşür. Elmi yanaşma olmadan iqlim dəyişikliklərinin mənfi fəsadları ilə mübarizə aparmaq mümkün deyil. Ona görə də elmi müəssisələrin fəaliyyətində bu istiqamət xüsusi önəm daşımalıdır”.

Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti İsa Həbibbəyli, COP29 üçün BMT-nin iqlim dəyişikliyi üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) katibinin müavini Ermira Fida, COP29-un Azərbaycan üzrə gənc iqlim çempionu Leyla Həsənova çıxışlarında iqlim dəyişikliklərinə qarşı mübarizədə milli strategiyaların qəbulunun vacibliyini qeyd ediblər. Bildirilib ki, dayanıqlı gələcəyi təmin etmək üçün daha çevik iqlim siyasəti həyata keçirilməlidir.

Konfrans işini “İstixana qazlarının emissiyaları haqqında düşüncəmizdə inqilab: empirik məlumatların, süni intellektin və qabaqcıl analitikanın rolu”, “Elmi çağırışlarda qlobal və regional əməkdaşlığın rolu”, “İqlim dəyişikliyinin və paradiqma sürüşmələrinin transsərhəd su resurslarının idarə olunmasına təsiri” mövzularında elmi sessiyalar ilə davam etdirib.

Empirik məlumatların işlənilməsi və qabaqcıl analitik vasitələr iqlim dəyişikliklərinin daha dəqiq və tez proqnozlaşdırılması, həmçinin iqlim siyasətlərinin daha effektiv şəkildə həyata keçirilməsi üçün açar rola malikdir. Konfransda iqlim dəyişmələrinin proqnozlaşdırılması və onunla mübarizədə süni intellekt texnologiyalarının istifadəsi geniş müzakirə olunub. Süni intellektin iqlim modelləşdirməsindəki tətbiqləri, böyük məlumat dəstələrinin analitik işlənməsi və real vaxt rejimində əldə edilən məlumatlar əsasında optimal qərarların qəbul edilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb. Həmin mövzu həm də qlobal miqyasda iqlim tədbirlərinin sürətləndirilməsi baxımından vacibdir.

İqlim dəyişikliyi xüsusilə su resurslarının idarə olunmasında ciddi təsir göstərir. İqlim dəyişiklikləri su ehtiyatlarının miqdarını və keyfiyyətini dəyişərək, bölgələrarası və ölkələrarası su paylanmasında problemlər yarada bilər. Konfransda transsərhəd su ehtiyatlarının idarə olunması mövzusunda yeni yanaşmalar və əməkdaşlıq mexanizmləri müzakirə olunub. Həmin məsələnin həlli üçün regional əməkdaşlıq vacibdir və xüsusi diqqət qlobal səviyyədə su resurslarının qorunması, onların ədalətli paylanmasına yönəlib. Qonşu ölkələr arasında su ehtiyatlarının paylaşdırılmasının daha ədalətli və ekoloji baxımdan dayanıqlı idarə edilməsi üzrə praktiki təkliflər irəli sürülüb.

İqlim dəyişiklikləri ilə mübarizədə beynəlxalq əməkdaşlıq müzakirələrin mərkəzində olub. İqlim dəyişikliyi qlobal problem olduğu üçün ölkələrarası koordinasiyalı fəaliyyət tələb edir. Konfransda ortaq təşəbbüslərin necə daha effektiv sinerji yarada biləcəyi, bu istiqamətdə qlobal və regional əməkdaşlıq mexanizmlərinin yaradılması yolları müzakirə edilib. Xüsusilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası çərçivəsində əldə olunan razılaşmaların icrası, ölkələrin milli iqlim planlarının (NDC) daha səmərəli reallaşdırılması yolları və qlobal səviyyədə ortaq iqlim məqsədlərinin irəlilədilməsi bu mövzunun əsas istiqamətlərindən olub.

