Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakı metrosunun iş rejiminə dəyişiklik ediləcək VİDEO

Bakı metrosunun iş rejiminə dəyişiklik ediləcək VİDEO

Bakı, 6 noyabr , AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) ilə əlaqədar “Bakı Metropoliteni” QSC-də gücləndirilmiş iş rejiminin xüsusiyyətlərinə dəyişiklik ediləcək.

AZƏRTAC xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin rəis müavini Hidayət Məmmədov mətbuat üçün keçirilən brifinqdə deyib.

Rəis müavini qeyd edib ki, tədbir dövründə “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi və əməkdaşlarının ənənəvi növbətçilik cədvəlindən əlavə olaraq, stansiyalar və sahələr üzrə təhkim olunmuş əlavə işçi qüvvəsi ayrılacaq.

Əsas məqsəd ehtiyac yaranacağı təqdirdə, sərnişin axını istiqamətlərini tənzimləmək, mühəndis-texniki qurğuların fəaliyyəti ilə bağlı operativ qərarların qəbulunu daha da sürətləndirmək və digər zəruri tədbirləri görməkdir. Sərnişinlərin COP29 məkanlarına, eləcə də stansiyalara yaxın məsafələrdə yerləşən tarixi-mədəni, sosial-ictimai yerlərə, asudə vaxtın təşkili mərkəzlərinə və s. istiqamətlər üzrə hərəkətini daha rahat təşkil etmək, Bakı metropolitenindən istifadə, gediş haqqının ödənilməsi və digər qaydalar barədə maarifləndirmə işini qurmaq məqsədilə 10 metropoliten stansiyasında COP29 Əməliyyat Şirkətinin təşkil etdiyi könüllülər hərəkatının üzvləri növbəli rejimdə fəaliyyət göstərəcəklər”, - deyə H.Məmmədov bildirib.

O əlavə edib ki, COP29 Əməliyyat Şirkətinin müraciətinə əsasən, noyabrın 11-13-də Bakı metropoliteninin stansiyaları səhər saat 05:00-dan sərnişinlərin girişinə açıq olacaq: “Bununla yanaşı, həmin günlər ölkəmizdə qeyri-iş günü elan edilsə də, Bakı metrosunda qatarların hərəkət qrafiki adi iş günlərinə uyğun qurulacaq. Qeyd edilən 3 gün ərzində Qırmızı xəttin “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti səhər saatlarında 07:00-dan 10:00-dək, axşam saatlarında isə 17:30-dan 19:30-a qədər 2 dəqiqə təşkil edəcək. Yaşıl və Qırmızı xətlərin birləşdiyi “28 May” stansiyasından “Dərnəgül” (Yaşıl xətt) və “İçərişəhər” (Qırmızı xətt) istiqamətlərində qatarların hərəkət intervalı 2 dəfə çox olacaq. Qeyd edək ki, bu, Bakı metropoliteni xətlərinin mövcud texniki xüsusiyyətlərinə görə hazırkı dövrdə adi iş günlərində tətbiq olunan mümkün ən optimal hərəkət qrafikidir. “Həzi Aslanov-28 May” sahəsində interval günorta vaxtı 2,5 dəqiqə, səhər erkən və sərnişinlərin əsaslı şəkildə azalmağa başladığı gecə saatlarına doğru 3 dəqiqə və daha çox təşkil edəcək. İstirahət günlərində qatarlar arasında interval fərqli qaydada tənzimlənəcək: saat 7:00-dan 21:00-a qədər olmaqla, şənbə günləri 2,5 dəqiqə, bazar günləri isə eyni saatlarda 3 dəqiqə təşkil edəcək.

