Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Almatı prosesi”nin III Nazirlər Konfransında Bakı bəyannaməsi qəbul olunub - YENİLƏNİB VİDEO

Bakı, 24 aprel, AZƏRTAC

Bakıda miqrasiya sahəsində çoxtərəfli regional dialoqun təşviqinə yönəlmiş “Almatı prosesi”nin 3-cü Nazirlər Konfransı yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının “Almatı prosesi”nə ikiillik sədrliyinin yekunu olaraq təşkil olunan konfransın sonunda Bakı bəyannaməsi qəbul olunub. Eyni zamanda, "Almatı prosesi"nə sədrlik Qazaxıstan Respublikasına keçib.

Səhər saatlarından təşkil edilən konfransın əsas məqsədi ölkəmizin prosesə sədrliyi dövründə həyata keçirilən fəaliyyətlərə nəzər yetirmək, “Almatı prosesi”nin 3-cü Nazirlər Konfransının Bakı bəyannaməsinin qəbul edilməsi və sədrliyin Qazaxıstan Respublikasına ötürülməsi olub.

“Almatı prosesi”nə üzv, müşahidəçi və dəvət olunmuş dövlətlərin miqrasiya sahəsində fəaliyyət göstərən müvafiq orqanlarının və beynəlxalq təşkilatların yüksəksəviyyəli nümayəndə heyətlərinin iştirakı ilə keçirilən konfransda açılış nitqi ilə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov çıxış edib. Onun sözlərinə görə, Azərbaycan “Almatı prosesi”nə 2 illik sədrlik dövründə fəaliyyətini bütün iştirakçı dövlətlərin maraq və ehtiyacları, eləcə də prosesin strateji və institusional inkişafı istiqamətində qurmağa çalışıb: “Sədrliyimiz çərçivəsində müəyyənləşdirilən prioritetlərə uyğun olaraq qanuni miqrasiyanın təşviqi, miqrasiya üzrə statistik təhlillərin aparılması, iqlim dəyişikliyi və miqrasiya üzrə inklüziv siyasət və fəaliyyət planının hazırlanması, institusional bacarıqların artırılması və s. bu kimi istiqamətlər üzrə fəaliyyət həyata keçirilib. Bunlar yaxşı təcrübələrin maraqlı tərəflərlə mübadiləsinə, miqrasiya sahəsində qarşılıqlı əlaqələrin daha da genişlənməsinə hədəflənib. Azərbaycan “Almatı prosesi”nin işində təşkilatın yarandığı vaxtdan fəal iştirak edir və milli miqrasiya sahəsində əldə etdiyi təcrübəni bütün maraqlı tərəflərlə bölüşərək bu illər ərzində digər iştirakçı dövlətlərin ən yaxşı təcrübələrindən yararlanmışdır. Bu xüsusda Azərbaycanın son 2 il ərzində “Almatı prosesi”nə sədrlik etməsi bizim üçün çox əlamətdar idi”.

Beynəlxalq Miqrasiya Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Artur Erken isə qeyd edib ki, Bakı bəyannaməsinin qəbul olunmasını miqrasiya sahəsində regional əməkdaşlığın gücləndirilməsi istiqamətində atılmış addım kimi qiymətləndirir. O, Bakı bəyannaməsinin regional əməkdaşlığın möhkəmlənməsinə, təhlükəsiz, nizamlı və qanuni miqrasiyanın təmin olunmasına töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib: “Almatı prosesi” iştirakçı ölkələr və müşahidəçi dövlətlər üçün mühüm platforma olaraq qalmaqdadır və regionda miqrasiyanın əhəmiyyətinin artdığı və yaxın gələcəkdə də aktual olaraq qalacağı bir şəraitdə həm formal, həm də qeyri-formal fikir mübadiləsi üçün unikal imkanlar yaradır. “Almatı prosesi” iştirakçısı olan ölkələrin hüdudlarından kənarda təxminən 8 milyon vətəndaş yaşadığı halda, bu ölkələrin daxilində olan xarici miqrantların sayı 9,5 milyon təşkil edir. Daha geniş çərçivədə – iştirakçı, müşahidəçi və dəvət olunmuş ölkələr üzrə bu rəqəmlər müvafiq olaraq 22 milyon vətəndaş və 25 milyon xarici miqrant təşkil edir”.

