Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Azərbaycan 2020: əqli mülkiyyətin gələcəyinə baxış” mövzusunda Beynəlxalq simpozium keçirilmişdir

Bakı, 26 aprel (AZƏRTAC). Aprelin 26-da Bakıda Müəllif Hüquqları Agentliyinin (MHA) Dünya Əqli Mülkiyyət Təşkilatı (DƏMT) və Avropa İttifaqının (Aİ) Tvinninq layihəsi ilə əməkdaşlığı çərçivəsində Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə “Azərbaycan 2020: əqli mülkiyyətin gələcəyinə baxış” mövzusunda Beynəlxalq simpozium keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirdə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, ziyalılar, xarici ölkələrin və beynəlxalq təşkilatların tanınmış mütəxəssisləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak etmişlər.

Əvvəlcə “Ümummilli lider Heydər Əliyev Azərbaycan müəllif-hüquq sisteminin yaradıcısıdır” mövzusunda qısametrajlı film göstərilmişdir.

Tədbirdə MHA-nın sədri Kamran İmanov 2001-ci ildə DƏMT tərəfindən elan olunmuş Beynəlxalq Əqli Mülkiyyət Gününün məqsəd və əhəmiyyətindən, hər il bu günün dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da silsilə tədbirlərlə qeyd edilməsindən danışmışdır.

K.İmanov bildirmişdir ki, bugünkü tədbir ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsinə həsr edilmişdir. Məhz Ulu Öndərin uzaqgörənliyi və fitri proqnozlaşdırma istedadı Azərbaycanın müasir əqli mülkiyyət sistemini qurmağa imkan yaratmışdır. Keçmişi izah etmək üçün ilahi vergidən, bu günü anlamaq üçün istedaddan, gələcəyi görmək üçün dahilikdən daha artıq nemətlər varisi olan Heydər Əliyev dövlətimizin digər istiqamətləri ilə yanaşı, əqli mülkiyyət sahəsinin gələcəyinin cizgilərini də təxminən iyirmi il əvvəl çəkmişdir.

Beynəlxalq simpoziumun Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik, bənzərsiz ziyalı və qayğıkeş insan Zərifə xanım Əliyevanın doğum günü ərəfəsində keçirildiyi xüsusi vurğulanmışdır.

MHA-nın sədri qeyd etmişdir ki, bu il Beynəlxalq Əqli Mülkiyyət Günü DƏMT-nin təşəbbüsü ilə “Yaradıcılıq - sonrakı nəsil” devizi altında keçirilir. Bununla da bəşəriyyətin diqqəti gələcəyin növbəti yeni texnoloji nailiyyətlərinə, mədəniyyət və incəsənətin sabahı üçün proqnozlaşdırılmış mənzərəni seyr etməyə yönəldilir. Burada bir sıra həlli vacib məsələlər ortaya çıxır. Məsələn, gələcəyin onlayn yeniliyi və yaxud musiqisi nə cür olacaq, onlar hansı üsullarla gündən-günə dəyişən dünyada yayılacaqdır? Əqli mülkiyyət, müəlliflik hüququ mədəniyyətin aparıcı amili, vacib iqtisadi aləti, informasiya cəmiyyətinin dəstəkləyicisi kimi gələcəyi nə cür inkişaf etdirəcəkdir? Əslində, yaradıcılıq bizim təbii resurslarımızdan irəli gələn fenomendir və bütün insanlara xasdır. Əqli mülkiyyətin isə məqsəd və məramı, onun təyinatı yaradıcılığa və yenilikçiliyə stimul, həvəsləndirici alət olmaqdan ibarətdir.

