Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakı Şəhər Prokurorluğu 2024-cü il üzrə görülmüş işlərin yekunu ilə bağlı əməliyyat müşavirəsi keçirib

Bakı, 15 yanvar, AZƏRTAC

Yanvarın 15-də Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin rəhbərliyi ilə Bakı şəhərinin prokurorluq orqanları tərəfindən 2024-cü il ərzində cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Baş prokuror Kamran Əliyev bildirib ki, 2024-cü il dövlətimiz, eləcə də xalqımız üçün bir sıra əlamətdar və tarixi hadisələrlə yadda qalıb. İlk dəfə ərazilərimizin suverenliyinin tam təmin olunduğu şəraitdə 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar seçkilərdə Prezident İlham Əliyev seçicilərin mütləq əksəriyyətinin səsini (92,12 faiz) qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilib. Bundan əlavə, yola salınan ildə paytaxtımız bir sıra dünya miqyaslı tədbirlərin keçirilməsinə ev sahibliyi edib. Belə ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), həmçinin sentyabrın 27-dən oktyabrın 2-dək Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası, 29-cu İllik Konfransı və Ümumi Yığıncağının Bakı şəhərində yüksək təşkilatçılıqla keçirilməsi təmin olunub.

Baş prokuror bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində paytaxtımızın inkişafı, abadlaşdırılması, vətəndaşlarımızın rahat həyat şəraitinin və istirahətlərinin təmininə istiqamətlənmiş kompleks tədbirlərin icrası 2024-cü ildə də davam etdirilib. Bakıda “Xaqani” bağının, Mərkəzi Parkın üçüncü hissəsinin və Mərkəzi Nəbatat Bağının və vətəndaşlarımızın istifadəsinə verilmiş bir sıra digər park, müəssisə, tarixi və mədəni abidələrin açılışı bu kimi tədbirlərə misal göstərilib. Çıxışı zamanı Baş prokuror, eyni zamanda, Azərbaycan Respublikası Prokurorluğuna göstərilən dövlət qayğısından bəhs edərək məhz bu sayədə hesabat dövründə əməkdaşların xidməti iş şəraitinin yaxşılaşdırılması məqsədilə bir sıra prokurorluqların, o cümlədən Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun ən müasir standartlara cavab verən yeni inzibati bina ilə təchiz edildiyini bildirib. Kamran Əliyev qeyd edib ki, əvvəlki ildə olduğu kimi, 2024-cü ildə də vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Bakı şəhərinin rayon prokurorluqları tərəfindən vətəndaşların qəbulu həyata keçirilməklə qəbulda olmuş ümumilikdə 587 vətəndaşın müraciətləri üzrə müvafiq tədbirlər görülüb.

Hesabat dövründə görülmüş işlərə münasibətdə isə diqqətə çatdırılıb ki, Bakı şəhər prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində zəruri işlər görülüb. Müşavirədə hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri Elşən Abbasov hesabat dövründə paytaxtın prokurorluq orqanlarının digər hüquq-mühafizə orqanları ilə birlikdə cinayətkarlığa qarşı mübarizə, vətəndaş məmnunluğunun təmin olunması, Baş prokurorun rəhbər göstərişlərinin icrası istiqamətində görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, 2024-cü il ərzində Bakı şəhər prokurorluq orqanlarında 649 cinayət işinin ibtidai istintaqı aparılıb və həmin cinayət işlərindən 194-nün istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib, habelə hesabat dövründə prokurorluq orqanları tərəfindən istintaq edilmiş cinayət işləri üzrə müəyyən edilmiş 16 milyon 979 min 167 manat maddi ziyandan 12 milyon 425 min 084 manatının (73,2 faiz) ödənilməsi təmin olunub. Bundan əlavə, 2024-cü ildə Bakı şəhər prokurorluq orqanlarına 21 min 411 müraciət daxil olub, həmçinin Bakı Şəhər Prokurorluğunda 2 min 387, tabe rayon (şəhər) prokurorluqlarında isə 6 min 831 olmaqla, ümumilikdə 9 min 218 vətəndaş qəbul edilərək dinlənilib, müraciətlərinə müvafiq olaraq izahların verilməsi və onların həlli istiqamətində müvafiq tədbirlərin icrası həyata keçirilib. Həmçinin vurğulanıb ki, 2024-cü il ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 14 min 925 cinayət hadisəsi qeydiyyata alınıb ki, onların 88,8 faizinin açılması təmin olunub.

Bakı şəhərinin daxili işlər orqanları ilə qurulmuş peşəkar əməkdaşlıq münasibətləri zəminində həyata keçirilən tədbirlər nəticəsində hesabat dövründə qeydə alınmış 50, həmçinin ötən illərdən bağlı qalan 2 qəsdən adam öldürmə cinayətlərinin açılması təmin edilib. Xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılıb, şəhər prokurorluq orqanları əməkdaşlarından 1 nəfər intizam məsuliyyətinə cəlb olunaraq tutduğu vəzifədən azad edilib, 15 əməkdaşa xəbərdarlıq edilib.

