Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bakıda Asiya Parlament Assambleyasının 15-ci Plenar Sessiyası öz işinə başlayıb YENİLƏNİB VİDEO

Bakı, 19 fevral, AZƏRTAC

Fevralın 19-da Milli Məclisdə Asiya Parlament Assambleyasının (APA) “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna həsr edilmiş 15-ci plenar sessiyasının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə 35 nümayəndə heyəti, ümumilikdə 280 nəfərə yaxın qonaq iştirak edib.

On beşinci Plenar Sessiyanın açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, sessiya əməkdaşlığı daha da inkişaf etdirmək və bu platformanı möhkəmləndirmək istiqamətində qətiyyətli niyyətimizin və sadiqliyimizin göstəricisidir.

S.Qafarova qeyd edib ki, beynəlxalq hüququn bütün norma və prinsiplərinə, eləcə də beynəlxalq təşkilatların qətnamə və qərarlarına baxmayaraq, beynəlxalq səviyyədə tanınmış əraziləri 30 il ərzində qonşu Ermənistan tərəfindən işğal altında saxlanılmış Azərbaycan təəssüf ki, bugünkü sistemin səmərəsizliyinin əsas qurbanlarından biri olub. Ölkəmiz öz torpaqlarını azad edərək, ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə bütün bu norma, prinsip və qətnamələri təkbaşına həyata keçirib. Buna görə də, bu məsələnin nə qədər təcili və vacib olduğunu çox yaxşı anlayırıq.

Parlamentin sədri bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, dünyanın hazırda həqiqətən ehtiyac duyduğu şey beynəlxalq öhdəliklərə tam hörmət olunmasıdır. Həqiqətən də beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməməsi, ikili standartlar və seçici yanaşmaların tətbiqi, dövlətlərin daxili işlərinə müdaxilə bugünkü ziddiyyətlərin və gərginliklərin əsas mənbəyidir. Bu mənfi tendensiyanı aradan qaldırmağın və dünyada sülh, sabitlik və rifahı təmin etməyin ən etibarlı yolu çoxtərəfli sistemi gücləndirməkdir.

Milli Məclisin sədri birgə səylərlə Asiya Parlament Assambleyasının potensialının tam şəkildə açılacağına, onun effektivliyinin maksimum dərəcədə artacağına inamını ifadə edib.

Sonra Asiya Parlament Assambleyasının Baş katibi Məhəmməd Reza Məcidi çıxış edib.

Baş katib ölkəmizin Asiya Parlament Assambleyasına sədrliyinin uğurla davam etdirildiyini bildirib. Qeyd edib ki, Azərbaycan tərəfinin bu təşkilata sədrliyi ilə qarşıda duran məqsədlərə birgə səmərəli əməkdaşlıq nəticəsində nail ola biləcəyik.

Məhəmməd Reza Məcidi Asiya Parlament Assambleyasının regionda sülhün, təhlükəsizliyin, etimadın gücləndirilməsinə böyük önəm verdiyini qeyd edib. Azərbaycanın üzv dövlətlər arasında əməkdaşlığın inkişaf etdirilməsinə öz töhfəsini vermək əzmində olduğunu vurğulayıb.

Baş katib Asiya Parlament Assambleyasına üzv dövlətlər arasında əlaqələrin daha da möhkəmləndirilməsi, qurum çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsi, təşkilatın genişləndirilməsi istiqamətində səylərin bundan sonra da göstəriləcəyini deyib. O, həmçinin regional münaqişələrin törətdiyi faciələrdən danışaraq, onların nizamlanmasının önəmini qeyd edib.

Məhəmməd Reza Məcidi APA-nın Asiya regionunda ölkələrarası münasibətlərin inkişafı baxımından əhəmiyyətli platforma olduğunu diqqətə çatdırıb.

