Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda Azərbaycan-İran biznes forumu keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər YENİLƏNİB VİDEO

Bakı, 28 aprel, AZƏRTAC

Aprelin 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes-forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər.

Dövlətimizin başçısı biznes-forumda çıxış edib.

Prezident İlham Əliyevin
çıxışı

-Hörmətli cənab Prezident, əziz qardaşım.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Bu gün İran İslam Respublikasının Prezidenti cənab Pezeşkianın Azərbaycana rəsmi səfəridir. Deyə bilərəm ki, səfər çox uğurlu keçir. Səfər zamanı əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər bir daha Azərbaycan-İran dostluğunu, qardaşlığını təsdiqləyir. Bir sözlə, bu rəsmi səfərin çox gözəl siyasi nəticələri vardır. İmzalanmış sənədlər arasında xüsusilə prezidentlər tərəfindən imzalanmış Birgə Bəyannaməni qeyd etmək istərdim. Çox ciddi sənəddir və gələcək əməkdaşlıq üçün bizə yol göstərən sənəddir. Əlbəttə, biz istərdik ki, ticarət, iqtisadi əməkdaşlığımız da eyni nəticələri hasil etsin. Əfsuslar olsun ki, bu günə qədər bu, belə olmayıb. Ancaq əminəm ki, bu səfərdən sonra və biznes-forumun nəticələrindən irəli gələrək biz növbəti illərdə ticarət, iqtisadi, sərmayə qoyuluşu və digər bu kimi sahələrdə ciddi irəliləyiş görəcəyik. Mən şadam ki, hörmətli cənab Prezidentlə bərabər Azərbaycana böyük biznes heyəti gəlib. İrandan gələn 120-dən çox iş adamı əminəm ki, Azərbaycanda öz həmkarları ilə artıq təmaslar qurublar və biznes-forum nəticəsində real layihələr meydana gələcək.

Əminəm ki, növbəti dəfə biz biznes-forum keçirəndə bu toplantı salonu tam dolu olacaq. Halbuki indi də nümayəndələrin sayı az deyil, biznes-forumda 400-dən çox iştirakçı vardır. Bu onu göstərir ki, qarşılıqlı maraq kifayət qədər böyükdür. Təbii ki, siyasi əlaqələr güclü olanda biznes dairələri də öz fəaliyyətlərini buna uyğun şəkildə qururlar və hesab edirəm ki, növbəti illərdə ticarət dövriyyəsinin artırılması üçün konkret addımlar atılmalıdır. Bu gün biz statistik rəqəmlərə baxdıqda görürük ki, iki ölkə arasındakı ticarət dövriyyəsi heç bir milyard dollara çatmır və əlbəttə ki, bu, bizi qane edə bilməz. Ona görə ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu, müştərək müəssisələrin yaradılması və digər buna oxşar təşəbbüslər əlbəttə ki, təqdirəlayiq olacaq. Hesab edirəm ki, burada aparıcı rol Azərbaycan-İran hökumətlərarası komissiyaya məxsusdur. Mən komissiyanın fəaliyyətini yüksək qiymətləndirirəm. Komissiyanın həmsədrləri, üzvləri müntəzəm olaraq görüşürlər və hər bir görüşün böyük əhəmiyyəti var.