K.İmanov bildirmişdir ki, yaradıcılıq formaları, insanın özünüifadə üsulları sürətlə dəyişir və gələcəyin yeni nəsli dünyamızın dəyişməsinə daha böyük töhfələr verəcəkdir. Arzu etmək, gələcəyi yaratmaq gəncliyə xas olan xüsusiyyətdir, gənclərimiz isə əslində gələcəyimiz deməkdir. Yaradıcılığın, əqli mülkiyyətin gələcəyi və rolu haqqında fikirləşərək, yaranan suallara cavab axtararaq, Azərbaycanın inkişafını düşünərək, biz ilk növbədə Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına müraciət etməliyik. Azərbaycanın gələcəyini planlaşdıran bu mühüm sənəddə müəlliflik hüququ və əqli mülkiyyət məsələləri layiqli yer tutmuşdur. Konsepsiyada “yaradıcılığın, innovasiyaların stimullaşdırılmasına və bazarın tənzimlənməsinə dəstək olan əqli mülkiyyətin əhəmiyyətinin yüksələcəyi” qeyd edilmiş, əqli mülkiyyət hüquqları “Konsepsiya çərçivəsində əsas prioritet kimi qəbul edilmiş və… müvafiq siyasət tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur”.

MHA-nın sədri vurğulamışdır ki, dövlət rəhbərliyi yeni mütərəqqi baxışlar nümayiş etdirərək əqli mülkiyyət fenomeninin əhəmiyyətini, mədəniyyətin, iqtisadiyyatın və informasiya cəmiyyətinin inkişafının aparıcı qüvvəsinə çevrilməsini nəzərə alaraq Azərbaycanda “biliklərə əsaslanan”, “rəqəmli” və ya “kreativ iqtisadiyyata” yol açır və əqli mülkiyyət ilə bağlı məsələləri diqqət mərkəzində saxlayır.

Konsepsiyaya uyğun olaraq, biz müəllif-hüquq sahəsinin islahatlarını yaradıcı fəaliyyətin, mədəni müxtəlifliyin və yenilikçiliyin yardımı məqsədilə hüquq sahiblərinin tanınması və həvəsləndirilməsində, istifadəçilərə leqal kontentin daha asan əldə edilməsi və daha çox seçim imkanlarının təmin edilməsində, müəllif hüququna aid yeni biznes-modellərin yaranmasına dəstək göstərilməsində, piratçılıqla bağlı qeyri-leqal təkliflərin azalmasına xidmət edən tədbirlərin həyata keçirilməsində görürük.

K.İmanov demişdir ki, dövlətimizin başçısının bu sahədəki siyasəti onun lakonik, ancaq çox tutarlı fikirlərində öz əksini tapmışdır. Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin “beyin mərkəzlər”inin III Forumu iştirakçılarına ünvanladığı təbrik məktubunda qeyd edildiyi kimi, “Müasir dünya sivilizasiyasının tərəqqisində insan kapitalı və intellekt yeni keyfiyyət amili kimi həlledici əhəmiyyət daşıyır. Hər bir dövləti rifah və yüksəlişə aparan yol elm və innovasiyalara əsaslanan inkişafdan keçir…”. Prezident İlham Əliyevin məşhur “qara qızılı insan kapitalına çevirək” şüarı kreativliyə, yaradıcılığa, yenilikçiliyə, eləcə də onları qorumaq məqsədi daşıyan əqli mülkiyyətə verilən ən böyük dəstəkdir.

Bu baxışlar Avropa Komissiyasının 2012-ci ilin sonunda dərc edilmiş “Müəlliflik hüququnun modernləşdirilməsi istiqamətlərinə” dair memorandumunda və 2011-ci ildə təsdiq olunmuş Əqli Mülkiyyət üzrə Strategiyasında əksini tapmışdır. Çünki, qeyd olunduğu kimi, yaxın gələcəkdə “rəqəmli” (kreativ) iqtisadiyyatın inkişafının dinamikası iqtisadiyyatın digər sahələrini yeddi dəfə üstələyəcəkdir. Həmin meyli dəstəkləyən ən vacib rol isə müəlliflik hüququna məxsusdur.

