Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakı Su Həftəsində 16 ölkədən 90-a yaxın şirkət iştirak edəcək VİDEO

Bakı, 5 mart, AZƏRTAC

Mart ayında Bakıda Azərbaycanla yanaşı, bütün dünyada mühüm və prioritet sahələrdən biri olan su təsərrüfatı üzrə Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı keçiriləcək. Bakı Su Həftəsi (“Baku Water Week”) çərçivəsində Azərbaycanda ilk dəfə baş tutacaq sərgi 12-14 mart tarixlərində Bakı Ekspo Mərkəzində, konfrans isə 13-14 mart tarixlərində keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bunu "Caspian Events Organisers" şirkətinin departament rəhbəri Nuru Səfərəliyev Beynəlxalq Su Təsərrüfatı sərgi və konfransına həsr olunmuş mətbuat konfransında bildirib.

O qeyd edib ki, Bakı Su Həftəsində 16 ölkədən 90-a yaxın şirkət öz iştirakını təsdiqləyib. İştirakçı şirkətlərin təmsil etdiyi ölkələr sırasına Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Avstriya, Avstraliya, Belarus, Belçika, Böyük Britaniya, Çexiya, Danimarka, Gürcüstan, İsrail, İsveçrə, Qazaxıstan, Türkiyə və Rusiya daxildir.

Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Səməd Rzazadə bildirib ki, Azərbaycanda etibarlı su təchizatına nail olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu sahənin ölkədə bundan sonrakı inkişafı, mövcud çətinliklərin və həll yollarının müzakirəsi, maraqlı tərəflər üçün yeni fürsətləri əlçatan etmək məqsədilə keçirilən bu tədbir Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin dəstəyi ilə təşkil edilir.

O qeyd edib ki, Bakı Su Həftəsinin təşkil edilməsində əsas məqsəd Azərbaycanda bu sahənin daha da inkişaf etdirilməsi üçün ölkəyə yeni texnologiyaların, avadanlıqların və investisiyaların cəlb edilməsi, eləcə də Qarabağın bərpası və yenidən qurulması yönündə içməli su təminatının gücləndirilməsi, bununla bağlı vacib məsələlərin, yeni layihələrin və əməkdaşlıqların müzakirəsidir.

Ölkədə ilk dəfə təşkil olunmasına baxmayaraq, Bakı Su Həftəsi bir sıra önəmli şirkətlər tərəfindən dəstəklənir. Onun sözlərinə görə, müasir dövrdə dünya bir sıra yeni qlobal çağırışlarla üz-üzədir.

“Digər faktorlarla yanaşı su mənbələrinin çatışmazlığı dünyanı təhdid edən ən vacib problemlərdən birinə çevrilib. Etibarlı su təminatı, su ehtiyatlarından səmərəli şəkildə istifadə son dövrlərdə dünya ölkələri qarşısında duran strateji məsələdir. Azərbaycan da bu cəhətdən istisna deyil. Su ehtiyatlarının idarə edilməsi həm ekoloji baxımdan, həm də ölkənin su təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Su təhlükəsizliyi, etibarlı və davamlı su təchizatına nail olunması Azərbaycanda dövlət siyasətinin prioritet sahələrindən birini təşkil edir. Bu istiqamətdə Prezident İlham Əliyev tərəfindən müəyyən olunmuş təxirəsalınmaz tədbirlər çərçivəsində son illərdə ölkədə çoxsaylı layihələr həyata keçirilib, su ehtiyatlarından səmərəli istifadənin və su təsərrüfatı obyektlərinin idarə olunmasının təkmilləşdirilməsi, müasir tələblərə cavab verən meliorasiya və su təsərrüfatı obyektlərinin qurulması üçün ardıcıl işlər görülüb. Ötən ildə isə ölkə başçısı tərəfindən Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi ilə bağlı sərəncam imzalanıb”, - deyə agentliyin nümayəndəsi bildirib.

