Bakı şəhəri və Abşeron yarımadası ərazisində evsiz heyvanların kütləvi sterilizasiya proqramına başlanmışdır
Bakı, 4 may (AZƏRTAC). “Vəfalı Dostlar” Heyvanlara Qayğı Mərkəzi və Baytarlıq Klinikası Bakı şəhəri və Abşeron yarımadası ərazisində evsiz heyvanların kütləvi sterilizasiya/kastrasiya proqramına başlamışdır.
AZƏRTAC xəbər verir ki, bunu mayın 4-də mərkəzin direktoru Daşqın Paşayev keçirdiyi mətbuat konfransında bildirmişdir.
D. Paşayev vurğulamışdır ki, missiyamız “Atma. Sığınacaq ver” ideyasını yaymaq və evsiz heyvanların ətrafında yaranmış vəziyyətlə bağlı problemin sivil həlli kimi onların kütləvi sterilizasiya/kastrasiya proqramını həyata keçirməkdir. Evsiz heyvanların öldürülməsi problemdən çıxış yolu deyildir.
Əsası 2009-cu ildə Bakıda qoyulan mərkəz “Səssizlərin səsi ol” devizi ilə çıxış edir. Proqrama görə evsiz heyvanlar tutulur, sterilizə olunur, peyvəndləmə aparılır və sonra təkrar yaşadığı yerə buraxılır. Bununla bağlı monitorinqlər aparılacaqdır. Kampaniyanın gələcəkdə regionlarda da həyata keçirilməsi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]