İQTİSADİYYAT
Bakı metrosu ilə Bakı Peşə Hazırlığı Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bakı, 23 fevral, AZƏRTAC
Fevralın 23-də "Bakı Metropoliteni" QSC ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin "Bakı Peşə Hazırlığı Mərkəzi" Publik Hüquqi Şəxsi arasında birgə əməkdaşlıq müqaviləsi imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov və Dövlət Məşğulluq Agentliyinin sədr müavini Cəmaləddin Quliyev imzalayıblar.