Azərbaycan və İran, eyni zamanda, önəmli beynəlxalq layihələrdə iştirak edir, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi üzrə biz sıx əməkdaşlıq edirik. Biz istəyirik ki, bu, sadəcə, nəqliyyat dəhlizi olmasın, həm Azərbaycan, həm də İran ərazisində yol boyunca yeni bizneslərin açılması, yeni sənaye müəssisələrinin yaradılması üçün imkan yaratsın. Bunun üçün kifayət qədər imkanlar var. Çünki hər iki ölkənin çox böyük iqtisadi potensialı var, hər iki ölkədə sahibkarlar sinfi kifayət qədər fəaldır. Sadəcə olaraq, biz gərək iş adamlarımızı bir araya gətirək, necə ki, bu gün biz bunu edirik. Onlara konkret layihələr təqdim olunmalıdır. Ölkələrimizin vergi sistemi, tariflər, sərmayə iqlimi, biznes sahəsindəki qanunvericilik - bütün bunlar iki ölkənin iş adamlarına aydın olmalıdır. Yəni, qaydalar nədir, qanunlar nədir? Ondan sonra əlbəttə ki, böyük sərmayə qoyuluşundan söhbət gedə bilər. Mən hesab edirəm ki, uzun fasilədən sonra Azərbaycan və İran iş adamlarının belə mötəbər toplantısı, xüsusilə prezidentlərin iştirakı ilə biznes-forumun keçirilməsi çox ciddi bir addımdır və əlbəttə ki, biz iş adamlarımızdan konkret nəticələr gözləyirik.

Azərbaycanda dövlət xətti ilə bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştirak etməyə dəvət edirik. Burada həm dəmir yolları, avtomobil yolları, kommunikasiya xətləri, elektrik xətləri - bütün bu layihələr bizdə bu gün əsas gündəlikdədir. Eyni zamanda, erməni işğalından azad edilmiş ərazilərdə hazırda geniş quruculuq işləri gedir. Biz kəndləri, şəhərləri demək olar ki, sıfırdan qururuq. Çünki işğal dövründə Ermənistan bizim bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir. Ona görə orada böyük iş imkanları yaradılır və istərdim ki, İrandan, bizim dost, qardaş ölkədən olan biznesmenlər bu istiqamətdə də işləsinlər.

Biz bu gün müzakirə etdiyimiz məsələlər arasında elektroenergetika məsələlərinə də böyük diqqət ayırdıq. Burada təkcə elektrik stansiyalarının tikintisi yox, eyni zamanda, ötürücü xətlərin tikintisi məsələsi nəzərdə tutulur. Burada da bu sahədə təcrübəsi olan şirkətlər üçün yaxşı fürsətlər, yaxşı imkanlar yaradılır. Biz gələcəkdə iki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli - qonşu ölkələrlə birlikdə formatda enerji mübadiləsi layihələrinə də baxa bilərik. Daha doğrusu, bu gün artıq bu, gündəlikdə duran məsələlərdən biridir. Azərbaycanda yaşıl enerjinin istehsalı prosesi artıq başlamışdır və bunun böyük gələcəyi var. Biz beş ildən sonra 6500 meqavat gücündə Günəş, külək və su enerji potensialımızı ortaya qoyacağıq və bunun böyük hissəsi ixracyönümlü enerji növləridir. Bu istiqamətdə əlbəttə ki, indidən hazırlıq işləri aparılmalıdır. Eyni zamanda, Araz dəhlizi layihəsi böyük diqqət cəlb edir, həm bölgəmizdə, həm dünyada, bu layihə ilə bağlı müxtəlif fərziyyələr, müxtəlif şayiələr gəzir. Əslində, buna heç bir əsas yoxdur. Çünki bu, sadəcə olaraq, yeni bir nəqliyyat, bağlantı layihəsidir və Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə İran ərazisindən birləşdirən bir layihədir. Burada, eyni zamanda, böyük tranzit imkanları yaranacaq. Bu, sadəcə olaraq, bu bölgənin layihəsi deyil. Biz hesab edirik ki, bu, Asiyadan Avropaya uzanan nəqliyyat dəhlizinin bir qolu olmalıdır. Bir tərəfi Aralıq dənizinə, bir tərəfi Fars körfəzinə uzanan yeni nəqliyyat bağlantı dəhlizi olmalıdır və bir çox ölkələr bundan fayda götürəcək. Təbii olaraq, bu layihənin ərsəyə gəlməsində əsas rol yenə də bizim ölkələrimizin üzərinə düşür və bu istiqamətdə Azərbaycan tərəfindən aparılan işlər demək olar ki, tamamlanıb. Araz çayı üzərində Azərbaycan tərəfinə düşən körpünün inşası demək olar ki, hazırdır, o cümlədən sərhəd-keçid məntəqəsinin inşası prosesi gedir. Əgər hər şey istədiyimiz kimi olsa, bu ilin sonuna qədər avtomobil körpüsü istismara verilə bilər.

