Azərbaycan Dövlət İnformasiya Agentliyi

BAKIDA “AZƏRBAYCAN-2008: MODERNLƏŞMƏ YOLLARINDA” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLMİŞDİR

AZƏRTAC xəbər verir ki, mayın 23-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin və Böyük Britaniyanın Konfliktlər və Dövlət Quruculuğu üzrə London İnformasiya Şəbəkəsinin (LİNKS) təşkilatçılığı ilə “Azərbaycan-2008: modernləşmə yollarında” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Konfransda dövlət və hökumət rəsmiləri, ölkəmizdə akkreditə olunmuş səfirlər, xarici qonaqlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirdilər.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru, siyasi elmlər doktoru Elxan Nuriyev tədbiri açaraq demişdir ki, beynəlxalq konfransın keçirilməsindən məqsəd Azərbaycanın inkişaf strategiyasında sabitləşmədən modernləşməyə doğru gedən yolu və beynəlxalq aləmdə ölkənin tutduğu siyasət xəttini, onun əsas prioritetlərini ətraflı müzakirə etməkdir. Müasir Azərbaycan modernləşmə yollarını müəyyən edərək, demokratiya xəttini ölkənin inkişafının əsas vektoru və milli strategiyamızın həlledici amilinə çevirməyə çalışır. Vətəndaş cəmiyyətinin, habelə iqtisadiyyatın modernləşməsi, ictimai məkanın demokratikləşməsi, milli məkanın sistemli liberallaşmasının formalaşdırılması bizim milli strategiyamızın əsas prioritetinə çevrilmişdir. Bütün bunlar sübut edir ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi müdrik siyasi xətt yeni mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra çıxış edən Prezidentin İcra Aparatının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri, siyasi elmlər namizədi Elnur Aslanov Azərbaycanın aparıcı politoloqları, iqtisadçıları və digər mütəxəssislərinin xarici həmkarları ilə birlikdə ölkənin gələcək inkişaf istiqamətlərini müzakirə etməsini əlamətdar hadisə kimi yüksək qiymətləndirdi. Müasir Azərbaycanın inkişaf strategiyası barədə xarici mütəxəssislərin öz fikirlərini bölüşmək istəməsini obyektiv hal kimi qəbul etdiyini bildirən E.Aslanov bunun ölkəmizin son illərdə inkişafı ilə birbaşa bağlı olduğunu vurğuladı. O dedi ki, Azərbaycan artıq etibarlı və sınaqdan çıxmış tərəfdaşa çevrilir. Ölkəmizin inkişafının məqsədi təkcə dövlətin daxili çərçivələri ilə məhdudlaşmır, Azərbaycan həm də regionda sabitlik və tərəqqi naminə çalışır.

Ötən illərdə Prezident İlham Əliyevin vəzifəsinin məhz Azərbaycanda səmərəli dövlətçilik formalaşdırmaqdan ibarət olduğunu xatırladan E.Aslanov dedi ki, biz səmərəli dövlətçilik dedikdə, elə bir məkanı nəzərdə tuturuq ki, orada hər bir vətəndaş öz dövlətinə arxayındır, orada hər kəs sakit və rahat fəaliyyət göstərə bilər və dövlət hər bir vətəndaşın təhlükəsizliyinin təminatçısıdır.

O, Azərbaycanın səmərəli dövlətçilik formalaşdırılması yolunda uzun məsafə qət etdiyini, lakin bu yolun hələ başa çatmadığını vurğulayaraq dedi ki, ölkədə demokratiyanın daha davamlı və konsolidasiya edilmiş olması üçün hələ bütöv bir tədbirlər kompleksini həyata keçirməliyik. Bizim qarşımızda Azərbaycanı dünyanın ən rəqabətədavamlı ölkələri sırasına çıxarmağa imkan verən maksimum səmərəli iqtisadi strategiya formalaşdırmaq vəzifəsi durur. Bu, bizim yolumuz, modernləşmə strategiyamızdır. Azərbaycan cəmiyyəti üçün modernləşmə müasir inkişafın əsas amili olmaqla, özündə milli ənənələri, qaynaqları və kökləri, əsrlər boyu keçdiyimiz tarixi yolu təcəssüm etdirməlidir. Əks halda heç bir modernləşmə uğur gətirə bilməz, kənardan kimlərinsə qəbul etdirməyə, “milli dəyər” kimi qələmə verməyə çalışdığı modernləşmə isə daha uğursuz olacaqdır.

