Naxçıvan-Bakı və Bakı-Naxçıvan istiqamətində reyslər əvvəlki kimi həyata keçirilir YENİLƏNİB

Naxçıvan, 16 fevral, AZƏRTAC
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Naxçıvanda müşahidə olunan dumanlı hava şəraiti səbəbindən Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində təyyarə reyslərində gecikmələr yaranmışdı.
“Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) AZƏRTAC-a verilən məlumata görə, havaların yaxşılaşması ilə reyslər artıq əvvəlki kimi həyata keçirilir. Hazırda iki reys uğurla yerinə yetirilib və normal təyyarə hərəkəti təmin olunub.
11:20
Naxçıvanda dumanlı hava şəraiti səbəbindən bu gün səhər saatlarından Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində uçan təyyarələrin hərəkətində gecikmə yaranıb.
AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, mövcud vəziyyətlə əlaqədar Naxçıvan Beynəlxalq Hava limanında gözləyən sərnişinlərə reyslərin gecikməsi ilə əlaqədar operativ məlumat verilir.