Baş prokuror Kamran Əliyev şəhər prokurorluğunun struktur qurumları və tabe rayon prokurorluqlarının hər birinin fəaliyyətini təhlil edərək cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti, müraciətlərə baxılması, vətəndaşların qəbulu, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi sahəsində işlərin səmərəliliyinin daha da artırılması istiqamətində konkret tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Eldarado Latın Amerikasında ən böyük sıxlığa malik hava limanı oldu

® “Azercell” Şəkinin qadın sahibkarlarını dəstəkləyir

Azərbaycanda orta aylıq əməkhaqqı 8 faiz artıb

Qəbələdə vətəndaşlar qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər

BDU-nun nümayəndə heyəti BMT-nin COPUOS Elm və Texnika Altkomitəsinin sessiyasında təmsil olunub

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Primorsk-Axtarsk” aerodromuna zərbə endirilməsini təsdiqləyib

Azərbaycanlı futbolçu "Qalatasaray"a qol vurub

Müşahidələr dövründə qeydə alınan ən isti yanvar ayı iqlimşünasları narahat edib

Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və tarixi-mədəni abidələri ilə bağlı fotolayihə həyata keçirilir

Nazirlik: Yeni artımlar üçün əlavə 1,4 milyard manat vəsait nəzərdə tutulub

XİN: Azərbaycanda “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib

Dayanıqlı inkişafda keyfiyyətli təhsil amili - seminar

Türkiyə Prezidenti 2023-cü il zəlzələlərinin ikinci ildönümü ilə bağlı paylaşım edib

Pakistanda terror aktı nəticəsində üç polis ölüb, beşi yaralanıb

Türkiyədə yaşanan “Əsrin fəlakəti”nin günahsız qurbanlarının xatirəsinə

Qərbi Azərbaycandan olan həndbol hakimi: İnanıram ki, tezliklə yurd həsrətinə son qoyulacaq

Gənc istedad Zərrin Şükürovanın solo konserti və kitabının təqdimatı keçirilib

Mərkəzi Hərbi Poliklinikada simpozium: tibbi elmi araşdırmalar təqdim edilib

Azərbaycan-Türkiyə Turizm üzrə Birgə İşçi Qrupunun 4-cü iclası keçirilib

İlmə-ilmə yaşayan tarix: Qarabağ xalçaları - REPORTAJ VİDEO

Nazir: 2025-2026-cı tədris ili üçün Qarabağ Universitetində təxminən 1500 tələbənin təhsilə başlaması hədəflənir

ADAU ilə “Alkan Consulting Group” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

İcmaəsaslı Təlim Qrupları layihəsi çərçivəsində ölkə üzrə 886 mərkəz fəaliyyət göstərir

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 2018-ci il 1 may tarixli 29 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qırğızıstan və Çin arasında 700 milyon dollar dəyərində 19 müqavilə imzalanıb

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın məzarı ziyarət edilib

S.R.Babayevin Azərbaycan Respublikasının maliyyə naziri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

S.R.Babayevin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məktəblərdə yeni metodik xidmət strukturu müəyyən edilib

Məşhur futbolçu karyerasını başa vurub

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Naxçıvanda açıq kitabxana yaradılacaq

Nazir: Metodik xidməti olan məktəblərin sayının 96-ya çatdırılması planlaşdırılır

Emin Əmrullayev: Azərbaycanda ümumi təhsil müəssisələrinin rasionallaşdırılması həyata keçirilir

Numan Kurtulmuş: Trampın Qəzza sektoru üzrə planı real olmayan arzudur

Azərbaycanın təhsil müəssisələrində “Məktəblinin dostu” layihəsi genişlənir

İxtisaslaşdırılmış müalicə müəssisəsində fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı təlim keçirilib

Nazir: Məktəb direktorluğuna namizədlərin fənn bilikləri yoxlanacaq

Faktiki hava: bəzi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur

"Qalatasaray" yeni transferini İstanbula gizli gətirib

Özbəkistan Mədəniyyət İnstitutunun səhnəsində Azərbaycan klassiklərinin əsərləri təqdim olunacaq

Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması istifadəyə verilir

Sorğu: Ukraynanın Aİ və NATO-ya üzvlüyünə dəstək sabit şəkildə yüksəkdir

AQTA: “İlğım” əmtəə nişanlı saxta “Himalay duzu” satışdan geri çağırılıb

Bu il sertifikatlaşdırılma prosesinə cəlb ediləcək yeni fənlərin adları açıqlanıb RƏSMİ

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Bakıda sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir

Professor: Elektrik enerjisinin ötürülməsində itkilərin qarşısının alınması aktual mövzulardan biri olub

Türkiyəli ekspert: Fransa 1915-ci il hadisələri mövzusu ətrafında fəal şəkildə manipulyasiya edir

Belarus daşqınlardan zərər çəkmiş Keniya sakinlərinə humanitar yardım göndərib

Akademik İsa Həbibbəyli: Fərid Ələkbərli tibb əlyazmalarının tədqiqi məktəbini formalaşdırıb