Qeyd edilib ki, Beynəlxalq Su Təsərrüfatı Sərgisi zamanı bu mövzularla əlaqəli mövcud həll yollarının tapılması yönündə bir sıra mühüm məsələlər müzakirə olunacaqdır. Belə ki, sərginin təqdimat zonasında “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatları və yenidənqurma işləri”, “Azərbaycanda Su Təsərrüfatında Müasir Trendlər və Su Ehtiyatlarının İnkişaf Planları”, “Su, qida və enerji”, “Su ehtiyatlarının keyfiyyətinin təmin edilməsində təhlilin rolu”, “Su diplomatiyası”, “Su təsərrüfatında müasir texnologiyaların tətbiqinin əhəmiyyəti”, “Tullantı sularının davamlı idarə olunması: problemlər və həll yolları”, “Su ehtiyatlarına qənaət – “Bir damcı” dəyər verək” və s. mövzularda panel müzakirələri aparılacaq. "Caspian Events Organisers" şirkətinin nümayəndəsi Bakı Su Həftəsi sərgisinin layihə rəhbəri Nicat Şıxəliyev əlavə edib ki, ölkədə ilk dəfə təşkil olunmasına baxmayaraq, Bakı Su Həftəsi bir sıra önəmli şirkətlər tərəfindən dəstəklənir. Sərginin qızıl sponsorları “Acwa Power”, “AgroFoodInvestment”, “Geo SU Group”, "Hidroloq" MMC, gümüş sponsorları “IDE Technologies”, “Körpü Bina Tikinti”, “Coca-Cola”, bürünc sponsorları “Kolin İnşaat”, “Özgün İnşaat”, “Qarabağ-ER” və “Aztəsərrüfat” MMC, konsaltinq tərəfdaşı isə “Mekorot” şirkətləridir. Bu mühüm şirkətlərin dəstəyi tədbirin əhəmiyyətinin və aktuallığının göstəricisidir. O qeyd ki, Bakı Su Həftəsi aşağıdakı bölmələri əhatə edəcək

· analiz və laboratoriya texnologiyaları;

· borular və boru kəməri avadanlığı və məhsulları;

· drenaj üçün avadanlıqlar;

· hidrotexniki qurğular;

· içməli suların emalı;

· konsaltinq xidmətləri;

· su təchizatı və kanalizasiya;

· suvarma sistemləri;

· su təchizatı və su təsərrüfatında inşaat və qazma texnikası və avadanlığı;

· su sahəsində ölçmə, tənzimləmə və nəzarət texnologiyaları;

· su təsərrüfatı obyektlərinin layihələndirilməsi və tikintisi;

· informasiya və kommunikasiya texnologiyaları;

· su təsərrüfatında təhsil, elmi araşdırmalar;

· elmi-tədqiqat institutları;

· suyun duzsuzlaşdırılması texnologiyaları;

· tullantı və yağış sularının axıdılması və emalı sistemləri.

Əlavə edilib ki, sərgidə iştirakçılar və ziyarətçilər üçün maraqlı konsepsiya hazırlanıb. Belə ki, foyedə əziz və tarixi şəhər Şuşada yerləşən və Azərbaycanın milli mədəni irsi olan İsa bulağının maketi yerləşdiriləcək və buradan İsa bulağının şəfalı suyu axacaqdır. Bununla yanaşı, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə “Ümid var” xeyriyyə cəmiyyətindən olan uşaqların, eləcə də Qərbi Kaspi Universitetinin Dizayn fakültəsindən olan tələbələrin əl işlərindən ibarət sərgi təqdim olunacaq.

Bundan başqa, Şəmkirçay su anbarı, təmizləmə prosesinin texnoloji sxemi, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, subartezian quyusu, o cümlədən 1913-cü ildə əkin sahələrini suvarmaq üçün Kür və Araz çaylarında geniş istifadə olunmuş su çarxı və qədim zamanlarda suyun tənzimlənməsində istifadə olunan şiber maketləri nümayiş olunacaq. Sərgilər çərçivəsində ikitərəfli işgüzar görüşlər (B2B və B2G) keçiriləcəkdir. Burada yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə edə biləcəklər. İkitərəfli işgüzar görüşlər çərçivəsində özəl şirkətlərin nümayəndələri dövlət qurumlarının təmsilçiləri ilə görüş imkanı əldə edəcəklər.

Qeyd edək ki, tədbirdə iştirak edən şəxslər su təsərrüfatı sahəsinin aparıcı nümayəndələri ilə görüşlər keçirmək, ən son texnoloji məhsullar və sektorun inkişaf strategiyaları barədə məlumat almaq, eləcə də perspektiv müqavilələr imzalamaq imkanı əldə edəcəklər. Təşkilatçılar ümid edirlər ki, Bakı Su Həftəsinin keçirilməsi Azərbaycanda su sektorunun inkişafına təkan olacaq və yeni həll yollarının tapılmasına öz töhfəsini verəcək. Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının təşkilatçıları “Caspian Event Organisers” şirkəti, eləcə də onların tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir. Eyni zamanda, tədbir Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən aktiv şəkildə dəstəklənir.