Bildirilmişdir ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının “Yüksək rəqabət qabiliyyətli iqtisadiyyata doğru” bəndinin 4.2-ci yarımbölməsində göstərildiyi kimi, “Əqli fəaliyyətin nəticələrinin təşviqi, innovasiya və yaradıcılığa investisiya qoyuluşu üçün əlverişli şərait yaradılması və əqli mülkiyyətə əsaslanan kreativ iqtisadiyyatın davamlı inkişafı, ölkənin ümumi daxili məhsulunda (ÜDM) onun payının artırılması üçün tədbirlər həyata keçiriləcəkdir”.

Müəllif Hüquqları Agentliyində aparılan araşdırmalar göstərir ki, son beş ildə Azərbaycanın kreativ, yəni müəlliflik hüququna əsaslanan iqtisadiyyatının ÜDM-dəki payı artmışdır. Bu göstərici 2008-ci ildə 3,1 faiz, 2012-ci ildə isə 4,5 faiz olmuş, yəni inkişaf etmiş ölkələrə yaxın göstəriciyə qədər yüksəlmişdir. Bütün bunlar dövlətimizin müəlliflik hüququ sahəsində apardığı uğurlu siyasətin nəticəsidir. Hazırda “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının icrasına dair “Biliklərə əsaslanan iqtisadiyyatda əqli mülkiyyətin rolu” layihəsi və bununla bağlı 2013-2015-ci illər üçün Dövlət Proqramı hazırlanır.

K.İmanov demişdir ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının 4.3 yarımbölməsində qeyd olunduğu kimi, iqtisadi məqsəd və resurslar, bilik və mədəniyyət sahəsinin vəzifələri ilə informasiya texnologiyalarının inkişafı arasındakı əlaqələrin müəyyənləşdirilməsi uzunmüddətli dövr üçün əqli mülkiyyətə dair Milli Strategiyada və ondan irəli gələn Dövlət Proqramında əksini tapan innovasiya potensialının inkişafına kömək edəcəyi bildirilir. Həmin prinsipial sənədlər, demək olar ki, hazırdır.

İnkişaf Konsepsiyasının altıncı bölməsində “İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və informasiya cəmiyyətinə keçidin təmin edilməsi”, “İKT və əqli mülkiyyətin qarşılıqlı təsiri və əqli mülkiyyət hüququ ilə qorunan bir çox obyektlərin qlobal rəqəmsal şəbəkəyə çıxışı nəzərə alınaraq, onlayn lisenziyalaşmaya və “one-stop-shops” formatında xidmətlərin göstərilməsinə əsaslanan rəqəmsal hüquqları idarəetmə sistemi”nin yaradılması nəzərdə tutulur.

MHA-nın sədri bildirmişdir ki, qarşımızda duran mühüm vəzifəni layiqincə yerinə yetirmək üçün biz Avropanın bir sıra aparıcı dövlətləri ilə Tvinninq layihəsi çərçivəsində əməkdaşlıq edirik. “Əqli mülkiyyət hüququnun təminatı və piratçılığa qarşı mübarizə haqqında” yeni Qanunun icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin qərarı əsasında MHA-nın nəzdində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi yaradılmışdır. Bu qurumun funksiyalarından biri tərkibində əqli mülkiyyət olan malların (kitablar, audiovizual əsərlər, fonoqramlar, softver) nəzarət markaları ilə təmin olunmasıdır. Nəzarət markasının əsasını holoqrafik yapışdırılan, metal plyonkadan hazırlanan kiçik etiket təşkil edir. Onun markaya çevrilməsi, yəni nadir kodu ilə fərqlənməsi xüsusi fərdiləşmə informasiya sistemi vasitəsilə MHA-da aparılır. Bu zaman nəzarət markası xüsusi printerlər vasitəsilə nadir nömrələr və digər məlumatlar verilməklə çap olunur və laminasiya sistemi əsasında əlavə müdafiə imkanı yaradılır.