Hazırda Azərbaycanın intensiv şəkildə modernləşən ölkə olduğunu, buna görə də onun inkişaf strategiyasının intellektual baxımdan lazımınca əsaslandırılmasına ehtiyac duyulduğunu söyləyən E.Aslanov belə konfransların vacib və aktual olduğunu bildirdi. Azərbaycanın inkişaf strategiyasını perspektivlərimiz barədə deməyə sözü olan dostlar arasında müzakirə etmək çox vacibdir. Lakin biz təkcə daxili məsələlərlə kifayətlənmirik, buna görə də regionun geosiyasətinin, regiondakı və başqa qitələrdəki ölkələrin qarşılıqlı münasibətlərinin müzakirəsi bu cür təşəbbüslərin mühüm tərkib hissəsidir.

E.Aslanov 2008-ci ilin Azərbaycan üçün çox mühüm dövr olduğunu vurğulayaraq dedi ki, prezident seçkiləri bizdə Cənubi Qafqazın hər hansı başqa ölkəsindəkindən daha yaxşı şəraitdə keçəcək, Azərbaycanın demokratik inkişafının ən mühüm göstəricisi olacaqdır.

Milli Məclis sədrinin müavini Bahar Muradova çıxışında bildirdi ki, Azərbaycan əlamətdar günlərini yaşayır. Həm ölkə daxilində, həm də onun hüdudlarından uzaqlarda xalqımızın ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Qarşıdan isə müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi gəlir. Müstəqil Azərbaycan dövlətinin qazandığı uğurlarda ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, onun hazırladığı siyasi-iqtisadi strategiyanın ölkənin inkişafındakı rolundan danışan parlament sədrinin müavini dedi ki, məhz bu strategiyanın Prezident İlham Əliyev tərəfindən yaradıcı şəkildə davam etdirilməsi Azərbaycanı regionun lider dövlətinə çevirmişdir.

Böyük Britaniyanın Konfliktlər və Dövlət Quruculuğu üzrə London İnformasiya Şəbəkəsinin icraçı direktoru Dennis Sammut konfransın təşkilati işlərində göstərilən yardıma görə Azərbaycan hökumətinə minnətdarlığını bildirərək dedi ki, Azərbaycanda aparılan iqtisadi siyasət nəticəsində ölkə yeni tarixi mərhələyə qədəm qoymuşdur. Bu gün qloballaşan dünyada artan neft gəlirləri ölkələrin iqtisadi siyasətinin müəyyənləşdirilməsində həlledici rol oynayır. Azərbaycan hökumətinin qarşısında yeni imkanlar “pəncərəsi” açılmışdır. Neftlə zəngin Azərbaycan iqtisadiyyatını daha da inkişaf etdirmək məqsədi ilə bu gəlirlərdən səmərəli istifadə etməlidir. Azərbaycan mədən sənayesində şəffaflıq təşəbbüsünə qoşulmuş ilk ölkələrdən biridir, neft gəlirlərinin xərclənməsi baxımından uğurlu siyasət yürüdülür.

Açılış mərasimindən sonra konfransın “Azərbaycanın inkişaf strategiyası: sabitləşmədən modernləşməyə doğru” adlı birinci iclası SAM-ın direktoru Elxan Nuriyevin sədrliyi ilə keçdi.

Konfransın birinci iclasında çıxış edən Milli Məclisin iqtisadi siyasət daimi komissiyası sədrinin müavini Azər Əmiraslanov əvvəlki illərdə ölkəmizdə müşahidə olunan iqtisadi inkişaf sürətinin indi də davam etdiyini bildirdi. O dedi ki, Azərbaycan son 3 ildə olduğu kimi, 2008-ci ildə də yüksək artım sürətinə malikdir. ÜDM-in adambaşına düşən həcmi 2003-cü ildə 896 dollar təşkil etdiyi halda, 2007-ci ildə bu rəqəm 4 dəfə artaraq 3473 dollara çatmışdır.

ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero çıxışında modernləşmə siyasətini həyata keçirmək üçün hər bir ölkədə sabitliyin böyük rolu olduğunu vurğuladı. O, ÜDM-in və əhali arasında savadlılığın artmasını ölkənin modernləşmə xəttinin əsas amilləri kimi nümunə göstərdi. Sovet imperiyası dağıldıqdan sonra Azərbaycanda bazar iqtisadiyyatının formalaşmasında bəzi problemlər yarandığını deyən ATƏT təmsilçisi bildirdi ki, hazırda bu istiqamətdə uğurlar göz qabağındadır. Azərbaycan ATƏT-in başlıca prinsiplərini qəbul edən ölkələrdən biridir və bu prinsiplər modernləşmə xəttinin əsas çərçivəsini təşkil edir.

Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov hər bir dövlətin iqtisadi inkişafının əsasında ictimai-siyasi sabitliyin dayandığını və bunun davamı kimi iqtisadi inkişaf konsepsiyasının hazırlanaraq həyata keçirilməsi nəticəsində tərəqqinin təmin edildiyini bildirdi. Ulu öndər Heydər Əliyev tərəfindən məhz bu ardıcıllıqla görülmüş tədbirlərin ölkənin inkişafında əvəzsiz rol oynadığını, 1994-cü ilin sentyabrında imzalanmış “Əsrin müqaviləsi” ilə Azərbaycanın bugünkü uğurlarının möhkəm təməlinin qoyulduğunu xatırladan Ş.Mövsümov 1999-cu ildə yaradılmış Dövlət Neft Fondunun fəaliyyəti barədə ətraflı məlumat verdi.

Azərbaycanın regional və qlobal məkanda liderlik perspektivlərinə toxunan AFR Silahlı Qüvvələrinin Rəhbər Heyəti Akademiyası yanında Beynəlxalq Təhlükəsizlik Forumunun üzvü Yohannes Rao dedi ki, Azərbaycan neft və qazın hasilatı, tranziti və ixracı üzrə nəinki regionda, habelə bütün dünyada qlobal oyunçu ola bilər. Azərbaycanın zəngin neft ehtiyatları bu gün neftin bahalaşmasının qarşısını ala bilməsə də, bu sahədə vəziyyətin sabitliyinə təsir göstərə bilər.

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin strateji əhəmiyyətini vurğulayan Y.Rao bu layihənin Azərbaycan üçün, ilk növbədə, iqtisadi əhəmiyyət kəsb etdiyini bildirdi. O, NABUKKO kəmərinin regionun iqtisadi inkişafında strateji əhəmyyətinə toxunaraq, onun “Yujnı potok” kəməri ilə rəqabətə davam gətirə biləcəyini söylədi. Azərbaycanı Avropa İttifaqının Mərkəzi Asiyaya “qapısı” adlandıran AFR təmsilçisi Avropa dövlətlərinin Azərbaycana olan marağını ölkəmizin nüfuzunun artmasının göstəricisi kimi səciyyələndirdi.

“Pollmark Suvey” şirkətinin prezidenti, fəlsəfə elmləri doktoru Ərtan Aydın Türkiyə və Azərbaycanda modernləşmə xəttinin əsas prinsiplərindən danışdı. O dedi ki, iki ölkə arasında siyasi dialoq uğurla davam edir. Azərbaycan və Türkiyə münasibətləri ölkələrimizin dünya iqtisadiyyatına öz töhfələrini verməsinə şərait yaradır.

Milli Məclisin deputatı, Böyük Qurtuluş Partiyasının sədri Fazil Qəzənfəroğlu xatırlatdı ki, Qərb dövlətlərində aparılan modernləşmə onların inkişafına gətirib çıxarmışdır. O, urbanizasiya, təhsil sahələrində modernləşmə xəttinin vacibliyini bildirdi, modernləşmə yolunun davamı kimi Azərbaycanın Qərb ölkələrindən institusional dəyişikliklərin əsasını götürməli olduğunu söylədi.

LİNKS-in icraçı direktoru Dennis Sammut çıxışında dedi ki, Azərbaycan sabitlik və modernləşmə yolunu seçmişdir. Azərbaycanın neft gəlirləri onun növbəti 100 ildə gələcəyini təyin edəcəkdir. O, Azərbaycanda ilk dəfə 1995-ci ildə olduğunu xatırladaraq, ötən müddətdə ölkədə həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldiyini vurğuladı. Bildirildi ki, Azərbaycanda iqtisadiyyatı daha da inkişaf etdirmək üçün geniş potensial var, ilk növbədə, insan ehtiyatlarından səmərəli istifadə edilməlidir. Təhsil sahəsində aparılan islahatları alqışladığını bildirən LİNKS-in rəhbəri dedi ki, bu işləri davam etdirmək zəruridir.