O ki qaldı, dəmir yolu körpüsünə, bu məsələ də müzakirə mövzusudur. Biz dəmir yolumuzu artıq gələn il İran sərhədinə, Zəngilan-Ağbənd istiqamətinə çatdıra bilərik və təbii olaraq İran ərazisində dəmir yolu inşası da nəzərdə tutularsa, o zaman bu da beynəlxalq nəqliyyat dəhlizi olacaq. Yəni, çox geniş perspektivlər açılır və bütün bunları həyata keçirmək üçün əsas amillər var. Birincisi, Azərbaycan-İran arasındakı dostluq, ikincisi, qarşılıqlı siyasi iradə, üçüncüsü bu layihələrin bir çox ölkələrə xidmət göstərməsi və qarşılıqlı fayda verməsi məsələsi. Bu, yəni, əsas məsələlərdən biri olan layihədir.

Təbii ki, kiçik və orta sahibkarlığın inkişafı da həmişə bizim diqqət mərkəzində olub və hesab edirəm ki, biznes dairələri, Azərbaycan, İran iş adamları rəhbərlikdən, yəni siyasi rəhbərlikdən gələn bu mesajları düzgün qəbul edəcəklər və öz fəaliyyətlərində bunu rəhbər tutaraq, konkret iş görməklə bizim ticari-iqtisadi əlaqələrimizi daha da gücləndirəcəklər. Yenə də ümid edirəm ki, növbəti dəfə biz burada görüşəndə bu salon tam dolu olacaq.

Bir daha xoş gəlmisiniz, hörmətli cənab Prezident, əziz qardaşım.

Hörmətli iranlı dostlarımıza da xoş gəlmisiniz deyirəm. Sağ olun.

X X X

Sonra İran Prezidenti çıxış etdi.

Prezident Məsud Pezeşkianın
çıxışı
 

-Azərbaycan Respublikasının möhtərəm Prezidenti, əziz qardaşım cənab İlham Əliyevə bizə göstərdikləri qonaqpərvərliyə, bizi səmimi qarşıladıqlarına, qarşılıqlı əlaqələrimizin konstruktiv şəkildə davam etməsi ilə əlaqədar ümidverici bəyanatına görə bir daha təşəkkürümü bildirirəm. Burada Sizin xidmətinizdəyik və inanırıq ki, əlaqələrimiz əvvəllər olduğu kimidir, - biz onsuz da bir yerdə idik, - aramızdakı sərhəd elə bil qonşu və ailə arasında olan sərhəddir, hərəsi bir tərəfdə bir divar və bir qapıya malikdir, amma həmişə bir yerdədirlər, bir-birini görürlər və bir-biri ilə əlaqələrə malikdirlər. Biz gərək bir-birimizə kömək edək, Azərbaycan xalqı və İran xalqı üçün nailiyyətlərimizi, istehsalımızı, elmimizi və mədəniyyətimizi qarşılıqlı olaraq bölüşək və ondan faydalanaq, hər iki tərəfin qazanacağı bir mühiti yaradaq.

Əziz qardaşımın vurğuladığı kimi, Azərbaycan və İran nəqliyyat marşrutlarının kəsişməsində yerləşən ölkələr olaraq aramızdakı əsas nəqliyyat dəhlizlərini və marşrutlarını – bizimlə Rusiya arasında Şimal–Cənub, həmçinin Şərq–Qərb nəqliyyat marşrutlarını həyata keçirə bilərlər. Bu isə ticarətin, elmin, mövcud təcrübənin və texnologiyanın ötürülməsinə lazımi şərait yaradır.

