Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Səhiyyə Nazirliyi və KOBİA-nın təşkilatçılığı ilə “Heydər Əliyev və özəl tibb sektoru” mövzusunda tədbir keçirilib

Bakı, 29 noyabr, AZƏRTAC

Səhiyyə Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və “Özəl Tibb Müəssisələri Assosiasiyası” İctimai Birliyinin dəstəyi ilə “Bakı KOB evi”ndə “Heydər Əliyev və özəl tibb sektoru” mövzusunda tədbir və “Özəl Tibb Müəssisələri Assosiasiyası” ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanda sahibkarlığın inkişafında, o cümlədən özəl tibb biznesinin formalaşmasında müstəsna rolu olan ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə ölkəmizdə elan edilmiş “Heydər Əliyev İli” çərçivəsində təşkil olunub.

Tədbir çərçivəsində “Özəl Tibb Müəssisələri Assosiasiyası” İctimai Birliyinin ilk iclası da baş tutub.

Müvafiq dövlət qurumlarının nümayəndələrinin, tibb sahəsində fəaliyyət göstərən iş adamlarının iştirakı ilə keçirilən tədbirdə özəl tibb sektorunun mövcud çətinlikləri və onların həlli yolları, gələcək inkişaf perspektivləri müzakirə edilib. Eyni zamanda, yeni yaradılan “Özəl Tibb Müəssisələri Assosiasiyası” İctimai Birliyinin fəaliyyət istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Tədbirdə giriş sözü ilə çıxış edən səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev respublikanın ictimai-siyasi, sosial-iqtisadi həyatının bir çox sahələri kimi, səhiyyənin də inkişaf tarixini yazıb: “Ulu Öndər müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə daim özəl tibb fəaliyyətinə dəstək verib. 1999-cu il dekabrın 30-da qəbul olunan “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu bunun ən bariz nümunəsidir. Qanun özəl tibb fəaliyyətinin subyektləri arasında münasibətləri tənzimləyir, onların hüquq və vəzifələrini, bu fəaliyyətin təşkilati-hüquqi əsaslarını müəyyən edir”.

Nazir qeyd edib ki, hazırda Azərbaycanda özəl səhiyyə sektorunda 1400-ə yaxın biznes subyekti fəaliyyət göstərir və bunlardan 1274-ü ambulator, 110-u stasionar tibbi xidmət təminatçısıdır: “Səhiyyə Nazirliyi həm dövlət tibb müəssisələrində, həm də özəl müəssisələrdə çalışan tibb işçilərinin fəaliyyətini dəstəkləyir və yüksək qiymətləndirir”.

Prezident İlham Əliyev tərəfindən sahibkarlıq sahəsinə verilən dövlət dəstəyi nəticəsində özəl tibb müəssisələrinin, özəl tibbi praktika ilə məşğul olan subyektlərin sayının artdığını vurğulayan Teymur Musayev bildirib: “2022-ci ilin dekabrında qəbul olunan “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu səhiyyə sisteminin iştirakçıları arasında qarşılıqlı səmərəli fəaliyyət üçün geniş imkanlar açır. Ölkə rəhbərliyi tərəfindən insan kapitalı sahəsində həyata keçirilən sistemli tədbirlər nəticəsində tibb müəssisələri müxtəlif ixtisaslı tibb mütəxəssisləri ilə komplektləşdirilib. Özəl sektora dövlət dəstəyi sahibkarlıq subyektlərinin sayının artmasına səbəb olmaqla yanaşı, bu sahədə nəzarəti də şərtləndirir”.

Nazir özəl tibb müəssisələrini vahid platformada birləşdirərək, fəaliyyətləri ilə bağlı yaranan müxtəlif məsələlərin aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına vaxtında və düzgün çatdırılmasında “Özəl Tibb Müəssisələri Assosiasiyası”nın təsis edilməsini vacib addım kimi qiymətləndirib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin dövlət-özəl dialoqunun inkişafına dəstəyi, biznes subyektlərinin çətinliklərinin və təkliflərinin öyrənilməsi üçün mütəmadi olaraq təşkil olunan görüşlər və ictimai müzakirələr, sahibkarlara dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlərin vahid məkanda - KOB evlərində təqdim edilməsi barədə məlumat verib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev agentliyin tibbi fəaliyyətlə məşğul olan sahibkarlıq subyektləri ilə əməkdaşlığının ildən-ilə genişləndirildiyini vurğulayıb. Onun sözlərinə görə, icbari tibbi sığorta çərçivəsində özəl xəstəxanalarda dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyat və xidmətlər göstərilir.

