İQTİSADİYYAT
Bakı-Kiyev-Bakı marşrutu üzrə bugünkü aviareys ləğv edilib
Bakı, 24 fevral, AZƏRTAC
NOTAM (aviasiya personalı üçün beynəlxalq məlumatlandırma sistemi) məlumatına əsasən, Ukraynanın hava məkanı hüdudlarında mülki təyyarələrin uçuşlarının məhdudlaşdırılması ilə əlaqədar Azərbaycanın “Buta Airways” aviaşirkəti Bakı-Kiyev-Bakı marşrutu üzrə bugünkü reysini ləğv edib.
Aviaşirkətdən AZƏRTAC-a bildirilib ki, bu marşrut üzrə bilet əldə etmiş sərnişinlər onları digər tarixlərə dəyişdirə və ya cərimə tətbiq edilmədən geri qaytara bilərlər.
Bütün sərnişinlərdən ən son uçuş məlumatlarını aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində izləmələri xahiş edilir.