Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Bakı, 24 aprel, AZƏRTAC

“Financial Times” qrupunun “FDI Intelligence” nəşri 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin TOP 100 reytinqini açıqlayıb.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Bakı reytinq sıralamasında 3-cü yerdə qərarlaşıb.

Nəşrin məlumatına görə, Azərbaycana birbaşa xarici investisiya yatırılması ilə bağlı ötən il əldə edilmiş razılaşmalar 2017-ci ildən sonrakı dövrdə ən irihəcmli layihələrdir. Qeyd olunur ki, bir neçə mühüm logistika layihələri ilə yanaşı, 2023-cü ildə Bakıya təkcə Macarıstanın “Hell Group” şirkəti tərəfindən 211 milyon dollar sərmayə yatırılacağına dair saziş imzalanıb.

Qeyd edək ki, ötən il Bakıda iqtisadiyyat naziri Mikayıl Cabbarov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun iştirakı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) və Macarıstanın “Hell Group” şirkəti arasında Birgə İştirak Müqaviləsi imzalanıb. Sənədə əsasən, Ələt Azad İqtisadi Zonasında illik istehsal gücü 700 milyon ədəd alüminium içki qutusu təşkil edəcək yeni zavodun tikintisi nəzərdə tutulur. İstehsal olunacaq məhsullar daxili tələbatı ödəməklə yanaşı, Mərkəzi Asiya ölkələrinə də ixrac ediləcək. Layihə çərçivəsində 300-dən çox iş yerinin yaradılması planlaşdırılır. Layihənin investisiya dəyəri 211 milyon dollardır.

Azərbaycanın əlverişli biznes və investisiya mühiti bir çox xarici investorları ölkəmizə cəlb edir, iqtisadiyyatın bir çox sahələrində önəmli layihələr icra olunur, yeni iş yerləri yaradılır.

Ötən il Sumqayıt Kimya Sənaye Parkında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə “Azərbaycan Vanhong Ceramics Co” MMC-nin keramik plitələr istehsalı müəssisəsinin açılışı olub. 100 faiz Çin kapitallı müəssisəyə 50 milyon dollar məbləğində investisiya yatırılıb və 500-ə yaxın yeni iş yeri yaradılıb.

Azərbaycana böyük həcmdə investisiyanın yatırılacağı daha bir layihə Sumqayıt Kimya Sәnaye Parkında Çinin “BYD Company Limited” şirkәti ilә әmәkdaşlıq çәrçivәsindә elektrik mühәrrikli avtobusların istehsalı layihəsidir. Layihәdә AİŞ payçı kimi iştirak edәcәk. BYD şirkәti tәrәfindәn layihəyə ilkin olaraq 34 milyon dollar, daha sonra isə əlavə dəyər yaradan investisiya layihələrinin icrasına 60 milyon dollar mәblәğindә investisiyanın yatırılması nəzərdə tutulur. Layihə çərçivəsində 800 yeni iş yerinin yaradılması planlaşdırılır. İstehsalın 3-cü ilindәn elektrik mühәrrikli avtobusların ehtiyat hissәlәrinin lokallaşdırılması nәzәrdә tutulub.

Həmçinin AİŞ və Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti arasında imzalanmış Birgə İştirak Müqaviləsinə uyğun olaraq, keçən il Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman vasitələrinin istehsalı müəssisəsinin təməli qoyulub. Layihənin investisiya dəyəri 35 milyon dollardır.

Bundan başqa, İsrailin “BioPharmax” şirkəti ilə Ələt Azad İqtisadi Zonasında layihə dəyəri 45 milyon avro olan əczaçılıq müəssisənin tikintisi həyata keçirilir.

Sahibkarlara önəmli güzəştlər və stimullar təqdim edən Ələt Azad İqtisadi Zonasında sənaye avadanlıqlarının, tikinti materiallarının istehsalı, aviasiya, gəmiçilik, neft-kimya və digər istiqamətlər üzrə layihələrin icrası nəzərdə tutulur.

Həmçinin AİŞ-in iştirakı ilə Türkiyənin “Demirören” şirkəti ilə regionlarımızda kiçik su elektrik stansiyalarının bərpası və istismarı layihəsi üzrə 15 milyon dollar, İsrail şirkəti ilə damazlıq yumurta istehsalı layihəsi üzrə 20 milyon manat investisiya yatırılması nəzərdə tutulur.

Bunlarla yanaşı, İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı pilot layihəsinin həyata keçirilməsi ilə bağlı işlər davam etdirilir.

“Financial Times”ın “FDI Intelligence” nəşrinin reytinq cədvəlində ilk yeri Almaniyanın Manheyim şəhəri, ikinci yerdə isə Rumıniyanın Krayova şəhəri yer alıb. Hesabatda bildirilir ki, 2023-cü ildə dünya üzrə şirkətlər tərəfindən 1,33 trilyon dollar dəyərində birbaşa xarici investisiyaların qoyulması barədə razılığa gəlinib ki, bu da əvvəlki illə müqayisədə 4 faiz çoxdur.