Çıxışında ASK-nin prezidenti Məmməd Musayev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda səhiyyə sahəsində həyata keçirdiyi islahatlar çərçivəsində ən mühüm xidmətlərindən biri də özəl səhiyyə sisteminin tətbiqi olub. Onun sözlərinə görə, Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev ölkəmizdə səhiyyə sisteminin inkişafına xüsusi diqqət yetirir, eyni zamanda rəqabətə davamlı özəl tibb müəssisələrinin yaradılmasına böyük töhfə verir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov qeyd edib ki, ölkəmizdə səhiyyə sahəsində aparılan genişmiqyaslı islahatlar, eyni zamanda özəl və dövlət tibb müəssisələri arasında sağlam rəqabətin yaranması sayəsində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti yüksəlib: “Bu isə səhiyyəmizin gələcək inkişafı üçün təkan olub”.

Tədbirdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva da fikirlərini bölüşüb.

“Özəl Tibb Müəssisələri Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Günel Əliyeva assosiasiyanın fəaliyyəti barədə məlumat verib: “Assosiasiya insanların sağlamlığının qorunması, tibbi xidmət imkanlarının artırılması və səmərəli təşkili, bu sahədə dayanıqlı iqtisadi inkişafa nail olunması, dövlət və özəl sektorda fəaliyyət göstərən KOB subyektləri arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsi məqsədilə yaradılıb”.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli səhiyyəmizin inkişafına göstərdiyi diqqət və qayğıya, bu sahədəki fəaliyyətlərinə həsr olunan “Özəl səhiyyə” filmi nümayiş olunub.

Həmçinin, Səhiyyə Nazirliyinin, KOBİA-nın və Özəl Tibb Müəssisələri Assosiasiyası İctimai Birliyinin nümayəndələrinin iştirakı ilə sahibkarların suallarının cavablandırıldığı və təkliflərinin dinlənildiyi dəyirmi masalar təşkil olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan nefti bahalaşıb

AZƏRTAC-104: Azərbaycanın dünyaya açılan informasiya pəncərəsi

Xaçmazda mikroavtobus dərəyə aşıb, yaralanan var

ÜST: 1990-cı ildən bəri uşaq və yeniyetmələr arasında piylənmə dörd dəfə artıb

Bakının bir sıra yollarında sıxlıq yaranıb

Su polisi tərəfindən qanunsuz balıq ovu ilə məşğul şəxs saxlanılıb

Smartfonlarda süni intellekt dövrü: Ənənəvi tətbiqlər tarixə çevrilir

Tramp məxfi sənədlərlə bağlı məhkəmənin təxirə salınmasını istəyib

Yaponiya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Bəşəriyyət tarixində ən böyük vulkan püskürməsinin izləri tapılıb

Avstraliyada evsiz-eşiksizlərə istidə sərinlənmək üçün mobil mərkəzlər quraşdırılacaq

Saxta məhsulların satışı Macarıstan iqtisadiyyatına 189 milyon avro ziyan vurub

Zambiyada quraqlıqla bağlı milli fəlakət rejimi elan olunub

Albaniyanın Baş naziri Edi Rama Azərbaycana işgüzar səfərə gəlib

Nəqliyyat Nazirliyi: Türkiyənin yükdaşımalarında dəmir yolunun payı 22 faizə çatacaq

Havanın çirklənməsi dünyada yarım milyon körpənin ölümünə səbəb olur

Banqladeşdə restoranda baş verən yanğında 43 nəfər ölüb

İtaliyada əlverişsiz havaya görə 17 bölgədə xəbərdarlıq elan edilib

Bloomberg: Bayden G7-nin sammitinədək Rusiya aktivlərindən istifadə planının hazırlanmasını istəyir

İsrail Livanla sərhədə tanklar və zirehli transportyorlar yerləşdirib

Naxçıvan məktəbləri ilk dəfə pilot qrant proqramına qoşulub

Türkiyə Kuboku: “Fatih Karagümrük” “Qalatasaray”a qalib gələrək yarımfinala yüksəlib

Pentaqon: Ukrayna məğlub olarsa, Rusiya dayanmayacaq

Azərbaycan və Braziliya arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Lənkəranda baş verən qəzada 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb

“Məna kəsb etmir?!” adlı sərgi layihəsi təqdim edilib

Şimali Makedoniya Ukraynanın ərazi bütövlüyünə dəstəyini bir daha ifadə edib

ABŞ ictimaiyyəti Qarabağ regionunun yenidən qurulması barədə məlumatlandırılıb

MDB-də müalicə və profilaktika sahəsində baza təşkilatı yaradılacaq

Ərdoğan: Fransa terrorizmi ən fəal dəstəkləyən ölkədir

Gənc qiraətçilər “Canlı klassika” beynəlxalq müsabiqəsində çıxış ediblər

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası olub

Dövlət Film Fondunda Şamil Mahmudbəyovun 100 illiyinə həsr edilən tədbir keçirilib

HONOR-dan süni intellekt inqilabı: MWC 2024-də yeni məhsulların qlobal tanıtımı

Bakıdakı Rus evində azərbaycanlı blogerin ustad dərsləri keçirilib

AYNA: 134 nömrəli marşrut xəttinin istismarı dayandırılır

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Niderland mediası Xocalı həqiqətlərindən yazıb

Xocalıda aşkar edilmiş kütləvi məzarlıqdan daha bir azyaşlının qalıqları çıxarılıb

Anar İsgəndərov: İstintaqlar göstərdi ki, Sumqayıt hadisələrinin təşkilatçıları və günahkarları elə ermənilərin özləridir

Aİ investisiyalarının prioritetləşdirilməsi üçün yaradılan İşçi Qrupun ikinci iclası keçirilib

Pol Poqba dörd illik futboldan uzaqlaşdırılıb

Devid Bekhem: Dünyada “Barselona”nı Messi qədər sevən futbolçu yoxdur

Azərbaycan Səudiyyə Ərəbistanı şirkəti ilə dəniz suyunun duzsuzlaşdırılmasını müzakirə edib

Azərbaycan və BƏƏ-nin mərkəzi bankları arasında əməkdaşlıq müzakirə olunub

“Bakı Metropoliteni”nin “Dəyişməyən dəyərlər, dəyişən imkanlar” panel konfransı keçirilib

ABŞ Dövlət Departamentinin nümayəndəsi Səngəçal terminalında olub

VI Beynəlxalq Uşaq Rəsm müsabiqəsində 1200-dən çox uşaq iştirak edib

Ombudsmanın 2023-cü il üzrə məruzəsi parlamentin plenar iclasına tövsiyə olunub

İraq Respublikasının sabiq Baş naziri, İslami Dəvət Partiyasının baş katibi Nuri Kamal Əl-Malikidən

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

Sumqayıt hadisəsi: tarix olduğu kimi

Sumqayıt hadisələrində iştirak etmiş qaraplaşlılar - onlar kimlər idi? - Müsahibə

ATU-nun rektoru universitetdə yeni fəaliyyətə başlayan kafedranı ziyarət edib

Formula 1 üzrə Bəhreyn Qran-Prisində mövsümə start verilib

“Air France-KLM” 2023-cü ilin IV rübündə xalis zərər müəyyən edib

Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb

Builki Formula 1 mövsümü daha zəngin olacaq

Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı cari vəziyyət müzakirə edilib

Gürcüstanda yaşayan soydaşımız mükafatlandırılıb

Araşdırma: COVID-19 insanların intellekt səviyyəsini aşağı salır

İqlim dəyişikliyinə uyğunlaşmanın əsas yollarından biri təbii resurslardan səmərəli istifadə edilməsidir - AÇIQLAMA