Bizim bir çox qonşu ölkələrin rəhbərləri ilə görüşlərimdə həmişə belə bir ideyanı qaldırmışam və bu, hətta tələbəlik illərimdə də daim beynimdə olub ki, niyə biz birlikdə bir qatara minərək Pakistandan İrana, Azərbaycana, Türkiyəyə, İraqa, Ərəbistana səfər etməyək. Axı, bir-birimizlə bu əlaqələri rahat şəkildə yaratmaq üçün nə problem var ki...

Oxşar mədəniyyət və sivilizasiyaya, qədim tarixə və qohumluq əlaqələrinə malik İslam ölkələri, - bütün qonşularımız bir-biri ilə bir neçə minillik əlaqələrə malikdir, - nəyə görə biz belə əlaqələr üçün münasib mühit yaratmayaq. Belə bir mühitin yaradılması üçün ilk addım ticarətlə, mədəniyyətlə, elmlə başlayır. Universitetlərimiz bir–biri ilə əlaqə yarada, elm, texnologiya və mədəniyyət sahələrində əldə etdikləri təcrübələri bölüşə bilərlər. Ticarət və sənaye sahələrində çalışan insanlarımız bu istiqamətlərdə təcrübələrini regionun və bizim özümüzün ehtiyaclarımız üçün bir-birinə ötürsünlər. Regionumuzda mövcud olan bazar bizim ehtiyacımızı təmin edir və bütün dünyanı təmin edə bilər. Bu bazar İran üçündür, Azərbaycan üçündür, Pakistan üçündür, Əfqanıstan üçündür. Biz özümüz üçün belə bir bazar yarada bilərik və bu, bizim iradəmizdən asılıdır. Bizim iş adamlarımız, tacirlərimiz, Azərbaycandakı siz əzizlər bir–birinizlə müştərək olub birgə investisiya qoyuluşunu həyata keçirin. Biz Azərbaycanda, siz İranda, biz və siz İraqda, Pakistanda, pakistanlılar isə bizimlə, yəni, bir-birimizlə sıx əlaqələrə malik bir birlik yarada bilərik. Daha sonra yollarımızı açarıq, mövcud texnologiyanı, təcrübəni, elmimizi bir-birimizə ötürə bilərik. Rifahın, sülhün və sabitliyin, inkişafın və azadlığın mövcud olduğu bir gələcəyi özümüz, bölgəmiz və cəmiyyətlərimiz üçün yarada bilərik. Regionun təhlükəsizliyini biz özümüz qoruya bilərik. Başqa yerdən gəlib bizim üçün təhlükəsizliyin yaradılmasına ehtiyacımız yoxdur. Böyüklərimiz bir yerdə oturub problem və ixtilafları həll ediblər. İnanmıram ki, yuxarı səviyyədə ixtilaf mövcud olsun, aşağıda bəziləri var və əlbəttə, onları da xaricdən təhrik edirlər. İstəmirlər ki, eyni mədəniyyət və ənənələrə malik qonşu ölkələr arasında və bölgədə sağlam əlaqələr yaransın. Biz aramızda mövcud olan uzun tarixə malik sağlam əlaqələrin bəziləri tərəfindən müxtəlif bəhanələrlə pozulmasına və pisləşməsinə imkan verməməliyik. İranda, elə öz cəmiyyətimizdə bu hadisələrin baş verməsini ürəyi istəməyənlər var. Ehtimal ki, ola bilər burada da olsun. Ehtimal ki, İraqda, Əfqanıstanda da ola bilər olsun. Lakin vacib olan odur ki, ticarət və investisiya biri-birini tamamlasa və biz təhsildə, sənayedə, elmdə, mədəniyyətdə səmimi və dərin əlaqələr qura bilsək, idmançılarımız və incəsənət xadimlərimiz bir-biri ilə görüş keçirsələr, əlaqələri olsa sülh və təhlükəsizlik dolu bir region yarada bilərik. Mən burada əziz qardaşım, möhtərəm cənab Prezident İlham Əliyevin yanındayam. İlk saatlardan bir-birimizə səmimiyyətimizi və sədaqətimizi bildirdik. Bütün sahələrdə əməkdaşlıq etməyə hazır olduğumuzu bildirdik. Bizim və Azərbaycanın ərazisi Şərqin Qərbə, Şimalın Cənuba birləşməsi üçün dördyol ola bilər. Biz elə bir coğrafi məkanda yerləşirik ki, bu bağlantıları bərqərar edə bilərik. Belə bir iş təbii olaraq avtomobil yolu, dəmir yolu, liman, ticarət əlaqələri, habelə keçə biləcəyimiz sərhədlər istəyir. Əlbəttə, rabitə və proqram təminatları sistemlərinin mütləq şəkildə öz prinsipləri var. Birlikdə əyləşə və bunları planlaşdıra bilərik. Rahat, etimad və arxayınlıqla irəliyə gedə bilərik. Qəti və mütləq şəkildə bir-birimizin ərazi bütövlüyünə, siyasətinə və təhlükəsizliyinə hörmət etməliyik. Bir-birimizin daxili işlərinə müdaxilə etmək niyyətimiz olmamalıdır. Bu, bizim inandığımız amildir. Qardaşımla danışıqlarda doğmalıq hissinə malik oldum. Biz burada həqiqətən qardaşlıq və qohumluq hiss edirik. Qonşuluqla yanaşı, bura bizim üçün həqiqətən də fərqli yerdir, mənim Avropaya və ya Afrikaya getməyimlə Azərbaycana gəlməyim arasında böyük fərq var. Ümumiyyətlə, müqayisə olunası deyil. Yəni, bura o yerdir ki, adam mədəniyyəti, dili və insanları ilə tanış olduğunu hiss edir. Yeməyi, ümumiyyətlə, hər şeyi tanışdır. Baxırsan və elə bilirsən ki, səninkidir. Bu tanışlıq hissinin nəticəsi olaraq, həqiqət, birlik və yoldaşlıq hissləri qanunlarda, qaydalarda və əlaqələrdə də özünü göstərməlidir. Biz bu amilin özünü göstərməsinə hazırıq və qərarlıyıq.