Sonra sessiyada Asiya Parlament Assambleyasına üzv ölkələrin parlament sədrləri, sədr müavinləri və üzvləri, o cümlədən Bəhreyn Şura Məclisinin sədri Əli Saleh Abdulla Əlsaleh, Butan Milli Assambleyasının sədri Lungten Dorci, İndoneziya Nümayəndələr Palatasının sədri Puan Maharani, İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf, Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani, Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Oman Şura Məclisinin sədri Xalid Hilal Nasir Al Maavali, Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova, Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurası sədrinin birinci müavini Tariq Humaid MohdAltayer, Fələstin Milli Şurasının sədr müavini Ali Faysal, İordaniya Milli Assambleyasının Nümayəndələr Palatası sədrinin müavini Əhməd Hamisat, Tailand Nümayəndələr Palatası sədrinin müavini Paradorn Prissananantakul, Türkiyə Böyük Millət Məclisinin üzvü Abdulkadir Emin Önen çıxış ediblər, mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Çıxışlarda tədbirin yüksək səviyyədə təşkil olunduğu bildirilib, Asiya Parlament Assambleyasının Azərbaycanın sədrliyi dövründə böyük uğurlar qazanacağına inam ifadə edilib. İştirakçılar bu gün APA-nın regional problemlərin həllində və regional inteqrasiyanın sürətlənməsində mühüm rolundan söhbət açıblar. Qurumun regionda davamlı inkişafın, insan hüquqlarının, sülh və sabitliyin təşviqi, çoxtərəfli əməkdaşlığın gücləndirilməsi kimi məsələlərə önəm verdiyi bildirilib, bununla bağlı ümumi məqsədlərə çatmaq üçün həyata keçirilən tərəfdaşlığın vacibliyindən bəhs edilib.

Tədbir iştirakçıları müasir dünyada təhlükəsizliyin təmin edilməsinin böyük əhəmiyyət daşıdığını diqqətə çatdıraraq, bunun qarşılıqlı dialoq və konstruktiv əməkdaşlıq sayəsində mümkün olduğunu vurğulayıblar. Asiya Parlament Assambleyasına Azərbaycanın uğurlu sədrliyindən danışan çıxışçılar qurumun öz fəaliyyətində sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsində əhəmiyyətli rola malik olduğunu, regionda və dünyada sülhün, əmin-amanlığın bərqərar edilməsi ilə bağlı məsələlərin həllinə töhfə verdiyini söyləyiblər.

Bildirilib ki, qurum üzv ölkələr arasında qarşılıqlı etimadın və həmrəyliyin möhkəmləndirilməsi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizmlə mübarizədə, kibercinayətkarlığın qarşısının alınmasında, informasiya təhlükəsizliyinin təmin edilməsində qarşılıqlı əməkdaşlıq, regional və ikitərəfli münasibətlərin gücləndirilməsi məsələlərinə böyük önəm verir. Habelə, müasir dünyada xalqların suveren hüquqlarının müdafiəsi, sosial ədalət və bərabərlik prinsiplərinə əməl edilməsinin vacibliyi vurğulanıb. APA-nın bu gün qlobal çağırışlar, o cümlədən iqtisadi qeyri-sabitlik, geosiyasi gərginlik dövründə çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsində mühüm platforma olduğu söylənilib. Eyni zamanda, iqlim dəyişikliyi və ətraf mühitin qorunması ilə bağlı çağırışların vacibliyindən bəhs edilərək, ötən il Azərbaycanın ev sahibliyi ilə yüksək səviyyədə keçirilmiş COP29 tədbirində əhəmiyyətli təşəbbüslərin verildiyi, mühüm qərarların qəbul edildiyi diqqətə çatdırılıb.

Bununla yanaşı, qeyd olunub ki, təşkilat üzv ölkələrin parlament strukturları arasında əməkdaşlığın gücləndirilməsini əhəmiyyətli hesab edir. Üzv ölkələr arasında qurum çərçivəsində, eyni zamanda, ikitərəfli qaydada münasibətlərin inkişafında parlament diplomatiyasının vacibliyi vurğulanıb. Qanunverici orqanlar arasında təcrübə mübadiləsindən, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əlaqələrin möhkəmləndirilməsində əhəmiyyətindən danışılıb.

Çıxışlarda, həmçinin qurumun digər beynəlxalq və regional təşkilatlarla əlaqələrinə toxunulub, üzv dövlətlərin beynəlxalq qurumlarda əməkdaşlığının əhəmiyyətindən söhbət açılıb. APA-nın Asiyada iqtisadi tərəqqiyə nail olmaq, sülh və təhlükəsizliyin daha da möhkəmləndirilməsi istiqamətində gələcəkdə də öz səylərini əsirgəməyəcəyinə əminlik ifadə edilib.

Fasilədən sonra öz işini davam etdirən plenar sessiyada gündəlik qəbul edilib, APA-nın Bürosu seçilib.

Sessiyada Milli Məclisin APA-da nümayəndə heyətinin rəhbəri, qurumun İcraedici Şurasının sədri Rizvan Nəbiyev məruzə ilə çıxış edib.

Tədbirdə APA-nın Baş katibi Məhəmməd Reza Məcidi qurumun fəaliyyəti ilə bağlı hesabatı təqdim edib.

Sessiyada, həmçinin Oman Sultanlığına tamhüquqlu üzv statusunun, Belarus Respublikasına müşahidəçi statusunun təqdim olunması ilə bağlı məsələlərə baxılıb.

Yığıncaqda “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusunda müzakirələr davam etdirilib.

Plenar sessiya çərçivəsində, həmçinin APA-nın Sosial və mədəni məsələlər, Büdcə və planlaşdırma daimi komitələrinin iclasları da keçirilib. İclaslarda bu komitələrin profilinə uyğun məsələlərə dair qərar layihələri müzakirə olunub.

Plenar sessiya işini fevralın 20-də davam etdirəcək.

Bakıda Asiya Parlament Assambleyasının 15-ci Plenar Sessiyası öz işinə başlayıb YENİLƏNİB  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanla Gürcüstan arasında din sahəsində əlaqələr müzakirə olunub

İraqda 7 milyon ədəd narkotik həbin qaçaqmalçılığının qarşısı alınıb

Qısamüddətli peşə təlimlərinə başlanılıb

Naxçıvanda şəhid övladları üçün bayram tədbiri keçirilib

YAP-ın İdarə Heyətinin iclasında 2024-cü il üzrə maliyyə hesabatı təqdim olunub

Valentina Matviyenko Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub

Elm və təhsil naziri Şabranda vətəndaşların müraciətlərini dinləyib

® İnklüziv təşəbbüsləri dəstəkləyən “Nar” “DanceAbility” iştirakçıları ilə görüşüb

Praqada Novruz bayramı qeyd olunub

Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının növbəti iclası keçirilib

Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana gətirilib

Norveç şirkəti Misirdə 1,1 QVt gücündə günəş enerjisi stansiyası tikəcək

Milli Məclisin sədri Sahibə Qafarovaya Rusiyanın “Dostluq” ordeni təqdim edilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanda aqrar elmlərin inkişafı tarixi və müasir problemləri müzakirə edilib

Qazaxıstanda qar uçqunu nəticəsində bir nəfər ölüb

Zabux kənd məktəbində Novruz şənliyi keçirilib

AMEA ilə Beynəlxalq Türk Akademiyasının əlaqələri genişləndirilir

Texnologiya nəhəngləri bir neçə ildən sonra süni intellektə ildə 500 milyard dollardan çox pul xərcləyəcək

XII Qlobal Bakı Forumu: Yeni dünya nizamında sülh, sabitlik və innovasiya - TƏHLİL

® “Azercell”dən Novruz bayramına xüsusi təklif!

RİNN yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib

Mərkəzi Bankın sədri dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

UNEC ilə Bakı Fond Birjası arasında memorandum imzalanıb

® Unibankdan son çərşənbə aksiyası: Komissiyasız kredit!

Gürcüstanın Dəmir Yolu Məcəlləsi Aİ qanunvericiliyinə uyğunlaşdırılır

Bu il 420 mindən çox şəxs aktiv məşğulluq proqramlarına cəlb ediləcək

BDU-nun Psixoloji yardım sektoru məktəblilər üçün təlim keçib

Aleksey Çernışov: Mövcud vəziyyət dəyişərsə, ukraynalıların təxminən 70 faizi vətənə qayıda bilər

Balakəndə ağacəkmə aksiyasında 500-dən çox ting əkilib

Mnatsakanyan: İşğal edilmiş ərazilərdə hərbi cinayətləri Ermənistanın hərbi polisi və hərbi prokurorluğu araşdırıb

Qazaxıstan və Özbəkistan 2030-cu ilə qədər ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı planlaşdırıb

Bu il Sumqayıt Kimya Sənaye Parkında 5-dən çox müəssisə fəaliyyətə başlayacaq

Dövlət qulluğu vəzifələri üzrə 2465 namizədlə 4322 müsahibənin keçirilməsi planlaşdırılır

Xaçmazdakı Şəxsiyyətlər Muzeyi yenidənqurma işlərindən sonra istifadəyə verilib VİDEO

Qazaxıstan ikinci və üçüncü AES-in inşa ediləcəyi məkanı müəyyənləşdirməyə başlayıb

“Qərbi Azərbaycan mövzusu 100 ildə” adlı dəyirmi masa təşkil olunub

Novruz bayramına həsr olunmuş “Gənc Bahar” layihəsi uğurla başa çatıb

Azərbaycan futzal millisinin Avropa çempionatının əsas mərhələsində keçirəcəyi iki oyuna təyinatlar açıqlanıb

Dövlət Məşğulluq Agentliyi Böyük Britaniyada növbəti dəfə mükafata layiq görülüb

DİM rəhbəri Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı mütəxəssislərə müraciət etdi

Dünya nizamının transformasiyası: Azərbaycan müstəqillik nümunəsi göstərir - RƏY

Fələstinin Azərbaycandakı səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatıb

Dövlət orqanlarında 513 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının, dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və xüsusi rütbəsi olan əməkdaşlarının xüsusi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

® “Expressbank”da Daun Sindromu Günü keçirilib

Yeməkləri mikrodalğalı sobada plastik qablarda niyə qızdırmaq olmaz?

Donald Tramp Cozef Baydenin əfv qərarını etibarsız hesab edib

Macarıstanın Müqəddəs Tacı başqa yerə köçürüləcək

Fransa iqtisadiyyatı 2024-cü ilin sonunda kiçilib

Baytarlıq preparatlarının Belarusla birgə istehsalının təmin olunması ilə bağlı müzakirə aparılıb

“Aztelekom” beynəlxalq mükafatla təltif edilib

Azərbaycan ilə Bosniya və Herseqovina arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Yanvarda 352 əkiz, 12 üçəm doğulub

ATGTİ sədri: Novruz bayramı gənclər arasında kreativ şəkildə təbliğ olunmalıdır

Mərkəzi Bank Balakəndə vətəndaşlarla səyyar görüş keçirəcək

Dünyadakı müasir çağırışlar Azərbaycanın təşəbbüsü və iştirakı ilə müzakirə olunur - ŞƏRH

BDU və Pakistanın COMSATS Universiteti arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb

Ötən il Azərbaycanın siyasi sabitliyini, iqtisadi inkişafını və sosial rifahını artıran bir il kimi yadda qalıb - ŞƏRH