H.Məmmədov əlavə edib ki, Bənövşəyi xətt üzrə qatarlar arasında intervallar “Avtovağzal-8 Noyabr” sahəsində 8 dəqiqə, “Xocəsən-Avtovağzal” yol mənzilində isə əsasən, 16 dəqiqə təyin edilib. “Bakmil” stansiyasına və əksinə isə qatarların hərəkət cədvəlləri noyabr ayının 11-13-də iş günləri qrafikinə uyğun tənzimlənəcək. COP29-un keçiriləcəyi digər günlər ərzində metroda qatarların hərəkəti ənənəvi payız-qış qrafikinə uyğun tənzimlənəcək.

Bakı metrosunun iş rejiminə dəyişiklik ediləcək VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa Liqası: “Elfsborq” – “Qarabağ” oyunu başlayıb

Küveytdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Azərbaycanlı tələbənin Moskvada layihəsi təqdim olunub

Macarıstanda Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib

Avropa Liqası: “Elfsborq” və “Qarabağ” komandalarının start heyətləri açıqlanıb

Ulu Öndərin xatirəsi Rustavidə ehtiramla anılıb

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

FHN kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Misirdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

ADA Universiteti Qazax Mərkəzində Ümummilli Liderin xatirəsi yad edilib

Sankt-Peterburqda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Ömər aşırımına qar yağıb

Filarmoniyada Ümummilli Liderin xatirəsinə həsr olunan anım gecəsi

TƏBİB-in kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

Ulu Öndər Heydər Əliyev parçalanmaqda olan Azərbaycanı inkişaf etmiş dövlətə çevirən dahi şəxsiyyət idi

Ulu Öndərin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

SOCAR-ın kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Naxçıvanda Ümummilli Liderin anım gününə həsr olunmuş elmi konfrans təşkil edilib

Cənub bölgəsində Ulu Öndər Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad olunub

Komrat Dövlət Universitetində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

İtaliyada Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib

Heydər Əliyev - dahi şəxsiyyət, görkəmli dövlət xadimi

POS-terminallardan istifadə ilə bağlı 467 obyektdə qanun pozuntusu aşkarlanıb

İtaliya qəzeti Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş məqalə dərc edib

BANM-in kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

ADPU ilə Kataliz və Qeyri-üzvi Kimya İnstitutu elmi-tədqiqat sahəsində əməkdaşlıq edəcək

Bolqarıstan mətbuatı Ümummilli Liderin Azərbaycanın dövlətçilik tarixində müstəsna rolundan yazıb

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanı ziyarət edib

Xalqımız Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb

Türkiyənin İqdır şəhərində Heydər Əliyevin xatirəsi anılıb

Diasporla İş üzrə Dövlət Komitəsində Ulu Öndərin əziz xatirəsi anılıb

Ağdamda Ulu Öndərin xatirəsi ehtiramla yad edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Həştərxandakı Azərbaycan İş Mərkəzində diaspor nümayəndələri ilə görüş keçirilib VİDEO

Yekaterinburqda da Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

ANAMA kollektivi Ulu Öndərin məzarını ziyarət edib

Rektor: Ulu Öndərin zəngin irsi Azərbaycan xalqı üçün yol xəritəsidir

Ulu Öndərə həsr olunan kitab Əlcəzairdə ərəb və fransız dillərində çap edilib

Şirvanda Ümummilli Liderin xatirəsi anılıb

Qərbi Azərbaycan İcmasının ilk xarici ofisi qardaş Türkiyədə açılıb

Elm və Təhsil Nazirliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

Parisdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi anılıb VİDEO

BMU-nun kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

G7 ölkələri Suriyada siyasi keçid prosesinə dəstək ifadə edib

Praqada Ulu Öndərin xatirəsi anılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Bosniya və Herseqovinada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

FHN-in qurumlarında Ümummilli Liderin anım günü ilə əlaqədar tədbirlər keçirilib

Qərb bölgəsində Ulu Öndər Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad olunub

Musiqili Teatrda “İnanıram” monotamaşası təqdim olunacaq

Naxçıvanda Ümummilli Liderin xatirəsinə ağacəkmə aksiyası keçirilib

Dominikanlı beysbolçu idman tarixinin ən bahalı müqaviləsinə imza atıb

Denis Afanasyev: Heydər Əliyev Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə inkişafı üçün güclü zəmin yaradıb