Empirik məlumatların düzgün toplanması, analizi və istifadəsi iqlim dəyişiklikləri ilə mübarizədə mühüm rol oynayır. Konfransda həmin məlumatların effektiv şəkildə necə toplanması və paylaşılması məsələlərinə diqqət çəkilib. Eyni zamanda, iqlim fəaliyyətində innovativ texnologiyalar və həll yolları, o cümlədən karbon tutma və saxlama texnologiyaları, bərpaolunan enerji mənbələrinin tətbiqi, enerji effektivliyi və tullantıların azaldılması üzrə yeniliklər də konfransın mühüm müzakirə mövzularından biri olub.

İqlim dəyişikliyi yalnız ekoloji deyil, həm də sosial-iqtisadi sistemlərə güclü təsir edir. Konfransda bu təsirlərin regional və qlobal səviyyədə iqtisadi böyüməyə, yoxsulluğa, miqrasiya axınlarına, qida təhlükəsizliyinə və iş yerlərinə təsiri ətrafında müzakirələr aparılıb. İqlim dəyişiklikləri ilə mübarizə sahəsində dövlətlərin qəbul etməli olduğu iqtisadi və hüquqi tədbirlər, siyasətlərin necə formalaşdırılması və həyata keçirilməsi ilə bağlı konkret addımlar da müzakirə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“İqlim dəyişikliyi və yaşıl enerjiyə keçid: Azərbaycanın hədəfləri” – tələbələr üçün təlim

Azərbaycan 7-ci Çin Beynəlxalq İdxal Sərgisində təmsil olunur

WWF-in Qafqaz nümayəndəliyi COP29-da son 20 ildə keçirilən layihələrin iqlimə təsirlərini göstərən təqdimatlar edəcək

Ravil Qaynutdin: İqlim gündəliyi ölkələr tərəfindən ayrı-ayrılıqda həyata keçirilə bilməz

“Cəhənnəm sakinləri” Şəki Dövlət Dram Teatrında nümayiş olunacaq

Ravvin: İqlim dəyişikliyi ilə mübarizədə həmrəylik göstərməliyik

Azərbaycandan hava nəqliyyatı ilə tranzit daşınan sərnişinlərin sayı 1,4 dəfəyədək artıb

Elşad Əsgərov: Təbiətimizə qaytarılan zubrlar landşaft mühəndisləri rolunu oynayır

bp-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərcləri azalıb

Ombudsman Aparatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında birgə əməkdaşlıq istiqamətləri müzakirə olunub

Sabahın hava proqnozu açıqlanıb

Ermənistanda yeni ədliyyə naziri təyin edilib

Bu ilin 9 ayında Gürcüstan Azərbaycandan 160 milyon dollarlıq qaz idxal edib

Daxili Qoşunlarda əsgərlərin andiçmə mərasimi keçirilib

Xalkidonun baş mitropoliti: İqlim dəyişikliyi özündə mənəvi amilləri birləşdirən bir məsələdir

Bugünkü hərracda tələb 69,3 milyon dollar təşkil edib

Allahşükür Paşazadə: Yaşıl iqtisadiyyat modeli bəşəriyyətə daha harmonik inkişaf imkanı bəxş edir VİDEO

bp Cənubi Qafqaz Boru Kəmərinə çəkilən xərcləri artırıb

Türkiyə cəfərilərinin rəhbəri Azərbaycan İlahiyyat İnstitutunun qonağı olub

Musiqi və incəsənət məktəblərində tədris proqramları yenilənib

Videoqraflar Suqovuşan qəsəbəsinə və Talış kəndinə səfər ediblər VİDEO

Komitə sədri: Dini liderlərin Bakı Sammitinin dünyaya verəcəyi mesaj mühüm əhəmiyyətə malik olacaq

MİDA-nın Sumqayıt və Lənkəran Yaşayış Kompleksindəki mənzilləri gələn ay satışa çıxarılacaq