Avratlantik Mərkəzinin direktoru Ramin İsayev ölkənin strateji inkişaf xətti kimi seçilmiş modernləşmə sahəsində qarşıya qoyulmuş vəzifələrin icrasına ötən əsrin 90-cı illərinin ortalarından başlandığını xatırlatdı. O dedi ki, indi isə Azərbaycanda rəqabətədavamlı cəmiyyət formalaşır, modernləşmə xətti sürətlə həyata keçirilir. İndi əsas diqqət qeyri-neft sektorunun inkişafına yönəldilməlidir. Modernləşmənin əsas məqsədinin həm Azərbaycanın, həm də hər bir vətəndaşın arzu və istəyinin reallaşmasına xidmət etdiyini söyləyən R.İsayev bu istiqamətdə ciddi tədbirlər görüldüyünü bildirdi.

İclasda aparılan müzakirələrdə professorlar Rüstəm Məmmədov, Musa Qasımov, Milli Məclisin deputatı Asim Mollazadə mövzu ilə əlaqədar öz fikirlərini bölüşdülər.

Fasilədən sonra Dennis Sammutun sədrliyi ilə konfransın “Azərbaycan beynəlxalq aləmdə: xarici siyasət xətti və prioritetlər” mövzusunda ikinci iclası oldu.

SAM-ın direktoru Elxan Nuriyev çıxışında dedi ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın həyata keçirdiyi tarazlaşdırılmış xarici siyasət xətti nəinki ölkəmizin beynəlxalq aləmdə mövqeyini möhkəmləndirmiş, eyni zamanda milli təhlükəsizliyini gücləndirmişdir. Bununla yanaşı, Azərbaycanın geosiyasi rəqabət meydanına çevrilməsinin qarşısı alınmışdır. Strateji baxımdan əlaqələri genişlənən Azərbaycanın dünya geosiyasi məkanına siyasi, iqtisadi inteqrasiyası üçün də geniş imkanlar açılmışdır. Avropa və Asiyanın qovuşuğunda yerləşən mühüm geostrateji məkan kimi Azərbaycan regionda sülhün və sabitliyin təmin olunması üçün dayaq nöqtəsi kimi ən perspektivli tərəfdaş hesab edilə bilər.

Rusiya Strateji Araşdırmalar İnstitutunun direktoru, tarix elmləri doktoru Yevgeni Kojogin ölkədə iqtisadi inkişaf üçün yaranmış şəraitdən səmərəli istifadənin vacibliyini vurğuladı, modernləşmə yolunda informasiya-kommunikasiya sistemlərinin inkişafını mühüm amil kimi səciyyələndirdi.

O, Rusiya-Azərbaycan əlaqələrinə toxunaraq, möhkəm normativ hüquqi bazaya malik əməkdaşlığın olduğunu söylədi. Bildirildi ki, Rusiya Azərbaycanla iqtisadiyyatın müxtəlif sahələrində uğurlu əməkdaşlıq edir. Rusiya təmsilçisinin fikrincə, Azərbaycanın iqtisadi inkişaf modeli ölkədə korrupsiyanı minimuma endirməyə kömək edəcəkdir.

Türkiyəli siyasi şərhçi Cem Oğuz dedi ki, enerji təhlükəsizliyi baxımından Azərbaycan çox önəmli ölkədir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bölgənin iqtisadi inkişafına əngəl törətdiyini bildirən C.Oğuz Qərb ölkələrini bu məsələdə ədalətsiz mövqe tutmaqda günahlandıraraq bildirdi ki, münaqişənin həllinə yanaşmada ikili standartlar mövcuddur. Ermənistan münaqişənin həlli üçün konstruktiv mövqe tutmasa, onun gələcək inkişafı mümkün deyildir.

Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ölkəmizdə hələ 1918-ci ildə hüquqi dəyərlərə söykənən dünyəvi dövlət qurulduğunu xatırladaraq dedi ki, indi isə Azərbaycanın müəyyən etdiyi inkişaf strategiyası iri regional layihələr həyata keçirməyə imkan vermişdir. Azərbaycanın xarici siyasətində ən önəmli məqamlardan biri GUAM-ın yaradılması olmuşdur. Bu təşkilat regionda münaqişəli məsələlərin həlli baxımından böyük əhəmiyyət kəsb edir. İndi bir çox Avropa ölkələri, hətta Yaponiya da GUAM-a maraq göstərir.

Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfərinə toxunan Moskva Dövlət Universiteti nəzdində Postsovet Tədqiqatları üzrə Analitik Mərkəzin direktoru, tarix elmləri namizədi Aleksey Vlasov enerji sahəsində əməkdaşlığın hazırda xüsusi önəm daşıdığını bildirdi. O dedi ki, həm Bakı, həm də Moskva enerji təhlükəsizliyi strategiyasının birgə əsasını yaratmalıdır. İndi dünyada enerji resursları uğrunda kəskin mübarizə gedir. Azərbaycan hökuməti tarazlaşdırılmış, praqmatik siyasət aparır, ümummilli lider Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin fəaliyyəti regionda sabitliyin qorunmasına yönəldilmişdir.

İsveçrənin Azərbaycandakı səfiri Alan Quidetti Azərbaycanın iqtisadi inkişafına görə regionun digər ölkələrindən seçildiyini bildirdi. Bu yaxınlarda İsveçrə Prezidentinin Azərbaycana rəsmi səfərini xatırladan səfir dedi ki, ikitərəfli əməkdaşlığın inkişafına təkan verilmişdir. Dövlət başçıları mühüm layihələr barədə fikir mübadiləsi aparmışlar. Avropa və Azərbaycan arasında əlaqələr yalnız enerji sahəsində əməkdaşlıqla məhdudlaşmır. Avropa Şurasının və ATƏT-in üzvü kimi Azərbaycan Avropa dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirmişdir. Lakin, Dağlıq Qarabağ probleminin mövcudluğu Azərbaycanda bir sıra problemlər yaratmışdır. Münaqişənin sülh yolu ilə həlli ölkənizin iqtisadi potensialını artıracaq, regionun daha parlaq gələcəyinə gətirib çıxaracaqdır.

Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıqov ölkəmizin xarici siyasətinin əsas prioritetlərindən danışdı. O dedi ki, bu istiqamətdə əsas diqqət Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tezliklə bərpa edilməsi, qonşu dövlətlərlə mehriban və qarşılıqlı surətdə faydalı münasibətlərin inkişaf etdirilməsi, regionda sabitliyin və təhlükəsizliyin gücləndirilməsi, Xəzər dənizi hövzəsinin demilitarizasiyası, Avropa və Transatlantik strukturlarına inteqrasiya məsələlərinə və s. yönəldilmişdir. Nazir müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin ölkəmizin xarici siyasətində ən başlıca istiqamət olduğunu xüsusi vurğuladı, bu sahədə görülən işlərdən danışdı.

Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev konfransın işinə yekun vurdu.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qadınlardan ibarət 3x3 basketbol millisinin baş məşqçisi: Dünya Kubokundakı çıxışımızla qürur duyuram

Azərbaycan Gürcüstan iqtisadiyyatına investisiya yatıran ölkələrin siyahsısında dördüncüdür

Macarıstan parlamentində miqrasiya mövzusu digər məsələləri kölgədə qoyur

Türkiyədəki “Akkuyu” AES-də nüvə yanacağının yüklənməsi həyata keçirilib

Türk dünyasına səyahət” - Türk xalqlarının irsi, ortaq mənəvi dəyərləri və qardaşlıq əlaqələri təbliğ olunur

Azərbaycan millisinin futbolçusu zədəsinin müalicəsi üçün Madridə yollanıb

Bu il 87 mindən çox şagird paytaxt məktəblərinin buraxılış siniflərini bitirir

Laçın, Xocavənd və Xocalıda əkin sahələrinin vəziyyəti qiymətləndirilib, sakinlərə məsləhətlər verilib

Çingiz Hüseynzadə: Türkiyə millisi dünya çempionatında bütün rəqiblərə qarşı çox yaxşı mübarizə aparacaq

AzMİU Almaniyada beynəlxalq platformada təmsil olunub

Yaxın Şərqdəki münaqişə Avropa İttifaqının enerji xərclərini 47 milyard avro artırıb

2026-cı ilin ikinci yarısında qızıl, enerji və valyuta bazarlarını nə gözləyir?