Böyük Britaniyanın dünyaca məşhur “Financial Times” nəşrinə məxsus “FDI Intelligence” iqtisadiyyatın bir çox sektorları üzrə qlobal və regional bazarların və korporativ investisiya mühitinin dərin təhlili üzrə ixtisaslaşıb. Nəşrin “FDI 100” metodologiyası birbaşa xarici investisiyaların cəlbi baxımından sürətlə inkişaf edən 100 regionun öyrənilməsinə əsaslanır. Reytinq özəl kapital bazarları üzrə məlumatların qiymətləndirilməsi və elan edilmiş investisiya layihələrinin sayını, kapital qoyuluşunun və birbaşa xarici investisiyaların artım tempini, habelə investisiyalar hesabına yaradılacaq yeni iş yerlərinin sayını nəzərə alır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Papua Yeni Qvineyada torpaq sürüşməsi nəticəsində 100-dən çox adam ölüb

Prezident İlham Əliyev “Euronews”a müsahibəsində COP29 zamanı Azərbaycanda təminatlı təhlükəsizlik vədi verdi - ŞƏRH

Dünya Bankının icraçı direktoru: Azərbaycanla bağlı tərəfdaşlıq sazişini yekunlaşdırmaq üzrəyik

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvlərinin Laçın şəhərinə səfəri başlayıb

Dünya Bankında Azərbaycan mətbəxi günləri keçirilib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Balakəndə sel daşqınlarına qarşı tədbirlər görülür

Bu gündən bağçalara elektron sənəd qəbulu sistemi üzrə növbələrin yaradılması müvəqqəti dayandırılır

Əfqanıstanı ziyarət edən turistlərin sayı artıb

Doğma yurduna qayıdan Laçın sakini: Üç il ərzində belə şəraitin yaradılması bizə möcüzə kimi görünür

Laçın sakini: Uzun illərdir bu günləri həsrətlə gözləyirdik

Laçın rayonunun Sus kəndinə növbəti köç karvanı yola salınıb

Qarabağın dirçəldilməsi qüdrətimizin göstəricisidir

Araşdırma: İnsanın çöhrəsi qaraciyərdə olan xəstəliklərin əlamətlərini göstərə bilər

Bitki tərkibli qidalar ömrü uzadır

Avropada ilin əvvəlindən bəri ilk dəfə min kubmetr qazın qiyməti 400 dolları ötüb

Cənubi Koreya çip istehsalına rekord məbləğ ayırıb

Türkiyə son bir həftə ərzində 48 terrorçunu zərərsizləşdirib

Media: Zelenski iyunda İtaliyada keçiriləcək G7 sammitində iştirak etmək niyyətindədir

İyulun 11-i Srebrenitsa Soyqırımını Anım Günü kimi qəbul edilib

Mərakeşin 15-ə yaxın turizm şirkəti Azərbaycandadır

ABŞ-da ukraynalı pilotların ilk qrupu F-16-nı idarə etmək üçün təlim keçib

Nizami Kino Mərkəzində “Tacik Kinosu Günləri”nin bağlanış mərasimi olub

Moskvada yataqxanada baş verən yanğında 8 nəfər ölüb

Türkiyə Kubokunun sahibi məlum olub

İstanbulda silahlı qarşıdurma, ölən və yaralananlar var

Birinci vitse-prezident Mehriban Əliyeva cüdoçu Zelim Kotsoyevi dünya çempionu adını qazanması münasibətilə təbrik edib

Kənd təsərrüfatı naziri Yevlaxda fermer təsərrüfatlarına baş çəkib

Çexiya Prezidenti motosiklet sürərkən xəsarət alıb

Moskvada Azərbaycan Turizm Bürosunun nümayəndəliyi açılacaq

AYB-də Qırğızıstan Xalq yazıçısı Sultan Rayevin kitabının təqdimat mərasimi keçirilib

Ukrayna daha 13 uşağı ailələri ilə birlikdə geri qaytarıb

Şimali Kiprdən olan şəhid ailəsinin üzvü: Çəkdiyim acıları, üzüntüləri Qarabağda da yaşadım

Türk dünyası Vəkillər kollegiyalarının rəhbərləri Türkiyə Ədliyyə Nazirliyini ziyarət ediblər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Şamaxıda vətəndaşlarla görüşüb

Gəncədə Tacikistan Mədəniyyəti Günlərinin bağlanış mərasimi olub

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Bakıda “Türk mətbəxi həftəsi” çərçivəsində tədbir keçirilib

İbrahim Rəisi Məşhəddə dəfn edilib

Mariya Stadnik: İşini sevəndə və özünü ona həsr edəndə həmişə nəticə də olur

Amputant futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının finalında iştirak edəcək

Mayın 24-dən 27-dək ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi gözlənilir

Azərbaycan və Almaniya hərbi nümayəndələrinin ekspert görüşü keçirilib

Azərbaycan zabitləri NATO-nun “Ekspert heyətinin işçi görüşü”ndə iştirak ediblər

Azərbaycan səfiri Niderlandda ölkəmizin üzləşdiyi mina problemindən danışıb

Mərkəzi Bank elektron pul təşkilatlarına və ödəniş təşkilatına müvafiq lisenziyalar verib