Ukraynalı alim: Zəfər Günü Azərbaycan tarixində əlamətdar hadisədir

Gəncədə limonad istehsalı müəssisəsində yoxlama keçirilib

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana səfərə gəlib

Şəhid övladları üçün aqrotur təşkil olunub

Agentlik oktyabr ayı üzrə diplomların tanınması statistikasını açıqlayıb

“İrəvan kişi gimnaziyası və onun azərbaycanlı məzunları” kitabının təqdimatı olub

Səngəçal terminalından 166 milyon barel neft və kondensat göndərilib

Güclü qar Gürcüstanın magistral avtomobil yollarında ciddi problemlər yaradıb 

Misir diyarının baş müftisi: Azərbaycan birgəyaşayışın, mədəni müxtəlifliyinin mövcud olduğu ölkədir

WWF-in Azərbaycan ofisinin direktoru: Sovetlər dövründə məhv edilən meşə ekosistemi yarım milyon ağac əkilərək bərpa olunub

Vətən müharibəsinin xronikası: 5 noyabr

Ramin Məmmədov: Azərbaycan dünya birliyinin məsuliyyətli üzvü kimi qlobal miqyaslı problemlərin həllinə töhfə verməyə çalışır

Azərbaycanın veteran cüdoçusu 12 qat dünya çempionu olub

“Bakı-Tbilisi-Ceyhan” vasitəsilə dünya bazarına 4,4 milyard barel neft nəql edilib

Misir Prezidenti: Şəhərlərin inkişafı sülh prosesi ilə sıx bağlıdır

İlon Mask: ABŞ iflasın qarşısını almaq üçün xərcləri azaltmalıdr

Milli Basketbol Assosiasiyasında ikinci dəfə tarixi geridönüş qeydə alınıb

Misirin vəqflər naziri: Gələcək nəsilləri qorumaq üçün birlikdə mübarizə aparmalıyıq

Azərbaycan bəzi ərazilərdən heyvandarlıq və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyub

Əl-Əzhər Şeyxinin müavini: Dinlərin dəyərindən ətraf mühitin xeyrinə istifadə etmək olar

Azərbaycanlı məktəblilər Türkiyənin kosmik düşərgəsində iştirak edəcəklər

Azərbaycan-Qırğızıstan münasibətləri: Keçmişdən gələcəyə uzanan dostluq və strateji əməkdaşlıq

Azərbaycan üzərindən tranzit daşınan yükün həcmi açıqlanıb

Daxili İşlər Nazirliyi qadın namizədlərin xidmətə qəbulu üçün müsabiqə elan edib VİDEO

Yaradıcı müəllimlər üçün müsabiqənin final mərhələsi keçirilir

Gürcüstan patriarx katolikosu: Azərbaycan öz multikultural dəyərləri ilə tanınır

Bu ilin üç rübü ərzində “Azəri-Çıraq-Günəşli” yatağından 93 milyon barel neft çıxarılıb

İçərişəhərdə COP29 zamanı ziyarətçilərə uzadılmış iş saatlarında xidmət göstəriləcək

İsveç hökuməti Baltik dənizində külək parklarının tikintisi layihəsini qəbul etməyib

Peşəkar Futbol Liqasının rəsmisi UEFA-dan yeni təyinat alıb

Bu il “Şahdəniz” üzrə əməliyyat xərcləri 2 faizdən çox artıb

İslam Məsələləri üzrə Ali Şuranın sədri: Dünya dini liderlərinin qlobal Bakı Sammiti sülhün qorunmasına xidmət edir

“TRT Avaz” telekanalı COP29-a hazırlıq barədə reportaj yayımlayıb

Media: “Boeing” əməkdaşları yeddi həftə sürən tətili dayandıracaqlar

“Nəsildən-nəslə teatr” layihəsinin panelində gənclərlə yeni tendensiyalar müzakirə olunub

İZİA: Sənaye zonalarında 60 faizdən çox avtomobil satılıb

Özbəkistan Prezidentinin müşaviri: İqlim böhranının aradan qaldırılması istiqamətində regionumuzda irimiqyaslı layihələr həyata keçirilir