K.İmanov vurğulamışdır ki, İnkişaf Konsepsiyasının yeddinci - “İnsan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin qurulması” bölməsinin 7.2-ci yarımbölməsində “ödənişsiz əsaslarla fəaliyyət göstərən təlim resurslarının yaradılması, bu resursların müəllif-hüquq lisenziyaları ilə təmin olunmaqla, təhsil prosesinə inteqrasiya edilərək açıq istifadəyə verilməsi” bir vəzifə kimi qarşıya qoyulmuşdur. Məsələ ondadır ki, elektron dərslik və vəsaitlərin hüquqların pozulmaması şərti ilə təhsildə istifadəsi yeni yanaşmalar tələb edir. Agentlik hazırda Təhsil Nazirliyi üçün bu cür layihənin üzərində işləyir.

Son bir ildə yeni “Əqli mülkiyyət hüququnun təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanun, dövlətimizin başçısının qanunun tətbiqi haqqında Fərmanı, İnzibati Xətalar Məcəlləsində və MHA-nın Əsasnaməsində edilən dəyişikliklərlə yanaşı, Nazirlər Kabinetinin həmin qanunun icrası ilə bağlı üç qərarı qəbul edilmişdir. Qanunvericiliyin təkmilləşdirilməsində və piratçılıqla mübarizənin gücləndirilməsində xarici ölkələrin təcrübəsi nəzərə alınır.

İnkişaf Konsepsiyasının “Mədəni irsin qorunması və səmərəli idarə edilməsi” adlı 10-cu bölməsində deyilir: “Qeyri-maddi mədəni irsin tərkib hissələrinin qorunub saxlanılması, bu sahədə qanunsuz mənimsəmələrin və əsassız itkilərin qarşısının alınması, folklor nümunələrinin və ənənəvi biliklərin UNESCO-nun xüsusi qorunma siyahısına daxil edilməsi üçün əlavə tədbirlər həyata keçiriləcək, həmçinin milli qanunvericiliyin kompleks şəkildə təkmilləşdirilməsi, müəlliflik hüququnun və əlaqəli hüquqların qorunması, beynəlxalq normativ hüquqi bazanın tətbiqi və inkişafında iştirak təmin ediləcəkdir. Azərbaycana məxsus mədəni sərvətlərin, o cümlədən muzeylərdə, kitabxanalarda və arxivlərdə qorunub saxlanan və ictimai varidat sayılan mədəni irs və digər əqli mülkiyyət nümunələrinin mərkəzləşmiş şəkildə rəqəmləşdirilməsi, mühafizəsi, hüquqi qorunması və beynəlxalq təşkilatlarla, həmçinin xarici dövlətlərin aidiyyəti qurumları ilə mübadiləsi təmin ediləcəkdir”.

MHA-nın sədri bildirmişdir ki, bu problem agentliyin fəaliyyətinin prioritet istiqamətlərindəndir. Azərbaycanda qeyri-maddi mədəni irs nümunələri qanunla xüsusi növ əqli mülkiyyət obyektləri kimi qorunur. Müəllif-hüquq obyektlərinə aid məlumat bazası, folklor nümunələri ilə bağlı multimedia sistemi fəaliyyətdədir. Bununla yanaşı, qarşımızda hər növ mədəni irsə aid obyektlərin mərkəzləşdirilmiş şəkildə rəqəmləşdirilməsi vəzifəsi durur və bu məqsədlə müvafiq texniki baza, müasir avadanlıq alınaraq agentlikdə quraşdırılmışdır.

K.İmanov iştirakçıları 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə təbrik etmiş, simpoziumun işinə uğurlar arzulamışdır.

Sonra DƏMT-nin baş direktoru Fransis Qarrinin Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə müraciətini əks etdirən videosüjet nümayiş olunmuşdur.

Tədbirdə DƏMT-nin kreativ sənaye departamentinin direktoru Dmitri Gançevin “Müəlliflik hüququ kreativ iqtisadiyyatda yeni valyuta kimi” mövzusunda məruzəsi dinlənilmişdir.