Siyasi tükənmişlik

® “Azercell” və GSMA strateji tərəfdaşlıqlarının prioritet istiqamətləri haqqında danışıblar

Abdullah Uçan: Azərbaycan-Türkiyə gənclərinin işbirliyi qardaşlıq prinsipinə əsaslanır

Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli hərbi əməkdaşlıq müzakirə olunub

T.P.Əliyevanın 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Texniki nasaz yük avtomobilinin yolda qalması avtomobil sıxlığının yaranmasına səbəb olub

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi bürünc medal qazanıb

Ötən ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

“Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Türkiyənin ədliyyə naziri: Türk Dövlətləri Təşkilatı mühüm işlərə imza atır

“Ağcabədi Taxıl Aqropark”ının yaradılmasına 9,8 milyon manat güzəştli kredit verilib

“Azərkosmos” və “Viasat” peyk xidmətləri üzrə əməkdaşlığa başlayır

Apreldə İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 73 mindən çox müraciət olub

Şimali Kiprdə azərbaycanlı şəhid övladları üçün yay düşərgəsi təşkil ediləcək

İtaliyada Azərbaycanın Müstəqillik Günü qeyd olunub VİDEO

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi yolları müzakirə edilib

Tələbələr arasında beş fənn üzrə respublika olimpiadasının final turu keçirilib

Azərbaycanın daha bir cüdoçusu dünya çempionu olub VİDEO

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “PASHA Hackathon” keçiriləcək

Azərbaycan dili fənni üzrə test imtahanının nəticələri açıqlanıb

Türkiyənin “Fatih” gəmisi Qara dənizdə yeni qazma işlərinə başlayıb

Bu günədək 35 min 390 tələbə təhsil krediti alıb

® “Kapital Bank”ın baş sponsorluğu ilə keçirilən Respublika fənn olimpiadaları yekunlaşıb

Türk dünyasının mədəniyyət sahəsində əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Britaniyada partiya liderləri seçki kampaniyasına başlayıb

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində Bakı Hərbi Kollecinin, Gəncə Hərbi Kollecinin və Naxçıvan Hərbi Kollecinin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pedaqogika elmi və müasirlik – respublika elmi konfransı

“Dəmiryol nəqliyyatının texniki istismar Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan-ABŞ ikitərəfli gündəliyinin müxtəlif aspektləri müzakirə edilib

“Visit Naftalan” mobil tətbiqi təqdim olunub

TBMM-in nümayəndə heyəti Milli Məclisin bir neçə şöbəsinin əməkdaşları ilə görüşüb

Rafiq Hüseynov: Azərbaycan güləşinin gələcəyi uğurlu əllərdə olacaq

“Bu şəraitdə hazırlanan dönər insan üçün təhlükə yaradır” - VİDEOREPORTAJ

Azərbaycan Milli Kitabxanasının 101 illiyi münasibətilə virtual sərgi hazırlanıb

Bir sıra ümumi təhsil müəssisələrində yaranmış boş yerlərə şagird qəbulu üçün müsabiqə elan edilir

Sosial Dəstək Mərkəzində ictimai dinləmə keçirilib

“Mən gözəl bir məktəbə qonaq gəlmişəm” - professor Musa Qasımlı

® “Caspian Energy Club UK”in sədri Rəşad Şəkərov “Europe-Asia Intermodal Logistics Forum 2024: New Silk Way Shaping”də çıxış edəcək

“Aqroservis” ASC taxıl biçininə hazırlıqla bağlı mexanizatorlarla görüşlərə başlayıb

® “Rabitəbank”da əmanətiniz qazanc üstə qazanc gətirəcək

Ədəbiyyat İnstitutunun əməkdaşı Türkmənistanda beynəlxalq konfransda məruzə edib

Azərbaycanın qadın güləşçiləri Bakıdakı Avropa çempionatının finalına vəsiqə qazanıblar

İRİA-nın sədri BANM-in xanım tələbələri ilə görüşüb

Ankarada türk ölkələrinin vəkillər birliklərinin əməkdaşlıq yolları müzakirə edilib

Dövlət Teatr Muzeyində Müstəqillik Günü qeyd olunub

Milli Kitabxanada növbəti treninqin müdavimlərinə sertifikatlar verilib

Azərbaycan-Tacikistan əməkdaşlığı regional layihələrin inkişafına təkan verir ŞƏRH

Şəhid Elməddin Abbasov Sumqayıtda dəfn olunub

Elxan “Şimamoto” Xələfov: Blogerlik hələ tam sınanmamış sahədir və onun böyük gələcəyi var

ABŞ səfirliyinin müşaviri: Azərbaycanda bu proqramın həyata keçirilməsi güləşin inkişafına töhfə verəcək

Məktəblilərin Polimer Materialları İnstitutuna ekskursiyası təşkil olunub

Abşeron-Xızı regionundakı məktəblər üzrə I sinfə şagird qəbulu ilə bağlı 9859 sorğu yerləşdirilib

Azərbaycanın aerobika gimnastları Dünya Kubokunda mübarizə aparacaqlar

Şəkidə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində festival keçiriləcək