Qarabağ Universitetində payız semestrinin ilk aralıq imtahanları başlayıb

Pedaqoji Universitetdə “Zəfərnamə” təqdim edildi – şəhid tələbə və məzunların ailə üzvləri ilə görüş

Akademik Musiqili Teatr ölkəmizi beynəlxalq festivalda təmsil edəcək

AÇG üzrə əməliyyat və əsaslı məsrəflərə xərclənən vəsait açıqlanıb

Meksikalı voleybolçu: Azərbaycan Kubokunun qalibi olmaq önəmli idi

İstanbul sərgisində daha bir gün maraqlı tədbir və təqdimatlarla yadda qalıb

Macarıstanlı tanınmış gimnast Bakıda ustad dərsi keçəcək

Ankarada Qarabağ müharibələrinin qəhrəmanları haqqında filmin premyerası olacaq

Elin Süleymanov: Azərbaycan Britaniyanın COP29-a dəstəyini yüksək qiymətləndirir

Azərbaycan WFEG-in birinci nazirlər iclasında təmsil olunacaq

Prezident-xalq birliyinin təcəssümü olan Vətən müharibəsi ölkəmizin iqtisadi-siyasi qüdrətini, hərbi gücünü dünyaya nümayiş etdirdi ŞƏRH

İndoneziyada vulkan püskürməsi səbəbindən 4 hava limanı bağlanıb

İran kosmosa “Hudhud” və “Kövsər” adlı iki peyk buraxıb

Gənclərin Təcrübə Proqramının test mərhələsi keçirilib

Dünya birjalarında neft bahalaşıb

İspaniyadakı daşqınlar Robert Levandovskinin evinə ziyan vurub

Tərtər-Ağdərə avtomobil yolunun inşasına başlanılıb VİDEO

Səbail rayonunda nöqsanlar aşkarlanan kafenin fəaliyyəti məhdudlaşdırılıb

“Su ehtiyatlarında gələcəyə baxış və Türk dövlətlərində davamlılıq üçün əməkdaşlıq” - hesabat

COP29 günlərində enerji təchizatının dayanıqlığı üçün əks-qəza məşqləri keçirilib VİDEO

Kardinal Klaudio Qucerotti: Hazırda dünya çox böyük fəlakətlər qarşısındadır

Azərbaycanın U-19 millisinin seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb

Təbriz qəzeti Azərbaycanın Zəfər Gününə həsr olunmuş məqalə dərc edib

Pambıqçılıqda bioloji mübarizənin tətbiqinin nəticələri müzakirə olunub

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

Quba-Xınalıq yolunda sel sularının uçurduğu körpünün yerində yenisi tikilir VİDEO

Azərbaycan təbiətinin nadir bitkiləri Gəncənin parklarını bəzəyəcək

Ali Erbaş: Qlobal miqyasda ekoloji problemlər təkcə insanları deyil, bütün ekoloji sistemi təhdid edir

Küləkli hava şəraiti noyabrın 6-sı səhər saatlarınadək davam edəcək

Müsəlman Ağsaqqallar Şurasının Baş katibi: Bakıda Dünya dini liderlərinin qlobal Sammitinin keçirilməsi olduqca əhəmiyyətli hadisədir

Çempionlar Liqası: “Real Madrid” “Milan”ı, “Liverpul” “Bayer”i qəbul edəcək

Əlicançay su anbarında tikinti işləri davam edir FOTO

DİN polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib VİDEO

Prezident İlham Əliyev: Qlobal ekoloji problemlər bəşəriyyətin mövcudluğu və gələcəyi üçün ciddi təhdidlər yaratmaqdadır

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına

Migel Anxel Moratinos: Planetimiz xroniki iqlim problemi ilə üz-üzədir

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 kilometr/saata endirilib

Nazir: Azərbaycan müxtəlif perspektivləri və prioritetləri bir araya gətirən körpü rolunu oynamağa qərarlıdır

Muxtar Babayev: Məqsədimiz qlobal səviyyədə yeni yanaşmalar və innovativ həll yolları təklif etməkdir

DİN: Ötən gün 41 cinayətin üstü açılıb