Bakı Su Həftəsində 16 ölkədən 90-a yaxın şirkət iştirak edəcək VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstanda buğda istehsalı 6,5 faiz azalıb

Bakıdan Dubaya uçan təyyarə əlverişsiz hava şəraiti səbəbindən geri qayıdıb

Barat Yusubov: Yay aylarında Yeni Klinikaya Avropadan 150-dək tələbə istehsalat təcrübəsinə gələcək

BƏƏ Azərbaycana COP29-a sədrliyi zamanı dəstək verməyə hazırdır

Dövlət Komitəsinin sədri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək

Çerniqova raket hücumu nəticəsində 11 nəfər həlak olub VİDEO

Türk ekspert: Ermənistan Qərbin “təhlükəsizlik çətiri” altına sığınaraq özü üçün zəmanət təminatı yaratmağa çalışır

Qazaxıstanlı alimlər Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi təcrübədə olublar

Ermənistanın baş naziri Azərbaycanla sərhəd bölgəsinə yenidən səfər edib

“Qlobal iqlim dəyişikliklərinin ekoloji mühitə təsiri” mövzusunda beynəlxalq konfrans keçiriləcək

“Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişikliklər ediləcək

® “Unibank” birinci rübün maliyyə nəticələrini açıqlayıb

Professor Mahirə Hüseynova Dünya Söz Akademiyasının fəxri üzvü seçilib

“Dövlət rüsumu haqqında” haqqında qanuna dəyişikliklər edilməsi təklif edilir

Sadiq Qurbanov: Bu gün dünyada su çatışmazlığı və ya sudan zəhərlənmə səbəbindən hər 8 saniyədə bir uşaq ölür

Xaçmazda elektrik enerjisinin verilişi məhdudlaşdırılıb

Məktəblilərin STEAM İnnovasiya Mərkəzinə ekskursiyaları başa çatıb

Azərbaycan səfiri etimadnaməsini Portuqaliya Prezidentinə təqdim edib

Energetika naziri: Azərbaycan bərpa olunan enerji sahəsində aparıcı ölkələrdən birinə çeviriləcək

Kuklaçılar bayramı başlayır

Nazir: Lisey və gimnaziyaların sayının artırılması istiqamətində işlər aparılacaq

FHN paytaxtın Suraxanı rayonundakı 84 nömrəli məktəbdə təlim keçirib

Venesuela Ekvadordakı bütün diplomatlarını geri çağırır

Komitə rəsmisi: Torpaq Məcəlləsində sahilboyu zolaqla bağlı ayrıca müddəalar müəyyən olunub

Azərbaycanlı şairlər “Retro” mövzusunda poeziya yarışında iştirak ediblər

Nazir müavini: Azərbaycanda boya qurğuşun miqdarını tənzimləyən qanunvericilik sənədi qəbul edilməlidir

BDU-nun Jurnalistika fakültəsində Azərbaycan Mətbuat Şurasının otağı açılıb

Aynur Sofiyeva: Psixoloji xidmətin gücləndirilməsinə böyük ehtiyac var

Qəbələyə gələn əcnəbi turistlər arasında Hindistan vətəndaşları üstünlük təşkil edib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyaları keçirilib

Görkəmli bəstəkar Zülfüqar Hacıbəyovun məzarı ziyarət olunub

Filippin Respublikasının Prezidenti Ferdinand Markosdan

Ukraynada yeni səfərbərlik qanunu mayın 18-də qüvvəyə minəcək

Azərbaycan şahmatçısı: Nicat Abasova psixoloji amil də təsir göstərir

Yeni Kaledoniya Konqresinin komitə sədri Bakıda Müqəddəs Məryəm Katolik Kilsəsini ziyarət edib

“Paris-2024”ə vəsiqə qazanmış Azərbaycan yığmasının basketbolçusu: Nəticəmiz fantastikdir

Nazir müavini: Son 5 ildə yeniyetmələr arasında xəstələnmə halları artıb

Milli Xalça Muzeyində Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş sərgi açılacaq

Rəssam: Fikirlərimi sənətsevərlərə əsərlərimlə çatdırmaq istəyirəm

Politico: Britaniya XİN başçısı Baş naziri kölgədə qoymağa başlayıb

Çerniqov raket hücumuna məruz qalıb, ölənlər və xəsarət alanlar var

Hacettepe Universitetinin professoru ADPU-da magistrantlar üçün modul dərslər keçir

Vergiödəyicilərinin sayı 7,5 faiz artıb

Ziyad Səmədzadə: Xəzər dənizi ilə bağlı elmi araşdırmaların aparılması labüddür

Azərbaycan Texniki Universitetində əmək yarmarkası keçirilib

Əbu-Dabidə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası açılıb

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib  YENİLƏNİB VİDEO

Azərbaycanda ilk dəfə Yeni Klinika elektron tibbi qeydiyyatın adaptasiyası modulu üzrə beynəlxalq sertifikata layiq görülüb

AzMİU-nun yeni yaradılan Dizayn fakültəsində tələbələri nələr gözləyir?