D.Gançev qeyd etmişdir ki, dünya heç vaxt indiki kimi sıx təmasda olmamışdır. Belə bir vaxtda əqli mülkiyyət və onun qorunması ilə bağlı məsələlərin əhəmiyyəti durmadan artır, yeni məna kəsb edir. Elmin, təhsilin, iqtisadiyyatın sürətli inkişafı bu problemləri daha da aktuallaşdırmışdır. Hazırda əqli mülkiyyətin qorunması istiqamətində işlər daha da genişlənərək qlobal xarakter almışdır.

Avropa İttifaqının Tvinninq layihəsinin rəhbəri, Afina Universitetinin professoru xanım Dionisiya Kallinikiou “Əqli mülkiyyətin müasir problemləri” mövzusunda məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, Beynəlxalq Əqli Mülkiyyət Günü ilə bağlı tədbirlərin keçirilməsinin məqsədi əqli mülkiyyətin, xüsusilə müəlliflik hüququnun mədəni irsin yaranmasındakı rolunu bir daha açıqlamaq, onun davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin formalaşmasındakı əhəmiyyətini diqqətə çatdırmaqdır.

Aİ-nin layihələr üzrə meneceri Ülviyyə Abdullayeva təmsil etdiyi qurumun Azərbaycanda həyata keçirdiyi layihələrdən, bu layihələrin ölkəmiz üçün əhəmiyyətindən danışmış, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulamışdır.

Avropa İttifaqının MHA ilə birgə reallaşdırdığı Tvinninq layihəsinin mayın sonlarında başa çatacağını qeyd edən Ü.Abdullayeva demişdir ki, gələcəkdə bu layihə hər iki qurumun əməkdaşlığı çərçivəsində davam etdiriləcəkdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) icraçı direktoru Elçin Babayev rəhbərlik etdiyi qurum ilə MHA arasında səmərəli əməkdaşlıqdan söz açmışdır. Bildirilmişdir ki, EİF-ə daxil olan bütün layihələr MHA-da qeydiyyatdan keçirilir və ortaya çıxan bütün suallar agentlik tərəfindən lazımi səviyyədə cavablandırılır.

E.Babayev hər iki qurum arasında əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirmişdir.

Nazirlər Kabinetinin nümayəndəsi Elxan Bağırzadə MHA-nın fəaliyyətini yüksək qiymətləndirmiş, təmsil etdiyi qurum tərəfindən agentliyin fəaliyyətinə bundan sonra da kömək göstəriləcəyini vurğulamışdır.

Tədbirin əhəmiyyətini və aktuallığını qeyd edən E.Bağırzadə MHA-nın kollektivinə uğurlar arzulamışdır.

Sonra mövzular ətrafında müzakirələr aparılmışdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Maliyyə naziri: Qeyri-neft baza kəsirinin davamlı olaraq azaldılmasına çalışırıq

Lihannanın faciəvi ölümü: Fransada ədalət sisteminin növbəti uğursuzluğu

Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq

Azərbaycan Universitetində “Bir məqalə, iki nəsil” layihəsinə başlanılıb

Maliyyə naziri: Ötən il xərclərin səmərəli, ünvanlı və ehtiyaclara uyğun icrası təmin olunub

“Şimal-Cənub” marşrutunun Azərbaycandan keçən hissəsinin ötürücülük qabiliyyəti beş dəfə artıb

Xaqani Şirvani və dövrünün siyasi-mədəni mühiti - dəyirmi masa

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yük göndərilib

İsrail ordusu Qəzzada HƏMAS-ın Dəniz Polisi qərargahı və silah anbarlarına hücum edib

Sahil Babayev: Bu il Dövlət Neft Fondundan büdcəyə transferin azaldılması planlaşdırılır

Kəlbəcərdə Günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib

Ekspert: Azərbaycan qlobal logistika proseslərinin fəal iştirakçısıdır

Nazir: Dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığı azalıb

“Airbus” və “Dassault” birgə döyüş təyyarəsinin yaradılması ilə bağlı layihəni dayandırır

Dünyada dövlət borcu ÜDM nisbətinin ən aşağı olan ölkələrdən biri Azərbaycandır

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-17 yığması Qəbələdə növbəti yoxlama oyununu keçirəcək