Bahar Özsoy: BTQ-nin modernləşdirilməsi Orta Dəhlizin qlobal rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq

Vüsal Xəlilov: Dələduzluğa qarşı mübarizə Mərkəzi Bankın diqqət mərkəzindədir

Vüqar Gülməmmədov: 2025-ci ilin dövlət büdcəsinin icrası prosesində ikili uçot halına rast gəlinməyib

Azərbaycan və Mərkəzi Asiya Fintex assosiasiyaları arasında memorandum imzalanıb

MOK-un vitse-prezidenti: Ronaldunun dünya çempionu olacağını yaşayıb görəcəyik

Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib

Zakir Nuriyev: Türk dövlətlərində maliyyə inteqrasiyası üçün yeni İşçi qrupları yaradılmalıdır VİDEO

Zakir Nuriyev: Türk dövlətlərində maliyyə inteqrasiyası üçün yeni İşçi qrupları yaradılmalıdır VİDEO

Çingiz Hüseynzadə: Biz çalışırıq ki, Olimpiya hərəkatını təbliğ etməyə davam edək

Azərbaycan Dillər Universiteti ilk dəfə RUR beynəlxalq reytinqində yer alıb

Nazir: Dövlət büdcəsinin gəlir və xərclərinə nəzarət məqsədilə maliyyə hesabatlılıq portalı istifadəyə verilib

Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır

AzTU və TAU-dan abituriyentlərə xüsusi təqdimat - rektorla görüş

Baş Prokurorluğun idarə və şöbə rəisləri canlı yayımda sualları cavablandıracaqlar

Şəkidə taxıl biçininə start verilib

Milli Olimpiya Komitəsi ilə “Visa” arasında əməkdaşlıq müqaviləsi imzalanıb VİDEO

Milli Olimpiya Komitəsi ilə “Visa” arasında əməkdaşlıq müqaviləsi imzalanıb VİDEO

Ekspert: Orta Dəhlizin qlobal logistika sistemində çəkisi artır

Sabah hava Bakıda dəyişkən buludlu, bəzi rayonlarda isə fasilələrlə yağıntılı olacaq

Rəsmi Bakının məqsədi regionda sülhə nail olmaq və iqtisadi inkişafa təkan verməkdir

Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır

Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil

Son 5 ildə sosialyönümlü xərclər 3,9 milyard manat və ya 34,1 faiz artıb

Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər

Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib

Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?

“Tərtər” bazarında yoxlama aparılıb

Naxçıvanda aktiv təsərrüfat subyektlərinin sayı 21,6 faiz artıb

Pskov hava limanında uçuşlar dayandırılıb

Maliyyə naziri: Qeyri-neft baza kəsirinin davamlı olaraq azaldılmasına çalışırıq

Lihannanın faciəvi ölümü: Fransada ədalət sisteminin növbəti uğursuzluğu

Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq

Azərbaycan Universitetində “Bir məqalə, iki nəsil” layihəsinə başlanılıb

Maliyyə naziri: Ötən il xərclərin səmərəli, ünvanlı və ehtiyaclara uyğun icrası təmin olunub

“Şimal-Cənub” marşrutunun Azərbaycandan keçən hissəsinin ötürücülük qabiliyyəti beş dəfə artıb

Xaqani Şirvani və dövrünün siyasi-mədəni mühiti - dəyirmi masa

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yük göndərilib

İsrail ordusu Qəzzada HƏMAS-ın Dəniz Polisi qərargahı və silah anbarlarına hücum edib

Sahil Babayev: Bu il Dövlət Neft Fondundan büdcəyə transferin azaldılması planlaşdırılır

Kəlbəcərdə Günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib

Ekspert: Azərbaycan qlobal logistika proseslərinin fəal iştirakçısıdır

Nazir: Dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığı azalıb

“Airbus” və “Dassault” birgə döyüş təyyarəsinin yaradılması ilə bağlı layihəni dayandırır

Dünyada dövlət borcu ÜDM nisbətinin ən aşağı olan ölkələrdən biri Azərbaycandır

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-17 yığması Qəbələdə növbəti yoxlama oyununu keçirəcək