Deputat: Xəzərdə yaradılacaq torpaq sahələrinin zəlzələlərə davamlılığı məsələsi də qanun layihəsində əks olunmalıdır

Süd Yolunda ikinci ən böyük qara dəlik kəşf edilib

Hicran Hüseynova: İqlim dəyişiklikləri qadınlara və kişilərə müxtəlif formada təsir edir

Azərbaycan bilyardçısı Avropa çempionu olub

Komitə sədri: İnsanlarda xəstəliklərin 25 faizdən çoxu ətraf mühitlə bağlıdır

Nəsimi rayonunda avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurlayan şəxs saxlanılıb

Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 12 faizdən çox artıb

Bu gün unudulmaz bəstəkarı Ramiz Mirişlinin anım günüdür

Bakıda Beynəlxalq Caz Günü qeyd ediləcək

DGK sədri Bərdədə vətəndaşların müraciətlərini dinləyəcək

® “Ziraat Bank Azərbaycan” 2024-cü ilin ilk rübünü mənfəətlə başa vurub

Naxçıvanda 1500-dən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb

Qırğızıstanda TikTok sosial şəbəkəsinə giriş məhdudlaşdırılacaq

Yevlaxda aqrar sahə üzrə yeni texnologiyalar nümayiş olunacaq

Mart ayında müavinət və təqaüd alanlar 844 min nəfərdən çox olub

Son üç ayda pensiya ödənişlərinə 1 milyard 613 milyon manat yönəldilib

Kopenhagendə on milyonlarla dollar dəyəri olan incəsənət əsərləri xilas edilib

UNEC beynəlxalq reytinqdə dünya universitetləri ilə eyni qrupa daxil olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qurumları 12 beynəlxalq mükafata layiq görülüb

İddiaçılar Turniri: Nicat Abasov Fransa şahmatçısına qarşı

® “Gardashlar Mebel” Azərbaycana metal mebel idxalına qarşı yerli istehsala çağırış edir

Tramp rəqibi Baydendən 75 milyon dollar az ianə toplayıb

Milli Kitabxanada “Zülfüqar Hacıbəyov -140” adlı kitab sərgisi açılıb

“Avey” Qoruğunda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub

Milan vağzalı ən yeni optik illüziyanın köməyi ilə “Milad”ı görür

Opera səhnəmizin əfsanəsi

FHN: Ötən sutka 8 nəfərin həyatı xilas edilib

XİN: Fransanın Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməsi tam əsassızdır VİDEO

® Dosent İsmayıl Əfəndiyev “İnkişaf etməkdə olan ölkələrin 12-ci Toksikologiya Konqresi”ndə iştirak edir

“Məktəb liderliyi” proqramı çərçivəsində modullar üzrə yekun qiymətləndirmə başa çatıb

Bu gün görkəmli bəstəkar Zülfüqar Hacıbəyovun anadan olmasından 140 il ötür

Tovuz istiqamətində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter zərərsizləşdirilib VİDEO

Şəhriyar Məmmədyarov Kanadada rapid turnirinin qalibi olub

Əsgəran avtomobil yolunun inşasına start verilib VİDEO

Nehrəm qəsəbəsində 102 ev içməli su ilə təmin olunub

Çempionlar Liqası: Bu gün yarımfinalın son iştirakçıları məlum olacaq

Ötən gün 10 kiloqramdan çox narkotik vasitə aşkar olunub

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni sərəncamlar imzalayıb

DİN: Qanunsuz odlu silahlar aşkarlanaraq götürülüb

Moskva Dövlət Universitetinin Bakı filialı abituriyentləri “Açıq qapı” gününə dəvət edir

Dünya birjalarında neft ucuzlaşıb

Azərbaycan neftinin qiyməti 93 dolları ötüb

Naxçıvanda üç ayda 40 icarə müqaviləsi bağlanıb

“BS-Avtomatika” MMC-də BMU-nun kafedrasının filialı yaradılacaq

DİN: Ötən gün ölkə ərazisində 67 cinayətin üstü açılıb

Şimali Kaliforniyada Azərbaycanın Xalq artisti Çingiz Sadıxovun 95 illik yubileyi qeyd olunub

Hazırda Bakının hansı yollarında sıxlıq müşahidə olunur?

Əl təmizləyicilərinin beyindəki hüceyrələrə zərər verdiyi aşkarlanıb

Muzey Mərkəzində kulturoloq Elmir Mirzəyevin mühazirəsi keçiriləcək

Araşdırma: Antibiotiklər aşağı tənəffüs yollarının əksər infeksiyaları üçün təsirli deyil

Yaponiya “Google”a qarşı antiinhisar iddiası hazırlayır