MEK Azərbaycan dövlətçiliyinə dair nəşrlərin virtual sərgisinin ikinci buraxılışını təqdim edib

“Real Madrid”in hücumçusu Kilian Mbappe zədələnib

Kişineuda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb

Ankaradakı Heydər Əliyev adına orta məktəbdə müasir Azərbaycan dövlətçiliyinin memarının xatirəsi ehtiramla anılıb

DSX-nin Aparatında Ulu Öndərin xatirəsi anılıb

Baş ədliyyə müşaviri: Azərbaycanın uğurlarının təməlini Heydər Əliyevin dühası təşkil edir VİDEO

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşıb

Həştərxanda Heydər Əliyevin adına məktəbin kollektivi ilə görüş keçirilib VİDEO

Bu ilin 11 ayında 560 mindən çox “ASAN İmza” sertifikatı verilib

Dünya şahmat tacının yeni sahibi müəyyənləşib

AQTA-nın əməkdaşları Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət edib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Ulu Öndərin xatirəsini yad edib

Hərbi Hava Qüvvələrində voleybol üzrə birincilik keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

İRİA rəqəmsal bacarıqların inkişafına yönəlmiş tədqiqat layihəsi həyata keçirib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Şəki-Zaqatala bölgəsində Ulu Öndərin xatirəsinə böyük ehtiram

AMADA ilə beynəlxalq konfransla yekun vuracaq

TƏBİB: Havaların soyuması ilə bağlı təcili tibbi yardım və poliklinika xidmətlərinə müraciətlərdə kəskin artım yoxdur

Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

ADY sədri: Balakən istiqamətində dəmir yolu ilə sərnişindaşımanın bərpasına sayılı günlər qalıb

Astanada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Sumqayıtlılar Ulu Öndərin abidəsini ziyarət ediblər

Lənkəranda Ümummilli Liderin anım günü qeyd olunub

Mədəniyyət Nazirliyinin kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

Hava şəraiti kəskin dəyişəcək, temperatur 5-10 dərəcə enəcək

Milli terminoloji informasiya sisteminin formalaşmasının elmi-nəzəri əsasları işlənilib

Tərtərdə Ulu Öndərin əziz xatirəsi ehtiramla anılıb

Azərbaycan Universitetində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Vüqar Qurbanov: Hədəfimiz çox qısa müddətdə ölkə üzrə xəstəxanalarda onlayn növbənin tətbiq olunmasıdır

 Masallı Sənaye Məhəlləsində istehsal 15 faizə yaxın artıb VİDEO

Beynəlxalq Boks Assosiasiyasının keçmiş nümayəndəsi Azərbaycana gəlib

MEDİA-nın və Audiovizual Şuranın nümayəndələri Ümummilli Liderin məzarını ziyarət ediblər

ADAU-nun tələbələri İzmirdə Heydər Əliyev Parkını ziyarət ediblər

Daşkənddə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub VİDEO

“Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixi” kitabının 3-cü cildi nəşr olunub

Ankarada səfərdə olan Azərbaycan nümayəndə heyəti Atatürkün xatirəsini ehtiramla yad edib

Yeni Azərbaycan Partiyasının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər

AzMİU müəllimlərinin dərsliyi Türkiyədə nəşr olunub

Baş nazir Əli Əsədov Moskvada MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib  YENİLƏNİB

Təhsil müəssisələrində anım tədbirləri keçirilib

AZƏRTAC-ın kollektivi Ulu Öndərin xatirəsini ehtiramla anıb VİDEO

Rövşən Rüstəmov: Dəmir yolu infrastrukturunda məsafə başına ödənişlər həyata keçirilir

Dövlət Xidmətinin hərbi qulluqçuları Ulu Öndərin xatirəsini anıblar

Avropa İttifaqı Şurası Bolqarıstan və Rumıniyanın Şengen zonasına qoşulmasını təsdiqləyib