Mən bu gün səhər buraya gəlməmişdən əvvəl Ali Rəhbərin qəbuluna getdim, o da Sizə salam göndərdi və təkid etdi ki, buradakı bacı və qardaşlarımızla əlaqələrimizi daha səmimi və dərin edək. Bu, Ali Rəhbərin inancı və etiqadıdır, mənə verdiyi tövsiyədir. Burada olmağımız bir-birimizlə əlaqə qurmaq üçündür. Mən inanıram ki, biz əl-ələ verərək problemlərimizi həll etməyə qadirik. Bütün sahələrdə qüdrətli ölkələrə çata bilərik ki, onların özləri də bunu təsəvvür edə bilməzlər. Kifayətdir ki, bir-birimizə etimad göstərək, elmimizi, təcrübəmizi, bacarıqlarımızı bölüşək, cəmiyyətlərimizi inkişafa, başucalığına və vəhdətə çatdıraq. Əminəm ki, əgər bizim istehsalçılar və investorlar bir-biri ilə şərik olsalar, qarşılıqlı investisiya yatırsalar, çərçivə və qaydalarda vahid baxışa nail olsalar, regionumuzda kənar qüvvələrin varlığına ehtiyacımız olmayacaq. O yerdəki ki, bir sərhəddən digər sərhədə iqtisadiyyat və ticarət hərəkət edir, artıq o sərhəddən silah və hərbi qüvvə keçməyəcək. Ticarət təhlükəsizlikdir, sülhdür, qardaşlıqdır. Biz bunu ölkələrimizin qanunlarını, bir-birimizə hörməti və ya məhdudiyyətlərimizi, üzrlərimizi qəbul etməklə gücləndirə bilərik.

