Bakı Mühəndislik Universitetinin dosenti “Avropa Nəşr Mətbuat Evi”nin qızıl medalına layiq görülüb
Xırdalan, 8 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
Bakı Mühəndislik Universiteti (BMU) Dillər Məktəbinin direktoru, Tərcümə kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Ətrabə Gül “Avropa Nəşr Mətbuat Evi” tərəfindən “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalına və diplomuna layiq görülüb.
BMU-dan AZƏRTAC-a bildirilib ki, Böyük Britaniyanın Essex Universitetinin "Bespoke Teacher Trainer" müsabiqəsinin mükafatçısı olan Ətrabə Gül gənc nəslin tərbiyəsində, ixtisaslı mütəxəssislərin hazırlanmasında səmərəli fəaliyyətinə, Azərbaycanın yaxın və uzaq ölkələrlə ədəbi-mədəni əlaqələrinin genişlənməsində, ölkəmizi, onun ədəbi fikrini ingilisdilli oxuculara çatdırılması işində xidmətlərinə, habelə bədii tərcümə sahəsində apardığı uğurlu elmi tədqiqatlarına görə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” nominasiyası üzrə təltif edilib.