Rusiyalı mütəxəssis: Berezutski “Sabah”da daha yaxşı nəticələr əldə edəcək

Gəncə Dövlət Milli Dram Teatrı "Bölgə teatrlarının Bakı premyeraları" layihəsində iştirak edib

SOCAR və BƏƏ neft şirkəti ilə əməkdaşlıq imkanları müzakirə edilib

Fevralın 6-sı Ümumdünya Mobil Telefondan İmtina Günüdür

Rəqəmsal inkişaf və nəqliyyat naziri Hacıqabulda vətəndaşlarla görüşüb

Vəkilliyə qəbulla bağlı test imtahanına sənəd qəbulu başlanıb

Azərbaycanda fəaliyyət göstərən operator və provayderlər qarşısında yeni tələblər qoyulacaq

Baş Prokurorluqda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibə elan olunub

İrakli Kobaxidze: ABŞ səfirliyi, USAID, NED və digər qurumlar bizə qarşı koordinasiyalı şəkildə hərəkət etdilər

“İnnovasiya” işçi qrupunun növbəti iclası keçirilib

Gənclər Kitabxanasında yazıçı Xanım Aydının kitablarının təqdimatı olub

® “Coca-Cola” şirkəti Azərbaycanda 5000 iş yerini dəstəkləyir

Şuşa Rayon Mərkəzi Xəstəxanasının inşası yekunlaşır FOTO VİDEO

SOCAR Sloveniya şirkətləri ilə əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə edib

Yüksək dağlıq ərazilərdə qar yağacağı, şaxta olacağı gözlənilir

İsveçin Erebru şəhərində məktəbə silahla hücum edən şəxsin adı məlum olub

Kaxa Kaladze: Xaricdən alınan vəsaitlər inqilabi ssenariyə sərf olunurdu

“Fənərbağça” kubok oyununda zədələnən 3 futbolçunun durumunu açıqlayıb

Deputat: USAID-ə qarşı irəli sürülən ittihamlar çox ciddidir və mütləq araşdırılmalıdır

Rusiya və ABŞ Ukraynada münaqişənin nizamlanması üzrə ilkin təmaslara başlayıb

RF Dövlət Duması xarici vətəndaşların tibbi müayinəsi haqqında təşəbbüslər irəli sürəcək

Rusiyada nəzarətdə olan şəxslərin reyestri tətbiq olunur

AzMİU əməkdaşlarının ixtirası enerji itkisini 80 faizədək azalda bilər

Biləsuvarda “Nəbi Xəzri – 100” adlı ədəbi-bədii gecə keçirilib

Azərbaycanlı UFC döyüşçüsü: Bütün dünyada çoxlu pərəstişkarım var

Ağdam, Xocalı, Xankəndi və Ağdərədə dövlət və özəl qurumların əməkdaşları minalarla bağlı maarifləndiriliblər

Lənkərana yağan intensiv leysan yağışları qazın və elektrik enerjisinin verilişində problem yaratmayıb

BDU ilə Qazaxıstanın Süleyman Dəmirəl Universiteti arasında anlaşma memorandumu imzalanıb

ABŞ USAID kimi təşkilatların fəaliyyətinə yenidən baxmalıdır - RƏY

Böyük Britaniyada nüvə reaktorlarının tikintisi asanlaşdırılacaq

Filippinin cənubunda təyyarə qəzaya uğrayıb, ölənlər var

Naxçıvanda əmanət qoyuluşunda və nağdsız dövriyyədə artım qeydə alınıb

SOCAR ilə Tatarıstan şirkətləri arasında əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb

Ekspert: Azərbaycanda keçirilən beynəlxalq miqyaslı tədbirlər Yaxın Şərq ölkələrinin diqqətini cəlb edir  MÜSAHİBƏ

“Miqrasiya Məktəbi - 7” layihəsi çərçivəsində ilk təlimlər keçirilib

Avropa çempionatı: Azərbaycanın U-21 yığmasının seçmə mərhələdəki rəqibləri məlum olub

Bugünkü hərracda tələb 54,5 milyon dollar təşkil edib

Polis Bakıda avtomobillərdən və evlərdən oğurluq edən şəxsləri saxlayıb

Tanınmış britaniyalı bərpaçı-ekspert Azərbaycan Milli İncəsənət Muzeyində

Baş Prokurorluq və Səhiyyə Nazirliyinin birgə müraciəti: plastik cərrahların sənədləri fərdi qaydada yoxlanılır

“Qarabağ”ın yeni transferi Kadi Borges: Mənə dəyər verilən yerdə olduğum üçün çox şadam

Qazaxıstan Avropaya yeni hava marşrutu açacaq

® Vergi işçilərinə şad xəbər!

Lənkəranda limon bağları şaxtalı havalardan necə mühafizə olunur? REPORTAJ FOTO VİDEO

Müstəqilliyimiz əbədidir: Biz indi öz taleyimizin sahibiyik

Ucar məktəbində şagirdlər arasında baş verən hadisə ilə bağlı araşdırma aparılır

“Fevral məruzələri 2025: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” konfransına yekun vurulub

Türkiyənin Milli Zəmin Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri azərbaycanlı tələbələr üçün təlim keçəcəklər