Mən əziz qardaşım möhtərəm cənab Prezident İlham Əliyevə bizə və ümumiyyətlə, İrandan gələn əzizlərimizə göstərdiyi qonaqpərvərliyə görə minnətdarlıq edirəm. Həqiqətən də minnətdarlıq ediləsidir. Ümid edirəm ki, bu, növbəti uğurun başlanğıcı olacaq. Şəhriyardan iki bənd şeir deyərək sözlərimi tamamlayıram:

Bir uçaydım bu çırpınan yelinən,

Bağlaşaydım dağdan aşan selinən,

Ağlaşaydım uzaq düşən elinən,

Bir görəydim ayrılığı kim saldı?

Ölkəmizdə kim qırıldı, kim qaldı?

Mən sənintək dağa saldım nəfəsi,

Sən də qeytər, göylərə sal bu səsi,

Bayquşun da dar olmasın qəfəsi,

Burda bir şir darda qalıb bağırır,

Mürüvvətsiz insanları çağırır.

 

Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər YENİLƏNİB VİDEO

Uruqvayın sabiq prezidenti vəfat edib

Qazaxıstan və BƏƏ Astana hava limanının inkişafını maliyyələşdirəcək

“Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı başa çatıb

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Xorvatiyada qeyd olunub

Dubayda 4-cü Ümumdünya Polis Sammiti işinə başlayıb

Ukrayna və ABŞ müştərək İnvestisiyaların Bərpası Fondunun yaradılması haqqında Saziş imzalayıb

“Praqa Baharı” musiqi festivalı yenidən qapılarını qonaqlara açıb

ABŞ dövlət katibi İstanbulda Rusiya-Ukrayna sülh danışıqlarında iştirak edəcək

Rusiya XİN rəhbərinin müavini: Moskva İstanbulda Kiyevlə danışıqlar aparmağa hazırdır

Ukrayna Silahlı Qüvvələri: Cənub regionlarında qızğın döyüş gedir

Rəssam: Azərbaycana aid əsərlərlə mədəniyyətimizi tanıtmaq mənim üçün qürurvericidir

Azərbaycan ilə Venesuela arasında diplomatik münasibətlərin 30 illiyi münasibətilə sərgi açılıb VİDEO

Azərbaycan ilə Venesuela arasında diplomatik münasibətlərin 30 illiyi münasibətilə sərgi açılıb VİDEO

Tramp Suriya qarşı sanksiyaları ləğv edəcəyini açıqlayıb

Azərbaycan hərbçiləri “Anatolian Phoenix - 2025" beynəlxalq təlimində iştirak edirlər

Kanadanın Baş naziri hökumətin yeni tərkibini formalaşdırıb

Bakıda keçirilən “Poçt Liderləri Forumu”nun birinci günü yekunlaşıb

Sankt-Peterburqda Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Şəkidə Mirzə Qədim İrəvaninin 200 illik yubileyi münasibətilə rəsm sərgisi açılıb

Türkiyənin iki universitetində azərbaycanlı tələbə və müəllimlərlə görüşlər keçirilib

İstanbulda Azərbaycan caz musiqisinə həsr edilən konsert təşkil olunub

Tramp Səudiyyə Ərəbistanında Suriyanın yeni Prezidenti ilə görüşəcək

ABŞ Səudiyyə Ərəbistanına 142 milyard dəyərində silah satacaq

Seçenov Universitetində Azərbaycan ilə Rusiya arasında tibb sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Solyarinin zərərləri hansılardır? VİDEO

Solyarinin zərərləri hansılardır? VİDEO

Bakıda keçirilən “InterFood Azerbaijan” və “Caspian Agro” sərgilərinin ilk günü başa çatıb VİDEO

Bakıda keçirilən “InterFood Azerbaijan” və “Caspian Agro” sərgilərinin ilk günü başa çatıb VİDEO

Çətin həyat şəraitində yaşayanlar üçün sosial xidmətlər tamamilə ödənişsiz olacaq VİDEO

Çətin həyat şəraitində yaşayanlar üçün sosial xidmətlər tamamilə ödənişsiz olacaq VİDEO

ABŞ və Səudiyyə Ərəbistanı arasında strateji iqtisadi tərəfdaşlıq sazişi imzalanıb