Maliyyə naziri: Ötən il Azərbaycanın qeyri-neft sektoru daha da genişlənib

Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Çin alimləri kosmosda qaraciyər xəstəliklərinin inkişaf mexanizmlərini tədqiq ediblər

Sahil Babayev: Ötən il Azərbaycan üçün növbəti uğurlu il olub

Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb

Türkiyədə aktiv rəqəmsal bankçılıq müştərilərinin sayı 129 milyonu ötüb VİDEO

Türkiyədə aktiv rəqəmsal bankçılıq müştərilərinin sayı 129 milyonu ötüb VİDEO

Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb

“Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması”: İctimai müzakirə

Azərbaycanın xarici işlər naziri Yaponiyaya rəsmi səfərə yola düşüb

Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək

XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb

NBA: “San-Antonio Spörs” final seriyasında önə keçib

Odessa sahillərində 15 ölü delfin aşkarlanıb

Dərmanların təhlükəsizliyi necə qorunur?

“YAŞAT” Fondu Şəkidə yaz düşərgəsi reallaşdırıb

Çində avtomobil satışları kəskin azalıb

Azov dənizində zərər görən gəmilərin 19 nəfər azərbaycanlı heyət üzvü ölkəmizə yola salınıb

Texnobloger: Platformalar yeniyetmələr üçün xüsusi təhlükəsizlik tədbirlərini tətbiq etməlidir

Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub

Milli Kitabxanada “Azərbaycanda yaşayan azsaylı xalqlar” adlı virtual sərgi açılıb

Əfqanıstanda ilin əvvəlindən bəri baş verən təbii fəlakətlər 300-dən çox insanın həyatına son qoyub

Fransa və Almaniya 100 milyard avroluq döyüş hava sistemi proqramını dayandırıb

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

ABA: Bank sektorunun aktivləri 57 milyard manatı ötüb VİDEO

ABA: Bank sektorunun aktivləri 57 milyard manatı ötüb VİDEO

DİN: Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən olunub

İrakli Kobaxidze: Gürcüstan bu gün Azərbaycanla misilsiz əlaqələrə malikdir

Fransada dəmiryol işçiləri tətilə hazırlaşırlar

“Axios”: ABŞ Trampın iradəsi xaricində Yaxın Şərqdə yenidən münaqişəyə cəlb oluna bilər

Özbəkistan məhkəmələrdə korrupsiyaya qarşı nəzarəti gücləndirir

BDU beynəlxalq reytinqdə 189 pillə irəliləyərək Azərbaycanda lider mövqeyini qoruyub

Krasnodar hava limanında 12 reys təxirə salınıb

Uşaqlar üçün məhdudiyyətlərin tətbiq edildiyi platformaların siyahısı yaxın vaxtlarda təqdim olunacaq

ABŞ-də reaktiv yanacaq istehsalı rekord həddə çatıb

ABA və "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO

ABA və "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO

Fərid Osmanov: Yaxın vaxtlarda beynəlxalq maliyyə institutları ilə geniş əməkdaşlıq paketinin tamamlanması planlaşdırılır VİDEO

Fərid Osmanov: Yaxın vaxtlarda beynəlxalq maliyyə institutları ilə geniş əməkdaşlıq paketinin tamamlanması planlaşdırılır VİDEO

Mehmet Şimşek: Türkiyə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində addımlar atır

Tramp: İsrail və İran ən azı bir həftə qarşılıqlı hücumlar həyata keçirməyəcək

Bu gün Azərbaycanın U-21 millisi Qırğızıstan yığması ilə qarşılaşacaq

Vüsal Qasımlı: Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramının qəbul olunması gözlənilir VİDEO

Vüsal Qasımlı: Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramının qəbul olunması gözlənilir VİDEO

Ağcabədi sakini zəhərlənərək həyatını itirib

Azərbaycan İKT sektorunda illik ixrac həcmini 1 milyard dollara çatdırmağı hədəfləyir VİDEO

Azərbaycan İKT sektorunda illik ixrac həcmini 1 milyard dollara çatdırmağı hədəfləyir VİDEO

Azərbaycanın U-20 millisi Ruy Jorjenin rəhbərliyi altında ilk oyununa çıxacaq

COP31 ərəfəsində Bonn şəhərində BMT-nin ikihəftəlik iqlim sessiyası keçirilir

Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası üzvlərinin növbəti ümumi yığıncağı olub

Firuzə Rəsulova: Uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması ən aktual tələblərdən biridir

AMB: Hazırda AZ-QR infrastrukturunun daha da genişləndirilməsi istiqamətində işlər aparılır

Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bank aktivlərinin həcmi açıqlanıb VİDEO

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bank aktivlərinin həcmi açıqlanıb VİDEO

Qadın futbolçulardan ibarət Azərbaycan yığması seçmə mərhələdə son matçına çıxır

Dünya bazarında qızıl və gümüş bahalaşıb VİDEO

Dünya bazarında qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Azərbaycanın Yaxın Şərqdə enerji diplomatiyasının yeni istiqamətləri formalaşdırılır ŞƏRH

Futbol üzrə Azərbaycan millisi bu gün San-Marino ilə qarşılaşacaq

Əmək və əhalinin sosial müdafiəsi naziri Salyanda vətəndaşların müraciətlərini dinləyəcək

ADAU-nun müəllimləri su təsərrüfatı və ekologiyaya dair yeni kitablar tərtib ediblər

Naxçıvanda vergi daxilolmaları 2,4 faiz artıb

Oğuzda “Abad məhəllə” layihəsinin icrasına başlanılıb, davamı olacaq VİDEO

Oğuzda “Abad məhəllə” layihəsinin icrasına başlanılıb, davamı olacaq VİDEO

Mayda Milli Ödənişlər Sistemində Ani Ödənişlər Sisteminin payı 54 faizə çatıb

Yaponiya və Cənubi Koreya 9 ildən sonra ilk dəniz xilasetmə təlimi keçirib

Azərbaycan nefti 100 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 100 dollardan baha satılır VİDEO

Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" işə başlayıb VİDEO

Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" işə başlayıb VİDEO

Çinin xarici ticarəti 15,3 faiz çoxalıb

Oğuzda gənclər üçün “Bir gün bir könüllü gənc” layihəsi başlayır

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Tramp: Yaxın iki həftə ərzində İranla yekun razılaşmanın əldə olunacağını gözləyirəm

Vens: ABŞ İsrailin mövqeyindən asılı olmayaraq İranla razılaşma əldə etməyə çalışacaq

Filippinin cənubunda baş verən zəlzələdə ölənlərin sayı 37-yə çatıb VİDEO

Filippinin cənubunda baş verən zəlzələdə ölənlərin sayı 37-yə çatıb VİDEO

Tacikistanın ən böyük buzlağına yeni rəsmi ad verilib

İsveçdə kişilər və qadınlar arasında gəlir bərabərliyinə nail olmaq üçün daha 37 il tələb olunur

Biotexnoloqlar ilk dəfə insanın qaraciyər hüceyrələrini “cavanlaşdırdıqlarını” açıqlayıblar

ABŞ ordusu İrana gedən tankeri zərərsizləşdirib

İranda 4,9 bal gücündə zəlzələ baş verib

Tramp Netanyahuya İranla münaqişəni yenidən alovlandırmamaq barədə xəbərdarlıq edib

Polis şadlıq saraylarından birinin qarşısında baş verən insidentlə bağlı açıqlama verib

Netanyahu: İsrail İrana zərbə endirməyi dayandırıb, lakin hər hansı hücuma cavab verəcək

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 100-ü ötüb

Qalibaf: İranın məqsədi münaqişəyə son qoymaqdır

“Axios”: Zelenski Vitkoff və Kuşnerlə telefon danışığı aparıb

Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir

ABŞ “Alibaba”, BYD, “Nio” və digər Çin texnologiya şirkətlərini qara siyahıya salıb

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb