BAKIDA “AZƏRBAYCAN 2008: MODERNLƏŞMƏ YOLLARINDA” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, mayın 23-də “Park İnn-Azərbaycan” mehmanxanasında “Azərbaycan 2008: modernləşmə yollarında” mövzusunda beynəlxalq konfrans işə başlamışdır.
Konfransda xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş səfirləri, xarici qonaqlar, dövlət və hökumət rəsmiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru, siyasi elmlər doktoru Elxan Nuriyev, Prezidentin İcra Aparatının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri, siyasi elmlər namizədi Elnur Aslanov, Milli Məclis sədrinin müavini Bahar Muradova və Böyük Britaniyanın Konfliktlər və Dövlət Quruculuğu üzrə London İnformasiya Şəbəkəsinin icraçı direktoru Dennis Sammut çıxış edərək konfransın işinə uğurlar arzulamışlar. Bildirilmişdir ki, beynəlxalq konfransın keçirilməsindən məqsəd Azərbaycanın inkişaf strategiyasında sabitləşmədən modernləşməyə doğru gedən yola və ölkənin xarici siyasət xəttinin prioritetlərinə dair məsələləri ətraflı müzakirə etməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]