® “FCHAIN” gənc gimnast Züleyxa Şabanovanı ad günü münasibətilə təbrik edib

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 4,6 faiz artıb

Milli Aviasiya Akademiyasının müəllim və tələbələri “Starteck AZTR” proqramına qoşulublar

Əziz Ələkbərli: Qərbi Azərbaycana böyük qayıdış bizim strateji hədəfimizdir

Avropa İttifaqı Kiyevə 3,5 milyard avro dəyərində daha bir yardım tranşını təsdiqləyib

Lyova Mnatsakanyan: Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” və “Smerç” silahları olmayıb

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Yaqub Məmmədovun xatirəsi anılıb

İctimai iaşə dövriyyəsi artıb

Mirzə Uluqbəy adına Füzuli şəhər məktəbində bayram konserti təşkil edilib

“Sosial iş və sosial tədqiqat” mövzusunda beynəlxalq konfransına hazırlıq işləri davam edir

“Mənə tez-tez deyirlər ki, bu, kişi işidir” – Qaynaqçı qadın işi ilə hər kəsi heyran qoyub FOTO

Bu ilin iki ayında hər bir istehlakçı məhsul və xidmətlərə orta hesabla 577,6 manat xərcləyib

AMADA nümayəndələri Antidopinq Konvensiyasının Monitorinq Qrupunun iclasında iştirak ediblər

Valentina Matviyenko: Bu gün Rusiya ilə Azərbaycan strateji tərəfdaş və müttəfiqlərdir

Yanvarda 4700-dən çox cütlük nikaha daxil olub

“Arsenal” yayda hücumçu və yarımmüdafiəçi transfer etməyi planlaşdırır

Kənd təsərrüfatı naziri Masallıda vətəndaşların müraciətlərini dinləyib, fermerlərlə görüşüb

Kreml Rusiya və ABŞ prezidentlərinin qarşıdakı danışıqlarının detallarını açıqlamır

Bu il hər bir ölkə sakini 215 manatlıq ödənişli xidmətlərdən yararlanıb

Neft-qaz sektorunda 6,5 milyard manatlıq ÜDM istehsal olunub

Mnatsakanyan: Hər il Ermənistandan 7-8 min hərbi çağırışçı Azərbaycanın işğal edilmiş ərazilərində müddətli hərbi xidmətə göndərilirdi

Heydər Əliyev Beynəlxalq Aeroportu gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi açıqlanıb

Büdcənin icrasında ÜDM-in 7,2 faizi qədər profisit yaranıb

İtaliyada qar uçqunu nəticəsində iki nəfər həlak olub

Abşeron dairəvi dəmir yolunda bazar günləri reyslərinin sayı 10-dan 15-ə çatdırılıb

BDU nümayəndə heyəti Pakistanın NUTECH universitetində olub

Ukraynalı nazir: Sülhməramlılarla bağlı ideya hərbçilərini göndərməyə hazır olan ölkələrlə icra mərhələsindədir

Şimali Kiprdə Türk Dünyası Novruz Festivalı keçirəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanının sınaq versiyası üçün onlayn platforma istifadəyə verilib

Naxçıvanda “İlandağ” geoloji parkı yaradılacaq

İqtisadi fəal əhalinin sayı açıqlanıb

Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt marşrutları üzrə artırılan reyslərin sayı açıqlanıb

Prezident İlham Əliyev şimali makedoniyalı həmkarına başsağlığı verib

Azərbaycanda əhalinin sayı açıqlanıb

AFFA rəhbərliyi U-21 millisinin düşərgəsini ziyarət edib

“Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” II respublika elmi-praktik konfransı keçiriləcək

“Haber Global”: Ermənistana hərbi yardımı artıran Aİ öz siyasətinin ziddinə hərəkət edir

Milli Olimpiya Komitəsi federasiyalar üçün seminar təşkil edib

Bakı-Tbilisi-Ərzurum kəməri ilə 3 milyard kubmetrdən çox qaz nəql olunub

Muxtar respublikada ötən il 311 min ting əkilib