Türkiyə daxili işlər nazirinin müavini Mehmet Aktaş çıxışında qeyd edib ki, 2023-cü ildən bəri qardaş ölkədə 456 min 851 qeyri-qanuni miqrant saxlanılıb: "Son iki il ərzində Türkiyədə 118 min 552 miqrant dənizlərdə boğularaq ölməkdən xilas edilib. Bununla yanaşı, 261 min 701 qeyri-qanuni miqrant ölkədən deportasiya olunub. Türkiyədə tətbiq edilən "Mobil İmmiqrasiya Məntəqələri" miqrasiya sahəsində dünyada ilkdir. Bununla şəxsiyyət vəsiqəsini təqdim edə bilməyən əcnəbilər lazımi yoxlamalar üçün “Mobil İmmiqrasiya Məntəqələri” adlanan avtomobillərə dəvət edilir və burada İmmiqrasiya İdarəsinin əməkdaşları tərəfindən "Göç-Net" məlumat bazası vasitəsilə biometrik məlumatlarla yoxlanılır".

Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Askarbek Ertayev isə bildirib ki, “Almatı prosesi”nin növbəti sədrliyi çərçivəsində Qazaxıstan həm Mərkəzi Asiya dövlətləri arasında, həm də hökumət və beynəlxalq təşkilatlar arasında regional əməkdaşlığın gücləndirilməsinə bundan sonra da vasitəçilik etmək niyyətindədir. A.Ertayev Qazaxıstanın mövcud miqrasiya vəziyyəti ilə bağlı konfrans iştirakçılarını məlumatlandırıb: “2024-cü ildə Qazaxıstanın xarici miqrasiyasında müsbət dinamika nəzərə çarpır. Miqrasiyanın müsbət saldosu 2023-2024-cü illərdə də saxlanılıb. 2024-cü ilin yekunlarına əsasən miqrasiya saldosu 17 min nəfər təşkil edib. Onların əksəriyyəti MDB ölkələri və Çindən gələnlərdir. Həmin miqrantlardan böyük qismi təhsil üçün ölkəmizə gəliblər".

Nazir müavini Qazaxıstan “Almatı prosesi”nə sədrliyi dövründə beş əsas prioritet sahə üzrə fəaliyyət göstərəcəyini açıqlayıb. Bunlar qanuni miqrasiyanın həyata keçirilməsi, miqrantların hüquqlarının müdafiəsi, əmək miqrantlarının inteqrasiyası və xidmətlərə əlçatanlığı təmin etmək, miqrasiya sahəsində statistik məlumatların nizama salınması və “Almatı prosesi”nə üzv iştirakçıların, eləcə də dövlətlərin sayını artırmaqdır.

Qeyd edək ki, 2013-cü ildən fəaliyyət göstərən “Almatı prosesi” özündə Mərkəzi Asiya ölkələrini, Azərbaycan, Türkiyə, Pakistan, İran və İtaliyanı birləşdirən regional məşvərətçi platformadır. “Almatı prosesi”nin katibliyi funksiyasını Beynəlxalq Miqrasiya Təşkilatı həyata keçirir. Beynəlxalq miqrasiya və qaçqınların müdafiəsi sahəsində dialoqu gücləndirməyi, məlumat mübadiləsini və regional əməkdaşlığı təşviq etməyi hədəfləyən Proses bu istiqamətdə dövlətlərarası əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfə verir. Yarandığı vaxtdan Prosesin işində aktiv iştirak edən Azərbaycan Respublikası 2023-cü ilin martın 28-də sədrliyi Türkiyə Respublikasından təhvil alıb.

“Almatı prosesi”nin III Nazirlər Konfransında Bakı bəyannaməsi qəbul olunub - YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ƏƏSMN-in fəaliyyətində ictimai nəzarətin həyata keçirilməsində İctimai şuranın rolundan bəhs olunub

İqtisadiyyat naziri Londonda bir sıra görüşlər keçirib

İtaliyalı tennisçi Yannik Sinner Papa XIV Leoya raketka hədiyyə edib

Antonio Koşta: Monteneqro Aİ-də müsbət impulsun ən yaxşı nümunələrindəndir

Avropa Ədalət Məhkəməsi Ursula Fon der Lyayenin “Pfizer” şirkətinin rəhbəri ilə yazışmalarının açıqlanmasına hökm çıxarıb

Rektor BMU-nun ictimai və sosial həyatında fərqlənən tələbələrlə görüşüb

NDU-da tanınmış macar yazarın “Yaşam üçün nəfəs” tamaşası nümayiş olunub

Bu ilin 4 ayında qoruq və muzeylərin 280 minə yaxın ziyarətçisi olub

Fransa-Əlcəzair münasibətləri yenidən gərginləşib

AQTA sədri ilə Latviyanın kənd təsərrüfatı naziri əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər

“Milli Proqram” çərçivəsində növbəti 7500 nəfər təlimlərə başlayıb

® “AccessBank” “Cisco IronPort” üzrə tender elanının müddətini uzadıb

Azərbaycan - Ukrayna oyununun yeri və başlama vaxtı müəyyənləşib

İkinci Azərbaycan Bankçılıq Missiyasının ABŞ-a işgüzar səfəri başlayır

Xocəsəndə Ulu Öndərin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş ağacəkmə aksiyası keçirilib

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına 35 milyon manatdan çox investisiya yatırılıb

AKİA: Biz subsidiya sahəsində kooperativlər üçün özəl yanaşma tətbiq edirik

Gürcüstan Parlamenti: ABŞ Nümayəndələr Palatasının qəbul etdiyi qanun Gürcüstana düşmənçilik ruhunda tərtib olunub

Xaçmazda avtomobil vuran məktəbli hadisə yerində ölüb

DİM II və III ixtisas qrupları üzrə qəbul imtahanı verəcək abituriyentlərə müraciət edib

Latviyanın nümayəndə heyəti ilə gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Türkiyədə peşə reabilitasiyası və sosial müdafiə sahəsində təcrübə mübadiləsinə dair müzakirələr aparılıb

Famil Mustafayev: Elmlər doktoru dərəcəsinin ləğvi təkcə normativ sənədlə həll edilə bilməz

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru: Qarabağda bir neçə şirkətin artıq aqroparklarla bağlı konsepsiyası var

Fərhad Quliyev: Arxeologiyada yeni tədqiqat üsullarını tətbiq etməyə çalışırıq

PKK-nın özünü buraxması: terrorçulara etibar etmək olarmı? – ANALİTİKA

Azərbaycanın sərbəst güləşçiləri İrandakı turnirdə iştirak edəcəklər

Çin ABŞ malları üçün idxal rüsumlarını azaldıb

Azərbaycan ombudsmanı İƏT iclasında insan hüquqlarının müdafiəsi və əməkdaşlıq çağırışları ilə çıxış edib

ANAMA işə qəbul elan edir

AAK sədri: Son 5 ildə 365 nəfərə elmlər doktoru dərəcəsi verilib

İkiqat Olimpiya çempionu xəstəxanaya yerləşdirilib

BDU əməkdaşları “Springer Nature”nin nəşr imkanları barədə məlumatlandırılıb

Ravvin Mark Şnayer: Azərbaycan dinlərarası əməkdaşlıq və birgəyaşayış baxımından dünya miqyasında nümunədir VİDEO

Ravvin Mark Şnayer: Azərbaycan dinlərarası əməkdaşlıq və birgəyaşayış baxımından dünya miqyasında nümunədir VİDEO