PKK-nın ləğvi həm tarixi, həm də son dərəcə ciddi hadisədir VİDEO

PKK-nın ləğvi həm tarixi, həm də son dərəcə ciddi hadisədir VİDEO

İqtisadiyyat Nazirliyinin əməkdaşlarının iştirakı ilə qanvermə aksiyası keçirilir

Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin nümayəndə heyəti ADPU-da olub

Azərbaycan müdafiə naziri Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi ilə görüşüb

DVX-nin Tədris Mərkəzi ilə CİAT arasında əməkdaşlıq memorandumu imzalanıb

Bəzi rayonlarda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Macarıstanın dünyaşöhrətli yazıçısı Şandor Lejakın kitablarının təqdimatı olub

“AzerGold”un İdarə Heyətinin sədri 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

İşğaldan azad edilmiş Qarabağda yeni dövr başlayıb, Böyük Qayıdış uğurla reallaşır ŞƏRH

ADPU-da “İlin gənc alimi və tədqiqatçısı” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Gəncədə xəsarət almış şəxsin ölməsi faktı üzrə cinayət işi başlanılıb

İstanbulda “Azərbaycan Kino Günləri” keçirilir

Faiq Həsənovun “Şahmat klubu” verilişi ən uzunömürlü idman proqramı kimi Ginnesin Rekordlar Kitabına düşüb

Ruben Vardanyanın barəsində məhkəmə prosesi davam etdirilib VİDEO

Ruben Vardanyanın barəsində məhkəmə prosesi davam etdirilib VİDEO

Akademik Telman Əliyevin 90 illik yubileyi qeyd olunub

Budəfəki hərracda dövlət əmlakı olan 68 nəqliyyat vasitəsi satılıb

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisin plenar iclasına tövsiyə olunub

Azərbaycanın nümayəndə heyəti “Vindzor Kral Atçılıq Şousu - 2025 ”də yenidən təmsil olunacaq

Prezident İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub   YENİLƏNİB  VİDEO

Prezident İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub  YENİLƏNİB VİDEO

Dövlət Komitəsinin sədri vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə dair müzakirələr aparılıb

Şuşa ziyalısı: Prezidentin şəhərimizə hər səfəri mühüm hadisələrlə yadda qalır

Ali Attestasiya Komissiyasının sədri: Son 5 ildə 1094 nəfərə elmi dərəcə və ad verilməsindən imtina edilib

Aleksandar Vuçiç: Serbiyanın Aİ-yə üzvlüyü əsas məqsədimizdir

Zəngilan könüllüsü: “Qayıdış Könüllüləri” mənim üçün dəyər yaratmağın və dəyər qazanmağın yoludur - MÜSAHİBƏ

Stokholm sakinlərinin iqtisadi əhvali-ruhiyyəsi zəifləyir

Türkiyə Prezidenti Ankarada NATO-nun Baş katibini qəbul edib

Sahibsizlikdən sahiblik mərhələsinə - Ağdamda dirçələn torpaq, dirilən xalq ŞƏRH

Kopenhagen müzakirələri: Bakı İqlim Birliyi Paktı impulsuna əsaslanan Tərəflər COP30-un uğurlu nəticəsinin təmin edilməsini müzakirə ediblər

BDU-da “102 ilin işığı: Heydər Əliyev irsi və gələcəyə baxış” adlı tədbir keçirilib

“Qonağınız müəllimlərinizdir” layihəsi bu dəfə Qəbələdə reallaşıb

“Üç kitabın bir təqdimatı” - unudulmaz qələm sahiblərinə ədəbiyyat abidəsi

Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Milli Məclisdə olub

Azərbaycan və Gürcüstan arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub

Cənubi Koreyada anbarda yanğın: 178 nəfər təxliyə edilib

Beynəlxalq axtarışda olan şəxs Azərbaycanda tutularaq Türkmənistana ekstradisiya edilib

Şandor Lejak: Naxçıvanda olmaq həyatımın ən gözəl təcrübələrindən biridir

Bakıda ÜPİ ilə İKTA arasında poçt qanunvericiliyi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

Türkiyə və Şimali Kipr nümayəndələri UNEC-də qonaq olublar

Xarici İşlər Nazirliyinin nəzdində İqlim Diplomatiyası İdarəsi təsis edilib

Xəzər rayonunda “Təmiz hava” aylığı ilə əlaqədar tədbir keçirilib

Türk dünyası ərazisinin davamlı inkişafına dair kitab nəşr edilib

AMEA-nın Nadir ağaclar parkı gələcəkdə elmi-təcrübi baza rolunu oynayacaq

“Bakıdan Belenə” Yol xəritəsi COP30-da təqdim ediləcək

Naxçıvan Dövlət Universitetində Macarıstanın dünyaşöhrətli yazıçısı və dövlət xadimi Şandor Lejakla görüş olub

Türkiyəli məşhur voleybolçu Rusiya klubundan ayrılıb

Şair-qəzəlxanın 75 illik yubileyinə həsr olunmuş gecə - “Hələ də gec deyil”

Eramızdan əvvəl XII yüzillikdən bu günədək... - Azərbaycan Təbabəti Muzeyindən REPORTAJ  VİDEO

Eramızdan əvvəl XII yüzillikdən bu günədək... - Azərbaycan Təbabəti Muzeyindən REPORTAJ VİDEO

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

B.V.Əhmədovun Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərkosmos” Dubayda keçirilən sərgidə Heydər Əliyev Mərkəzi üslubunda stendlə təmsil olunur

“Springer Nature” nəşriyyatının vitse-prezidenti BMU-da təqdimatla çıxış edib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Somalili nazir: İqlim dəyişikliyinin təsirlərinə qarşı mübarizə üçün beynəlxalq əməkdaşlıq və ədalət təmin olunmalıdır

Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib

TÜRKSOY-un Baş katibi: Naxçıvanın rolu Türk dünyası üçün çox önəmlidir

Bakıda Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüblər

Romada Korsika xalqının qarşılaşdığı əsas problemlərlə bağlı konfrans keçirilib  YENİLƏNİB  VİDEO

Romada Korsika xalqının qarşılaşdığı əsas problemlərlə bağlı konfrans keçirilib YENİLƏNİB VİDEO

“Almaniya Krallığı” təşkilatı qadağan edilib

Baş prokuror Qobustan rayonunda vətəndaşların müraciətlərini dinləyib

BDU ilə Türkiyənin Üsküdar Universiteti Azərbaycan milli mətbuatının yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirəcək

Ankarada əməyin mühafizəsi üzrə mütəxəssislərimiz üçün təlim təşkil edilib

Karlo Ançelotti: Dörd ildə 11 titul, bu, öz sözünü deyir

Energetika nazirinin müavini Özbəkistan Enerji Həftəsində iştirak edib

Nazir müavini: Azərbaycan kənd təsərrüfatı sahəsi üzrə beynəlxalq konvensiyalara və protokollara uyğun fəaliyyət göstərir

Lənkəran Dövlət Dram Teatrının kollektivi Lerik rayonunda qastrol səfərində olub

Etna vulkanı yenidən oyanıb

“Türkiye” qəzeti: Fransa Şərqi Aralıq dənizində Türkiyənin mövcudluğunu təhdid edir

ADAU-da elmi-nəzəri konfrans: “Ulu Öndər Heydər Əliyev irsi xalqımızın milli sərvətidir”

“İşçilərin əmək kitabçasının forması və onun doldurulması Qaydaları”nın təsdiq edilməsi və “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Startap yolunda ilk addım: Gənclər hakatonda bacarıqlarını nümayiş etdirirlər

Gürcüstanlı nazir: COP29-da qəbul edilən qərarlar yeni investisiya imkanlarının formalaşmasına şərait yaradır

"Konstitusiya və Suverenlik İli" çərçivəsində Zərdab rayonunda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib