Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Almatı prosesi”nin III Nazirlər Konfransında Bakı bəyannaməsi qəbul olunub - YENİLƏNİB VİDEO

Bakı, 24 aprel, AZƏRTAC

Bakıda miqrasiya sahəsində çoxtərəfli regional dialoqun təşviqinə yönəlmiş “Almatı prosesi”nin 3-cü Nazirlər Konfransı yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının “Almatı prosesi”nə ikiillik sədrliyinin yekunu olaraq təşkil olunan konfransın sonunda Bakı bəyannaməsi qəbul olunub. Eyni zamanda, "Almatı prosesi"nə sədrlik Qazaxıstan Respublikasına keçib.

Səhər saatlarından təşkil edilən konfransın əsas məqsədi ölkəmizin prosesə sədrliyi dövründə həyata keçirilən fəaliyyətlərə nəzər yetirmək, “Almatı prosesi”nin 3-cü Nazirlər Konfransının Bakı bəyannaməsinin qəbul edilməsi və sədrliyin Qazaxıstan Respublikasına ötürülməsi olub.

“Almatı prosesi”nə üzv, müşahidəçi və dəvət olunmuş dövlətlərin miqrasiya sahəsində fəaliyyət göstərən müvafiq orqanlarının və beynəlxalq təşkilatların yüksəksəviyyəli nümayəndə heyətlərinin iştirakı ilə keçirilən konfransda açılış nitqi ilə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov çıxış edib. Onun sözlərinə görə, Azərbaycan “Almatı prosesi”nə 2 illik sədrlik dövründə fəaliyyətini bütün iştirakçı dövlətlərin maraq və ehtiyacları, eləcə də prosesin strateji və institusional inkişafı istiqamətində qurmağa çalışıb: “Sədrliyimiz çərçivəsində müəyyənləşdirilən prioritetlərə uyğun olaraq qanuni miqrasiyanın təşviqi, miqrasiya üzrə statistik təhlillərin aparılması, iqlim dəyişikliyi və miqrasiya üzrə inklüziv siyasət və fəaliyyət planının hazırlanması, institusional bacarıqların artırılması və s. bu kimi istiqamətlər üzrə fəaliyyət həyata keçirilib. Bunlar yaxşı təcrübələrin maraqlı tərəflərlə mübadiləsinə, miqrasiya sahəsində qarşılıqlı əlaqələrin daha da genişlənməsinə hədəflənib. Azərbaycan “Almatı prosesi”nin işində təşkilatın yarandığı vaxtdan fəal iştirak edir və milli miqrasiya sahəsində əldə etdiyi təcrübəni bütün maraqlı tərəflərlə bölüşərək bu illər ərzində digər iştirakçı dövlətlərin ən yaxşı təcrübələrindən yararlanmışdır. Bu xüsusda Azərbaycanın son 2 il ərzində “Almatı prosesi”nə sədrlik etməsi bizim üçün çox əlamətdar idi”.

Beynəlxalq Miqrasiya Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Artur Erken isə qeyd edib ki, Bakı bəyannaməsinin qəbul olunmasını miqrasiya sahəsində regional əməkdaşlığın gücləndirilməsi istiqamətində atılmış addım kimi qiymətləndirir. O, Bakı bəyannaməsinin regional əməkdaşlığın möhkəmlənməsinə, təhlükəsiz, nizamlı və qanuni miqrasiyanın təmin olunmasına töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib: “Almatı prosesi” iştirakçı ölkələr və müşahidəçi dövlətlər üçün mühüm platforma olaraq qalmaqdadır və regionda miqrasiyanın əhəmiyyətinin artdığı və yaxın gələcəkdə də aktual olaraq qalacağı bir şəraitdə həm formal, həm də qeyri-formal fikir mübadiləsi üçün unikal imkanlar yaradır. “Almatı prosesi” iştirakçısı olan ölkələrin hüdudlarından kənarda təxminən 8 milyon vətəndaş yaşadığı halda, bu ölkələrin daxilində olan xarici miqrantların sayı 9,5 milyon təşkil edir. Daha geniş çərçivədə – iştirakçı, müşahidəçi və dəvət olunmuş ölkələr üzrə bu rəqəmlər müvafiq olaraq 22 milyon vətəndaş və 25 milyon xarici miqrant təşkil edir”.

Türkiyə daxili işlər nazirinin müavini Mehmet Aktaş çıxışında qeyd edib ki, 2023-cü ildən bəri qardaş ölkədə 456 min 851 qeyri-qanuni miqrant saxlanılıb: "Son iki il ərzində Türkiyədə 118 min 552 miqrant dənizlərdə boğularaq ölməkdən xilas edilib. Bununla yanaşı, 261 min 701 qeyri-qanuni miqrant ölkədən deportasiya olunub. Türkiyədə tətbiq edilən "Mobil İmmiqrasiya Məntəqələri" miqrasiya sahəsində dünyada ilkdir. Bununla şəxsiyyət vəsiqəsini təqdim edə bilməyən əcnəbilər lazımi yoxlamalar üçün “Mobil İmmiqrasiya Məntəqələri” adlanan avtomobillərə dəvət edilir və burada İmmiqrasiya İdarəsinin əməkdaşları tərəfindən "Göç-Net" məlumat bazası vasitəsilə biometrik məlumatlarla yoxlanılır".

Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Askarbek Ertayev isə bildirib ki, “Almatı prosesi”nin növbəti sədrliyi çərçivəsində Qazaxıstan həm Mərkəzi Asiya dövlətləri arasında, həm də hökumət və beynəlxalq təşkilatlar arasında regional əməkdaşlığın gücləndirilməsinə bundan sonra da vasitəçilik etmək niyyətindədir. A.Ertayev Qazaxıstanın mövcud miqrasiya vəziyyəti ilə bağlı konfrans iştirakçılarını məlumatlandırıb: “2024-cü ildə Qazaxıstanın xarici miqrasiyasında müsbət dinamika nəzərə çarpır. Miqrasiyanın müsbət saldosu 2023-2024-cü illərdə də saxlanılıb. 2024-cü ilin yekunlarına əsasən miqrasiya saldosu 17 min nəfər təşkil edib. Onların əksəriyyəti MDB ölkələri və Çindən gələnlərdir. Həmin miqrantlardan böyük qismi təhsil üçün ölkəmizə gəliblər".

Nazir müavini Qazaxıstan “Almatı prosesi”nə sədrliyi dövründə beş əsas prioritet sahə üzrə fəaliyyət göstərəcəyini açıqlayıb. Bunlar qanuni miqrasiyanın həyata keçirilməsi, miqrantların hüquqlarının müdafiəsi, əmək miqrantlarının inteqrasiyası və xidmətlərə əlçatanlığı təmin etmək, miqrasiya sahəsində statistik məlumatların nizama salınması və “Almatı prosesi”nə üzv iştirakçıların, eləcə də dövlətlərin sayını artırmaqdır.

Qeyd edək ki, 2013-cü ildən fəaliyyət göstərən “Almatı prosesi” özündə Mərkəzi Asiya ölkələrini, Azərbaycan, Türkiyə, Pakistan, İran və İtaliyanı birləşdirən regional məşvərətçi platformadır. “Almatı prosesi”nin katibliyi funksiyasını Beynəlxalq Miqrasiya Təşkilatı həyata keçirir. Beynəlxalq miqrasiya və qaçqınların müdafiəsi sahəsində dialoqu gücləndirməyi, məlumat mübadiləsini və regional əməkdaşlığı təşviq etməyi hədəfləyən Proses bu istiqamətdə dövlətlərarası əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfə verir. Yarandığı vaxtdan Prosesin işində aktiv iştirak edən Azərbaycan Respublikası 2023-cü ilin martın 28-də sədrliyi Türkiyə Respublikasından təhvil alıb.

“Almatı prosesi”nin III Nazirlər Konfransında Bakı bəyannaməsi qəbul olunub - YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kanada bəzi ABŞ malları üçün gömrük rüsumunu ləğv edib

Fransa Müqavimət Hərəkatında iştirak etmiş azərbaycanlı əsgərlərin xatirəsi ehtiramla yad edilib

Britaniyalı alpinist 19-cu dəfə Everestə qalxaraq yeni rekord müəyyənləşdirib

Rumıniyada prezident seçkilərinin nəticəsi məlum olub

Zehinlilik və narahatlıq arasındakı əlaqəyə yeni yanaşma tətbiq edilir - TƏDQİQAT

Azərbaycan Mərakeşdə “Kral VI Məhəmməd Kuboku” V beynəlxalq polo turnirində təmsil olunur

Bayden xərçəng xəstəliyinin ağır formasına yoluxub

Polşada prezident seçkilərinin birinci turunda qalib müəyyənləşməyib

Hikmət Hacıyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının sədri ilə görüşüb

Göyçayda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib

Parisdə caz festivalında azərbaycanlı pianoçunun ifası alqışlarla qarşılanıb

Rumıniyada prezident seçkilərinin ikinci turunun “exit-poll” nəticələri açıqlanıb

“Qalatasaray” Türkiyə çempionu olub

Milli Məclisin sədri Sahibə Qafarova Roma Papasının taxtaçıxma mərasimində iştirak edib

Hikmət Hacıyev: Azərbaycan və İran iqtisadi əməkdaşlığı davam etdirməli, ikitərəfli əlaqələri gücləndirməlidir

Futbol üzrə Azərbaycan çempionatının qalibi olan “Qarabağ” klubu mükafatlandırılıb VİDEO

Futbol üzrə Azərbaycan çempionatının qalibi olan “Qarabağ” klubu mükafatlandırılıb VİDEO

“DOST Evi”nin benefisiar və əməkdaşları Qəbələ Dövlət Tarix Bədii Qoruğunda olublar

Milli Qəhrəman İqor Kşnyakinin xatirəsi “Ümid yeri” uşaq sığınacağında anılıb VİDEO

Milli Qəhrəman İqor Kşnyakinin xatirəsi “Ümid yeri” uşaq sığınacağında anılıb VİDEO

Qurban Qurbanov: Sanki meydana çempion komanda çıxmamışdı

Baş məşqçi: Birinci hissədə meydanda yaxşı "Kəpəz" gördük

Şəki Dövlət Dram Teatrı məktəblilərə yeni tamaşa təqdim edib

Misli Premyer Liqasında XXXV tura yekun vurulub

Ədəbiyyat Muzeyi bu gün 3500-ə yaxın ziyarətçini qəbul edib

Zelenski: Müqəddəs Taxt-Tacın nüfuzu bu müharibənin sona çatmasında mühüm rol oynaya bilər

Cavanşir Feyziyev: Xoşbəxtik ki, Bəxtiyar Vahabzadənin ömrü boyu arzuladığı bütün ideyalar artıq həyata keçib

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə əhəmiyyətli beynəlxalq platformadır

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

AMEA-nın prezidenti: Bəxtiyar Vahabzadənin sənətinə, şəxsiyyətinə, xidmətlərinə böyük ehtiram var

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

“Azərbaycan tarının sehrli gecəsi” Romada

Sudanda silahlıların hücumu nəticəsində 18-dən çox insan qətlə yetirilib

Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunub

Quba Soyqırımı Memorial Kompleksində "Açıq qapı" günü təşkil olunub

Mil-Muğan regionu üzrə 7 mindən çox VI sinif şagirdi monitorinqə cəlb olunub

Gürcüstanda bu il 212 nəfər İİV-ə yoluxub

AAF sürət avtomobillərinin sərgisini təşkil edib

Filarmoniyada “Milli opera incilərimiz” layihəsi çərçivəsində konsert olub

Əminə Əliyeva dünya çempionu olub

İsveçdə Saami parlamentinə seçkilər keçirilir

Bakıda “Qalxanabənzər vəzi xərçəngi və metabolik xəstəliklər: müasir yanaşma” mövzusunda konfrans keçirilib YENİLƏNİB VİDEO

Bakıda “Qalxanabənzər vəzi xərçəngi və metabolik xəstəliklər: müasir yanaşma” mövzusunda konfrans keçirilib YENİLƏNİB VİDEO

Moqadişoda intiharçının hücumu nəticəsində azı 10 nəfər ölüb, çoxlu sayda yaralılar var

Bakıda Türk Dünyası Ürək-damar Cərrahiyyəsi Birliyinin zirvə toplantısı keçirilib VİDEO

Bakıda Türk Dünyası Ürək-damar Cərrahiyyəsi Birliyinin zirvə toplantısı keçirilib VİDEO

Azərbaycan Prezidentinin köməkçisi Tehranda Dialoq Forumunda iştirak edir

Abituriyentlər BANM-in tədris prosesi barədə məlumatlandırılıb

Ömer Bolat: TDT ölkələri ilə iqtisadi əlaqələr Türkiyə üçün əhəmiyyətlidir

Hindistanda binada baş verən yanğın 17 nəfərin ölümünə səbəb olub

Dillər Universitetində "Terrakota ordusu. Çinin ölməz döyüşçüləri" virtual sərgisi təşkil olunub

Naxçıvanda VI siniflər üzrə monitorinq keçirilib

Ümumdünya Səhiyyə Assambleyası növbəti qlobal pandemiyaya hazırlıq sazişini müzakirə edəcək

FHN bəzi bölgələrdə gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“İnklüziv harmoniyalar - muzeydə rənglər və səslər” adlı tədbir-sərgi təşkil olunub

“Biz muzeyin insanlar üçün sirli qalan hissəsində çalışan arxa cəbhə əsgərləri kimiyik” - Milli Xalça Muzeyinin pərdə arxası

Ombudsman “İnsan hüquqları aylığı”nın elan olunması ilə bağlı müraciət ünvanlayıb

Putin: Rusiya ABŞ-ın maraqlarına hörmətlə yanaşır və eyni münasibəti də özünə qarşı gözləyir

Naxçıvanda “Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanı keçirilib VİDEO

Naxçıvanda “Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanı keçirilib VİDEO

Paytaxtda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib

QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini: Ölkədə rəsmi qeydiyyata alınan İİV-ə yoluxmuş şəxslərin sayı 10 min 324 nəfərdir

Vatikanda Papa XIV Leonun andiçmə mərasimi keçirilir

Sabah ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti müşahidə ediləcək

Milli Kitabxanada “Xalq şairi Rəsul Rza–115” adlı kitab sərgisi açılıb

Suriya hakimiyyəti silahlı qrupların vahid komandanlıq altında birləşdiyini elan edib

Türkiyəli nazir: Zəlzələlər nəticəsində evinin itirmiş vətəndaşların heç biri bu ilin sonunadək mənzilsiz qalmayacaq

Şabranda minik avtomobili yük maşını ilə toqquşub, iki nəfər ölüb

Ukraynaya rekord sayda dronla hücum edilib, ölən və xəsarət alanlar var

Bu xəstəlik cavanlaşır - Respublika QİÇS-lə Mübarizə Mərkəzindən REPORTAJ VİDEO

Azərbaycanda "Araz-2025" birgə təlimi keçirilir VİDEO

Azərbaycanda "Araz-2025" birgə təlimi keçirilir VİDEO

Əziz Əliyev: Son illərdə Seçenov Universitetinin Bakı filialı böyük inkişaf yolu keçib

Köçkün gənc ABŞ universitetinin siması seçildi – Ayan Hüseynlinin uğur hekayəsi

Polşada prezident seçkiləri keçirilir

Rumıniyada prezident seçkilərinin ikinci turu başlayıb

18 May - Beynəlxalq Muzeylər Günüdür

Vüqar Rəhimzadə: Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak Azərbaycanın təşəbbüskar mövqeyini təsdiqləyir

Britaniya Aİ ilə yeni saziş imzalamağı planlaşdırır

Meksikaya məxsus hərbi gəmi Nyu-Yorkda Bruklin körpüsünə çırpılıb

Ciorcia Meloni Aİ-nin ekologiya siyasətini tənqid edib

Avstriya “Avroviziya“ beynəlxalq mahnı müsabiqəsinin qalibi olub

ABŞ-da Altsheymer xəstəliyinin diaqnozu ilə bağlı yeni testə icazə verilib

Media: Fransa Çex Respublikasında AES tikintisinə mane olur

İƏİT: Dünyada saxta mal dövriyyəsi 467 milyard dolları ötüb

Mərkəzi Avropa ölkələrində uşaqlar arasında zəhərlənmə halları artır

Kreml Putin və Zelenski arasında görüşün mümkünlüyünü istisna etmir

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu olub

Salyanda “Mirzə Qədim İrəvani – 200” rəsm müsabiqəsinin qalibləri müəyyənləşib

Finlandiyada helikopterlərin toqquşması nəticəsində beş nəfər həlak olub

"Kristal Pelas" Federasiya Kubokunun qalibi olub

Azərbaycan idmançısı dünya çempionatında finala yüksəlib

Xəzər dənizində zəlzələ qeydə alınıb

Bülbülün memorial muzeyində beynəlxalq muzeylər günü qeyd olunub

Füzulidə “Molla Nəsrəddin” tamaşası nümayiş olunub

Azərbaycan Türkiyənin Qara dəniz bölgəsində keçirilən kitab sərgisində təmsil olunur

Almaniya 2024-cü il üzrə iqlim hədəflərinə formal olaraq çatıb

Bundesliqa: “Borussiya Dortmund” Çempionlar Liqasına vəsiqəni sonuncu turda təmin edib

Azərbaycanın Aİ ilə münasibətlərində nəzərəçarpan inkişaf ölkənin dünya siyasətindəki rolunun artdığını göstərir ŞƏRH

Azərbaycan Ordusunda psixoloqlarla təlim keçirilib

Dəmir yollarının “şah damarı”nda VİDEO

Bakıdan Düşənbəyə sənət körpüsü: Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

İrakli Kobaxidze: Regionda həyata keçirilən layihələr Avropa İttifaqı üçün də çox vacibdir

Gürcüstanda Ailə Müqəddəsliyi Günü ilə əlaqədar yürüş keçirilib

Milli Məclisin sədri Sahibə Qafarova Vatikana səfər edib

Papa XIV Leonun andiçmə mərasimində 200-dən çox nümayəndə heyəti iştirak edəcək