BAKI-TBİLİSİ-QARS LAYİHƏSİ HƏYATA KEÇİRİLİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 12-də Bakı-Tbilisi-Qars marşrutu üzrə dəmir yolu layihəsinin həyata keçirilməsi prosesinə başlanacaqdır. Həmin gün 105 kilometrlik dəmiryol magistralının Türkiyə ərazisində yerləşən 76 kilometrlik hissəsinin tikintisinə başlanacağı bildirilir.
Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsinin tikintisi ilə yanaşı Gürcüstanda da işlər davam etdiriləcəkdir. Məlum olduğu kimi layihənin Gürcüstan hissəsində tikinti işləri aparmaq üçün elan edilmiş tenderdə Azərbaycanın “Azərinşaatservis” şirkəti qalib gəlmiş və 29 kilometrlik dəmiryol sahəsində isə başlamışdır. Şirkət 79 milyon dollar dəyərində sifarişi yerinə yetirməlidir. İşlər 2009-cu ilin oktyabrında başa çatdırılacaqdır.
Bundan əlavə, Gürcüstan ərazisindəki 183 kilometrlik Tbilisi-Marabda-Axalkalaki dəmir yolunda yenidənqurma işləri də həyata keçiriləcəkdir.