“Muğam aləmi” 7-ci Beynəlxalq Muğam Festivalı çərçivəsində muğam müsabiqəsi elan edilib

Avropa Şurasının sessiyasında Azərbaycanın sülh təşəbbüslərindən danışılıb

Tovuzda dolu təsərrüfatlara zərər vurub - kənd sakinlərinə dəymiş ziyan hesablanır VİDEO

Tovuzda dolu təsərrüfatlara zərər vurub - kənd sakinlərinə dəymiş ziyan hesablanır VİDEO

® “Kapital Bank”da tələbələr üçün maliyyə və müştəri təcrübəsi təlimləri keçirilib

Azərbaycan və Latviya arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub

“Bilim Maarif” atelyesinin açılış mərasimi olub VİDEO

“Bilim Maarif” atelyesinin açılış mərasimi olub VİDEO

“Milli Proqram” çərçivəsində daha 7500 nəfər təlimlərə başlayıb

Azərbaycanda arxeologiya və antropologiya üzrə fundamental elmi araşdırmaların aparılması mühüm hədəflərdən biridir

Çinli ekspert: Orta Dəhliz Çin və Avropanı birləşdirən ən qısa yoldur

2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumunda “Süni intellektin aqrar sahədə tətbiqi" mövzusunda konfrans keçirilib VİDEO

2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumunda “Süni intellektin aqrar sahədə tətbiqi" mövzusunda konfrans keçirilib VİDEO

Elvan Kuzucu: “TEKNOFEST”in uğurlu modeli Azərbaycanın digər bölgələrində də tətbiq ediləcək

“Bilim Maarif” atelyesi: Türkiyə-Azərbaycan elmi əməkdaşlığında yeni addım

Gələcəyin səmasında Azərbaycan imzası VİDEO

Gələcəyin səmasında Azərbaycan imzası VİDEO

İƏT-in sammitinin Bakıda keçirilməsi təşkilatın Azərbaycanla əməkdaşlığını daha da dərinləşdirəcək - Ekspert rəyi

Sergey Vlasenko: Müharibənin Ukraynanın ətraf mühitinə vurduğu ziyan təxminən 91,6 milyard dollardır

Azərbaycan millisinin futbolçusuna xarici klublardan təkliflər var

Türk dövlətlərinin ali seçki qurumları arasında əməkdaşlıq genişlənir

Arxeologiya və Antropologiya İnstitutu beynəlxalq standartlara uyğun elmi jurnallar nəşr edəcək

Özünüməşğulluq proqramı üzrə son bir həftədə 176 şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

ADPU-nun Quba filialında “Xatirələr işığında Heydər Əliyev” kitabı təqdim edilib

Kürdəmirdə qadının əməliyyatdan sonra vəfat etməsi faktı üzrə araşdırma aparılır

Rəcəb Tayyib Ərdoğan: Türkiyə tarixində terrorizm və zorakılıq dövrü arxada qalıb

Qastronomiya üzrə beşinci “Qızıl şah” Azərbaycan Milli Kulinariya Çempionatı başlayıb

Şəhriyar Əsgərov: “Sabah” bu gün seriyanın uzanmağına imkan verməyəcək

Fərhad Quliyev: Qarabağda beynəlxalq arxeoloji ekspedisiyaların fəaliyyət göstərməsi qarşıda duran vəzifələrdən biridir

Azərbaycanda aqrar sahədə üç startap ötən il ərzində 100 min manat investisiya əldə edib

BDU-da özbəkistanlı alimlərlə birgə dərsliklərin hazırlanması ilə bağlı müzakirələr aparılıb

Qlazqo və Aberdində soydaşlarımız üçün ilk dəfə səyyar konsulluq xidmətləri göstəriləcək

Tanınmış dilçi-alim AMEA Naxçıvan Bölməsinin qonağı olub

BEA: Bu il dünyada satılan hər dördüncü avtomobil elektrik mühərrikli olacaq

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilib

Yeni Hərbi prokuror kollektivə təqdim edilib

“Real Madrid”in qapıçısı zədələndiyi üçün heyətdən çıxarılıb

Polşa XİN Ukraynaya qoşun göndərməyəcəklərini bəyan edib

Qazaxıstan ən çox nadir torpaq elementləri ehtiyatına malik 10 ölkədən biri ola bilər

XİN rəsmisi: Azərbaycanın ədalətli yanaşması və antikolonial mövqeyi Afrikanın maraqlarına uyğundur

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqləri keçirib

Türk xalqlarının mifoloji düşüncəsi yeni tədqiqat işığında

İdman Akademiyasının rəsmisi: Karyera sərgisinin tələbələr üçün faydalı olacağına inanırıq

Naxçıvanda səfərdə olan dünyaşöhrətli macarıstanlı yazıçı Şandor Lejak ilə görüş keçirilib

Kreml danışıqlarda iştirakını təsdiqləyir, amma nümayəndə heyətinin tərkibini açıqlamır

“Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” - beynəlxalq konfrans

Media subyektlərinin nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib YENİLƏNİB  VİDEO

Media subyektlərinin nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib YENİLƏNİB VİDEO

Yunanıstan hökuməti sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edib

“Microsoft” minlərlə iş yerini ixtisar edəcək

Avropa İttifaqı Ukraynadan bəzi məhsulların idxal rüsumlarını artırır

Konqo küçələrində səfalətə məhkum edilmiş uşaqlar

Almaniyada Rusiyanın xeyrinə casusluq etməkdə şübhəli bilinən üç nəfər saxlanılıb

Dövlət Xidmətində Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi ilə müzakirələr aparılıb

Azərbaycanda iki süni intellekt əsaslı aqreqat kənd təsərrüfatı sahəsində tətbiq olunur VİDEO

Azərbaycanda iki süni intellekt əsaslı aqreqat kənd təsərrüfatı sahəsində tətbiq olunur VİDEO

Ali Attestasiya Komissiyasının sədri: Elmi dərəcə və adların verilməsi ilə bağlı meyarlar yenilənib – MÜSAHİBƏ

Qubada iki nəfəri elektrik cərəyanı vurması faktı ilə bağlı ibtidai istintaq aparılır

Elvan Kuzucu Hıdır: Ötən 3 ildə Bilim Mərkəzində 120 min şagird təlimlərə cəlb olunub VİDEO

Elvan Kuzucu Hıdır: Ötən 3 ildə Bilim Mərkəzində 120 min şagird təlimlərə cəlb olunub VİDEO

Kolumbiyanın aparıcı universitetində Azərbaycanla bağlı təqdimat olub

İntizam Komitəsi üç klubu cərimələyib

Qlobal Cənubun inkişafını şərtləndirən Qərbin dominantlığına qarşı mübarizədə həmrəylikdir

Pirəkəşküldə istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək

Nazir müavini: Azərbaycan qlobal əməkdaşlıq platformalarında lider mövqeyini gücləndirir

Şahin Diniyev: Futbolçularımızın ən böyük problemi ölkə xaricində cəmiyyətə tez uyğunlaşa bilməmələridir

T.Q.Piriyevin Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Belarus nümayəndəsi: Müəssisələrimiz Bakıdakı sərgidə sərfəli kontraktlar imzalayır VİDEO

Belarus nümayəndəsi: Müəssisələrimiz Bakıdakı sərgidə sərfəli kontraktlar imzalayır VİDEO

Tramp Suriyanın yeni Prezidenti Əhməd Əş-Şəraa ilə görüşüb

Paytaxtda narkokuryerliyə cəlb olunan daha iki nəfər saxlanılıb VİDEO

Paytaxtda narkokuryerliyə cəlb olunan daha iki nəfər saxlanılıb VİDEO

Lənkəranda Azərbaycan Retinoloqlarının 9-cu konfransı keçiriləcək

Musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyası davam edir

Yalçın Rəfiyev: Qlobal Cənub iqtisadi-siyasi baxımdan inkişaf mərhələsindədir