Bakı Kitab Mərkəzində “Dostluğa açılan qapı” adlı xeyriyyə şənliyi keçirilib









Bakı, 13 mart, AZƏRTAC
Martın 13-də Bakı Kitab Mərkəzində Bakı şəhəri 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) iştirakı ilə 10 nömrəli sanatoriya tipli internat məktəbinin şagirdləri üçün Novruz bayramına həsr olunmuş xeyriyyə şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində Novruz bayramının adət-ənənələrini əks etdirən rəsm əsərlərindən ibarət sərgi, uşaqlar üçün ekskursiya, oxu saatı və əl işləri dərnəyi təşkil olunub.
Tamaşada UGİM-in gənc aktyorları Bahar qız, Kosa, Keçəl, Tıq-Tıq xanım, Siçan bəy və digər personajları canlandırıb, milli və dünya xalqlarının rəqslərini nümayiş etdiriblər.
Uşaqlara suvenirlər və kitablar paylanılıb.
Tədbirdə Regional İnkişaf İctimai Birliyinin könüllüləri yaxından iştirak ediblər.