Maliyyə naziri: Ötən il Azərbaycanın qeyri-neft sektoru daha da genişlənib

Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Çin alimləri kosmosda qaraciyər xəstəliklərinin inkişaf mexanizmlərini tədqiq ediblər

Sahil Babayev: Ötən il Azərbaycan üçün növbəti uğurlu il olub

Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb

Türkiyədə aktiv rəqəmsal bankçılıq müştərilərinin sayı 129 milyonu ötüb VİDEO

Türkiyədə aktiv rəqəmsal bankçılıq müştərilərinin sayı 129 milyonu ötüb VİDEO

Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb

“Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması”: İctimai müzakirə

Azərbaycanın xarici işlər naziri Yaponiyaya rəsmi səfərə yola düşüb

Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək

XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb

NBA: “San-Antonio Spörs” final seriyasında önə keçib

Odessa sahillərində 15 ölü delfin aşkarlanıb

Dərmanların təhlükəsizliyi necə qorunur?

“YAŞAT” Fondu Şəkidə yaz düşərgəsi reallaşdırıb

Çində avtomobil satışları kəskin azalıb

Azov dənizində zərər görən gəmilərin 19 nəfər azərbaycanlı heyət üzvü ölkəmizə yola salınıb

Texnobloger: Platformalar yeniyetmələr üçün xüsusi təhlükəsizlik tədbirlərini tətbiq etməlidir

Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub

Milli Kitabxanada “Azərbaycanda yaşayan azsaylı xalqlar” adlı virtual sərgi açılıb

Əfqanıstanda ilin əvvəlindən bəri baş verən təbii fəlakətlər 300-dən çox insanın həyatına son qoyub

Fransa və Almaniya 100 milyard avroluq döyüş hava sistemi proqramını dayandırıb

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

ABA: Bank sektorunun aktivləri 57 milyard manatı ötüb VİDEO

ABA: Bank sektorunun aktivləri 57 milyard manatı ötüb VİDEO

DİN: Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən olunub

İrakli Kobaxidze: Gürcüstan bu gün Azərbaycanla misilsiz əlaqələrə malikdir

Fransada dəmiryol işçiləri tətilə hazırlaşırlar

“Axios”: ABŞ Trampın iradəsi xaricində Yaxın Şərqdə yenidən münaqişəyə cəlb oluna bilər

Özbəkistan məhkəmələrdə korrupsiyaya qarşı nəzarəti gücləndirir

BDU beynəlxalq reytinqdə 189 pillə irəliləyərək Azərbaycanda lider mövqeyini qoruyub

Krasnodar hava limanında 12 reys təxirə salınıb

Uşaqlar üçün məhdudiyyətlərin tətbiq edildiyi platformaların siyahısı yaxın vaxtlarda təqdim olunacaq

ABŞ-də reaktiv yanacaq istehsalı rekord həddə çatıb

ABA və "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO

ABA və "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO

Fərid Osmanov: Yaxın vaxtlarda beynəlxalq maliyyə institutları ilə geniş əməkdaşlıq paketinin tamamlanması planlaşdırılır VİDEO

Fərid Osmanov: Yaxın vaxtlarda beynəlxalq maliyyə institutları ilə geniş əməkdaşlıq paketinin tamamlanması planlaşdırılır VİDEO

Mehmet Şimşek: Türkiyə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində addımlar atır

Tramp: İsrail və İran ən azı bir həftə qarşılıqlı hücumlar həyata keçirməyəcək

Bu gün Azərbaycanın U-21 millisi Qırğızıstan yığması ilə qarşılaşacaq

Vüsal Qasımlı: Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramının qəbul olunması gözlənilir VİDEO

Vüsal Qasımlı: Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramının qəbul olunması gözlənilir VİDEO

Ağcabədi sakini zəhərlənərək həyatını itirib

Azərbaycan İKT sektorunda illik ixrac həcmini 1 milyard dollara çatdırmağı hədəfləyir VİDEO

Azərbaycan İKT sektorunda illik ixrac həcmini 1 milyard dollara çatdırmağı hədəfləyir VİDEO

Azərbaycanın U-20 millisi Ruy Jorjenin rəhbərliyi altında ilk oyununa çıxacaq

COP31 ərəfəsində Bonn şəhərində BMT-nin ikihəftəlik iqlim sessiyası keçirilir