“Neftçi” – “Qarabağ” oyununun hakimləri bəlli olub

Azərbaycanın qadın hakimləri Avropa çempionatının oyunlarını idarə edəcəklər

Bakıda 6 evdən oğurluq edən şəxs saxlanılıb VİDEO

Nəqliyyat işçilərinin tətili Berlində hərəkəti iflic edib

Rusiya İranın “Pars 1” peykini kosmosa göndərib

Mədəniyyət və İncəsənət Universitetində “Sazlı-sözlü kəlağayı günləri”

BDU-da “Enterprise Azerbaijan” portalının “Startup School 2” layihəsinin təqdimatı keçirilib

® “AccessBank” QSC “UbuntuPro” üzrə tender elan edir

XİN Berlində Azərbaycanla Ermənistan arasında sülh prosesi üzrə aparılan danışıqlar barədə məlumat yayıb

Elm və təhsil naziri: Rus bölmələrində Azərbaycan dilinin tədrisi keyfiyyətini artırmaq əsas prioritetlərdən biridir

Nazir Naxçıvan Universitetinin bağlanması ilə əlaqədar oradakı tələbələrin təhsili məsələsinə aydınlıq gətirib

Azərbaycan ilə Almaniya arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub

Emin Əmrullayev: Rus bölməsində müəllim çatışmazlığını yaşayırıq

Emin Əmrullayev: Bu il universitetlərdə ilk dəfə müəllimlik ixtisası üzrə proqram akkreditasiyası keçiriləcək

Yeni Azərbaycan Partiyası nümayəndə heyəti Türkiyədə səfərdədir

Hidayət Məmmədov: Bakı metrosunda gediş haqları artırılmayacaq

XİN: Avropa Parlamentinin hesabatı Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsidir

Yevlaxda MİDA tərəfindən yaşayış kompleksinin tikintisinə başlanılıb

“Narkomaniya və erkən nikahlara yox deyək!” mövzusunda məktəblilərlə maarifləndirici görüş keçirilib

Alen Simonyan: İrəvan KTMT-dən çıxmaq barədə qərar verməyib

AzMİU-nun müəllim və tələbələri xüsusi riskli ərazilərə baxış keçiriblər

Köçü planlaşdırılan sakinlərə məşğulluq tədbirləri ilə bağlı məlumat verilib

Elm və təhsil naziri: Türkiyə-Azərbaycan Universitetində gələcəkdə tibb ixtisasının tədrisi də planlaşdırılır

Sədr müavini: "Həzi Aslanov" stansiyasında iki mərhələli təmir işləri aparılacaq

Nazir: Türkiyə-Azərbaycan Universitetinə ayrılacaq bina haqqında yaxın bir həftə ərzində məlumat veriləcək

Bakı Musiqi Akademiyasında Süleyman Ələsgərovun 100 illiyi qeyd olunub

Emin Əmrullayev: Türkiyə-Azərbaycan Universitetində ilkin olaraq əsasən Azərbaycan vətəndaşlarının təhsil alması nəzərdə tutulur

Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib

Bakı Musiqi Akademiyasında “Nəsillərin birliyi” adlı konsert olub

Nazir: Xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramına qəbul sabahdan başlanır

® “Silk Way West Airlines” yenilənmiş IOSA sertifikatı ilə ən yüksək hava yükdaşıma təhlükəsizliyi standartlarını qoruyur

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası keçiriləcək

Azərbaycanda rus dilində illik respublika olimpiadasının ikinci mərhələsi keçirilir

Ombudsman Aparatının nümayəndələri N hərbi hissəsində olublar

Kolumbiya oktyabrda qlobal biomüxtəliflik sammitinə ev sahibliyi edəcək

Azərbaycan oftalmoloqları Asiya-Sakit Okean Oftalmologiya Akademiyasının konqresində iştirak edib

Emin Əmrullayev: Türkiyə-Azərbaycan Universitetinə ilkin qəbul planı 100 nəfər nəzərdə tutulsa da, bu say hər il artırılacaq VİDEO