Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Azərbaycanın müəllif-hüquq sistemi 20 ildə”mövzusunda Beynəlxalq konfrans keçirilmişdir

Bakı, 29 may (AZƏRTAC). Mayın 29-da Bakıda “Azərbaycanın müəllif-hüquq sistemi 20 ildə” mövzusunda Beynəlxalq konfrans keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, Müəllif Hüquqları Agentliyinin (MHA) müstəqillik dövründəki fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbirdə hökumət və dövlət qurumlarının rəsmi şəxsləri, Milli Məclisin deputatları, ziyalılar, ictimaiyyətin nümayəndələri, yerli və xarici ölkə mütəxəssisləri, KİV təmsilçiləri iştirak etmişlər.

Konfransda MHA-nın sədri Kamran İmanovun “Azərbaycanın müəllif-hüquq sistemi 20 ildə” mövzusunda məruzəsi dinlənilmişdir.

K.İmanov bildirmişdir ki, cari ildə Müəllif Hüquqları Agentliyinin müstəqillik dövründə fəaliyyətinin 20 ili tamam olur. MHA keçmiş SSRİ dövründə Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan şöbəsi kimi fəaliyyət göstərmişdir. Müəllif Hüquqları Agentliyi Azərbaycan müəllif-hüquq sisteminin yaradıcısı ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1993-cü ildə respublikanın ilk ixtisaslaşmış mərkəzi icra hakimiyyəti orqanı statusunda yaradılmışdır. 1996-cı ildə müstəqil Azərbaycanın əqli mülkiyyət sahəsində “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” ilk Qanunu qəbul edilmişdir.

Sonrakı illərdə Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında ölkəmizdə müəllif-hüquq sisteminin dinamik inkişafı davam etdirilmiş, yeni yanaşmalarla zənginləşdirilmiş, müasir tələblər əsasında beynəlxalq standartlara uyğunlaşdırılmış, qanunvericilik bazası müasir informasiya-kommunikasiya texnologiyalarının tələbləri və inkişaf meyilləri nəzərə alınmaqla daha da təkmilləşdirilmişdir. Geniş beynəlxalq əlaqələrə malik olan Azərbaycan 1995-ci ildə Dünya Əqli Mülkiyyət Təşkilatına (DƏMT) üzv olmuş, sonrakı illərdə müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində bütün beynəlxalq konvensiya və müqavilələrə qoşularaq fəal mübadiləyə başlamışdır. Bütün bunların nəticəsi olaraq DƏMT və Avropa İttifaqı (Aİ) mütəxəssislərinin, əqli mülkiyyət üzrə beynəlxalq ekspertlərin rəyinə əsasən, bu gün Azərbaycan MDB və Şərqi Avropa məkanında əqli mülkiyyət üzrə təkmil milli idarəetmə sisteminə və zəngin qanunvericilik bazasına malik olan ölkələrdəndir. Azərbaycanın müəllif-hüquq sistemi MDB məkanında ən inkişaf etmiş və nümunəvi sistemlərdən biri hesab olunur.

Hazırda Azərbaycanda inzibati idarəçiliyi Müəllif Hüquqları Agentliyi tərəfindən həyata keçirilən və bilavasitə müəllif-hüquq sahəsini tənzimləyən beş qanun qüvvədədir. Bunlar “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında” (1996), “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında” (2002), “Azərbaycan folklor nümunələrinin qorunması haqqında” (2003), “Məlumat toplularının hüquqi qorunması haqqında” (2004) və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” (2012) qanunlardır.

Azərbaycan Respublikası Prezidentinin 2005-ci ildə təsdiq etdiyi Əsasnaməyə görə, Müəllif Hüquqları Agentliyi müəlliflik hüququ, digər əqli mülkiyyət hüquqları və qeyri-maddi mədəni irsin qorunması sahəsində mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərir. Hazırda agentlik müəllif-hüquq sahəsində 70-dən çox vəzifə və funksiyanı yerinə yetirir.

Qeyd olunmuşdur ki, dövlətimizin başçısının göstərdiyi qayğı və dəstək sayəsində son illərdə bənzərsiz “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanun qəbul edilmiş, Azərbaycan 2006-cı ildə ABŞ hökumətinin müəllif hüquqlarını pozan ölkələr siyahısından çıxarılmış, DƏMT-in Akademiyası tərkibində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi fəaliyyətə başlamışdır. Eyni zamanda, rəqəmli hüquqların idarə edilməsi sistemi və elektron xidmətlər yaradılmış, əqli mülkiyyət sahəsinin müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqlarının inkişafına aid Uzunmüddətli Milli Strategiya hazırlanmışdır. Aİ ilə birgə bənzəri olmayan Tvinninq layihəsi həyata keçirilmiş, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları prioritet istiqamət kimi qəbul edilmişdir.

MHA-nın sədri vurğulamışdır ki, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində son 10 ildə ölkəmizin ümumi daxili məhsulunda kreativ sənayenin payı iki dəfədən çox artaraq 4,5 faizə yüksəlmiş, piratçılığın səviyyəsi müxtəlif seqmentlər üzrə 9-28 faiz aşağı düşmüş, kadrların peşəkarlığı sahəsində işlər gücləndirilmiş, 40-dək mütəxəssis bu və ya digər formada ixtisasını artırmışdır.

Azərbaycan MDB məkanında əsərlərin könüllü qeydiyyat sistemini tətbiq edən ilk ölkələrdən biridir. Əsərlərin qeydiyyat sisteminin tətbiqinə 1996-cı ilin mart ayından başlanılmışdır. Həmin vaxtdan indiyədək MHA-da doqquz minə yaxın əsər qeydiyyatdan keçirilmişdir. Qeydiyyat, eyni zamanda, elektron qaydada da aparılır. Bununla əlaqədar olaraq xüsusi “Elektron xidmət” bölməsi yaradılmışdır. Müəllif agentliyin www.copag.gov.az saytında həmin bölməyə daxil olaraq əsərini qeydiyyatdan keçirə bilər.

Hazırda Müəllif Hüquqları Agentliyi “960” qaynar xəttə, ictimai-hüquqi məsləhətxanaya, Smart tipli treninq xidmətinə, Hüquqların Təminatı Mərkəzinə, Rəqəmli Hüquqların İdarəçilik Sisteminə malik olan, müəllif hüququ, digər oxşar hüquqlar və qeyri-maddi mədəni irsin qorunması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

K.İmanov demişdir ki, MHA-nın 20 illiyi ilə əlaqədar Prezident İlham Əliyevin 2013-cü il 7 may tarixli Sərəncamı ilə agentliyin dörd əməkdaşının səmərəli fəaliyyətinə görə orden və medallarla təltif edilməsi kollektivdə böyük qürur hissi doğurmuş və minnətdarlıqla qarşılanmışdır. Xalqımızı və dövlətimizin başçısını bir daha əmin edirəm ki, kollektivimiz səmərəli fəaliyyəti istiqamətində bundan sonra da səyini, bilik və bacarığını əsirgəməyəcəkdir.

Sonra mükafatlar sahiblərinə təqdim olunmuşdur.

Milli Təhlükəsizlik Nazirliyi Aparatının rəhbəri Fərhad Vahabov tədbirdə çıxış edərək bildirmişdir ki, Azərbaycanın regionda artan nüfuzu, transmilli iqtisadi layihələrin reallaşdırılmasında həlledici rolu, xalqımızın milli maraqlarına və milli təhlükəsizliyinin təminatına istiqamətləndirilmiş müstəqil siyasəti Ermənistanın Azərbaycan xalqının maddi-mədəni irsinə qarşı yönəltdiyi davamlı mədəni ekspansiyasının əsas səbəblərindəndir. Azərbaycan xalqının maddi-mədəni irsinin, intellektual mülkiyyətinin erməni mənimsəmələrinə qarşı mübarizə günümüzün əsas tələblərindəndir. Bu istiqamətdə fəaliyyətlərin daha da genişləndirilməsi və gücləndirilməsi vacib məsələlərdəndir.

Nazirliyin rəsmisi milli mənafeyimizin və dövlətçilik ənənələrimizin qorunması sahəsində təmsil etdiyi qurum ilə MHA arasında əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini bildirmiş, agentliyin kollektivini yubiley münasibətilə təbrik etmişdir.

Ədliyyə nazirinin müavini Toğrul Musayev bildirmişdir ki, Müəllif Hüquqları Agentliyi ötən 20 ildə əqli mülkiyyətin qorunması sahəsində dövlət siyasətini uğurla həyata keçirmiş, Azərbaycanın müəllif-hüquq sisteminin möhkəmləndirilməsində səmərəli fəaliyyət göstərmişdir. Ədliyyə Nazirliyi bir sıra məsələlərdə MHA ilə əməkdaşlıq edir. Agentliyin təşkil etdiyi seminarlarda nazirliyin əməkdaşları da iştirak etmişlər. T.Musayev MHA-nın kollektivini yubiley münasibətilə təbrik etmiş, onlara daha böyük uğurlar arzulamışdır.

Sonra Dünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Fransis Qarrinin Azərbaycanın əqli mülkiyyət sisteminin 20 illiyi ilə əlaqədar videotəbriki nümayiş olunmuşdur.

Azərbaycanın müəllif-hüquq sisteminin 20 illik fəaliyyətini əks etdirən qısametrajlı film göstərilmişdir.

Tədbirdə Nazirlər Kabinetinin sektor müdiri Elxan Bağırzadə, DƏMT-in Avropa və Asiyanın müəyyən ölkələri üzrə departamentinin direktoru Mixal Svantner, Avropa İttifaqının nümayəndəsi Federiko Berna, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun direktoru Elçin Babayev, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Aİ-nin Tvinninq layihəsinin rezident-müşaviri İoannis Kikkis, beynəlxalq ekspert Mihali Fiçer, Yunanıstanın Azərbaycandakı səfiri İoannis Metaksas və başqaları çıxış edərək Müəllif Hüquqları Agentliyinin 20 illik fəaliyyətini yüksək qiymətləndirmiş, qurumun kollektivinə uğurlar arzulamışlar.

Tədbirdə agentliyin bir qrup əməkdaşına MHA-nın fəxri fərmanları, xarici ölkə mütəxəssislərinə diplomlar təqdim olunmuşdur.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Maliyyə naziri: Qeyri-neft baza kəsirinin davamlı olaraq azaldılmasına çalışırıq

Lihannanın faciəvi ölümü: Fransada ədalət sisteminin növbəti uğursuzluğu

Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq

Azərbaycan Universitetində “Bir məqalə, iki nəsil” layihəsinə başlanılıb

Maliyyə naziri: Ötən il xərclərin səmərəli, ünvanlı və ehtiyaclara uyğun icrası təmin olunub

“Şimal-Cənub” marşrutunun Azərbaycandan keçən hissəsinin ötürücülük qabiliyyəti beş dəfə artıb

Xaqani Şirvani və dövrünün siyasi-mədəni mühiti - dəyirmi masa

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yük göndərilib

İsrail ordusu Qəzzada HƏMAS-ın Dəniz Polisi qərargahı və silah anbarlarına hücum edib

Sahil Babayev: Bu il Dövlət Neft Fondundan büdcəyə transferin azaldılması planlaşdırılır

Kəlbəcərdə Günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib

Ekspert: Azərbaycan qlobal logistika proseslərinin fəal iştirakçısıdır

Nazir: Dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığı azalıb

“Airbus” və “Dassault” birgə döyüş təyyarəsinin yaradılması ilə bağlı layihəni dayandırır

Dünyada dövlət borcu ÜDM nisbətinin ən aşağı olan ölkələrdən biri Azərbaycandır

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-17 yığması Qəbələdə növbəti yoxlama oyununu keçirəcək

Maliyyə naziri: Ötən il Azərbaycanın qeyri-neft sektoru daha da genişlənib

Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Çin alimləri kosmosda qaraciyər xəstəliklərinin inkişaf mexanizmlərini tədqiq ediblər

Sahil Babayev: Ötən il Azərbaycan üçün növbəti uğurlu il olub

Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb

Türkiyədə aktiv rəqəmsal bankçılıq müştərilərinin sayı 129 milyonu ötüb VİDEO

Türkiyədə aktiv rəqəmsal bankçılıq müştərilərinin sayı 129 milyonu ötüb VİDEO

Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb

“Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması”: İctimai müzakirə

Azərbaycanın xarici işlər naziri Yaponiyaya rəsmi səfərə yola düşüb

Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək

XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb

NBA: “San-Antonio Spörs” final seriyasında önə keçib

Odessa sahillərində 15 ölü delfin aşkarlanıb

Dərmanların təhlükəsizliyi necə qorunur?

“YAŞAT” Fondu Şəkidə yaz düşərgəsi reallaşdırıb

Çində avtomobil satışları kəskin azalıb

Azov dənizində zərər görən gəmilərin 19 nəfər azərbaycanlı heyət üzvü ölkəmizə yola salınıb

Texnobloger: Platformalar yeniyetmələr üçün xüsusi təhlükəsizlik tədbirlərini tətbiq etməlidir

Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub

Milli Kitabxanada “Azərbaycanda yaşayan azsaylı xalqlar” adlı virtual sərgi açılıb

Əfqanıstanda ilin əvvəlindən bəri baş verən təbii fəlakətlər 300-dən çox insanın həyatına son qoyub

Fransa və Almaniya 100 milyard avroluq döyüş hava sistemi proqramını dayandırıb

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

ABA: Bank sektorunun aktivləri 57 milyard manatı ötüb VİDEO

ABA: Bank sektorunun aktivləri 57 milyard manatı ötüb VİDEO

DİN: Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən olunub

İrakli Kobaxidze: Gürcüstan bu gün Azərbaycanla misilsiz əlaqələrə malikdir

Fransada dəmiryol işçiləri tətilə hazırlaşırlar

“Axios”: ABŞ Trampın iradəsi xaricində Yaxın Şərqdə yenidən münaqişəyə cəlb oluna bilər

Özbəkistan məhkəmələrdə korrupsiyaya qarşı nəzarəti gücləndirir

BDU beynəlxalq reytinqdə 189 pillə irəliləyərək Azərbaycanda lider mövqeyini qoruyub

Krasnodar hava limanında 12 reys təxirə salınıb

Uşaqlar üçün məhdudiyyətlərin tətbiq edildiyi platformaların siyahısı yaxın vaxtlarda təqdim olunacaq

ABŞ-də reaktiv yanacaq istehsalı rekord həddə çatıb

ABA və "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO

ABA və "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO

Fərid Osmanov: Yaxın vaxtlarda beynəlxalq maliyyə institutları ilə geniş əməkdaşlıq paketinin tamamlanması planlaşdırılır VİDEO

Fərid Osmanov: Yaxın vaxtlarda beynəlxalq maliyyə institutları ilə geniş əməkdaşlıq paketinin tamamlanması planlaşdırılır VİDEO

Mehmet Şimşek: Türkiyə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində addımlar atır

Tramp: İsrail və İran ən azı bir həftə qarşılıqlı hücumlar həyata keçirməyəcək

Bu gün Azərbaycanın U-21 millisi Qırğızıstan yığması ilə qarşılaşacaq

Vüsal Qasımlı: Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramının qəbul olunması gözlənilir VİDEO

Vüsal Qasımlı: Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramının qəbul olunması gözlənilir VİDEO

Ağcabədi sakini zəhərlənərək həyatını itirib

Azərbaycan İKT sektorunda illik ixrac həcmini 1 milyard dollara çatdırmağı hədəfləyir VİDEO

Azərbaycan İKT sektorunda illik ixrac həcmini 1 milyard dollara çatdırmağı hədəfləyir VİDEO

Azərbaycanın U-20 millisi Ruy Jorjenin rəhbərliyi altında ilk oyununa çıxacaq

COP31 ərəfəsində Bonn şəhərində BMT-nin ikihəftəlik iqlim sessiyası keçirilir

Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası üzvlərinin növbəti ümumi yığıncağı olub

Firuzə Rəsulova: Uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması ən aktual tələblərdən biridir

AMB: Hazırda AZ-QR infrastrukturunun daha da genişləndirilməsi istiqamətində işlər aparılır

Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bank aktivlərinin həcmi açıqlanıb VİDEO

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bank aktivlərinin həcmi açıqlanıb VİDEO

Qadın futbolçulardan ibarət Azərbaycan yığması seçmə mərhələdə son matçına çıxır

Dünya bazarında qızıl və gümüş bahalaşıb VİDEO

Dünya bazarında qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Azərbaycanın Yaxın Şərqdə enerji diplomatiyasının yeni istiqamətləri formalaşdırılır ŞƏRH

Futbol üzrə Azərbaycan millisi bu gün San-Marino ilə qarşılaşacaq

Əmək və əhalinin sosial müdafiəsi naziri Salyanda vətəndaşların müraciətlərini dinləyəcək

ADAU-nun müəllimləri su təsərrüfatı və ekologiyaya dair yeni kitablar tərtib ediblər

Naxçıvanda vergi daxilolmaları 2,4 faiz artıb

Oğuzda “Abad məhəllə” layihəsinin icrasına başlanılıb, davamı olacaq VİDEO

Oğuzda “Abad məhəllə” layihəsinin icrasına başlanılıb, davamı olacaq VİDEO

Mayda Milli Ödənişlər Sistemində Ani Ödənişlər Sisteminin payı 54 faizə çatıb

Yaponiya və Cənubi Koreya 9 ildən sonra ilk dəniz xilasetmə təlimi keçirib

Azərbaycan nefti 100 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 100 dollardan baha satılır VİDEO

Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" işə başlayıb VİDEO

Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" işə başlayıb VİDEO

Çinin xarici ticarəti 15,3 faiz çoxalıb

Oğuzda gənclər üçün “Bir gün bir könüllü gənc” layihəsi başlayır

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Tramp: Yaxın iki həftə ərzində İranla yekun razılaşmanın əldə olunacağını gözləyirəm

Vens: ABŞ İsrailin mövqeyindən asılı olmayaraq İranla razılaşma əldə etməyə çalışacaq

Filippinin cənubunda baş verən zəlzələdə ölənlərin sayı 37-yə çatıb VİDEO

Filippinin cənubunda baş verən zəlzələdə ölənlərin sayı 37-yə çatıb VİDEO

Tacikistanın ən böyük buzlağına yeni rəsmi ad verilib

İsveçdə kişilər və qadınlar arasında gəlir bərabərliyinə nail olmaq üçün daha 37 il tələb olunur

Biotexnoloqlar ilk dəfə insanın qaraciyər hüceyrələrini “cavanlaşdırdıqlarını” açıqlayıblar

ABŞ ordusu İrana gedən tankeri zərərsizləşdirib

İranda 4,9 bal gücündə zəlzələ baş verib

Tramp Netanyahuya İranla münaqişəni yenidən alovlandırmamaq barədə xəbərdarlıq edib

Polis şadlıq saraylarından birinin qarşısında baş verən insidentlə bağlı açıqlama verib

Netanyahu: İsrail İrana zərbə endirməyi dayandırıb, lakin hər hansı hücuma cavab verəcək

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 100-ü ötüb

Qalibaf: İranın məqsədi münaqişəyə son qoymaqdır

“Axios”: Zelenski Vitkoff və Kuşnerlə telefon danışığı aparıb

Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir

ABŞ “Alibaba”, BYD, “Nio” və digər Çin texnologiya şirkətlərini qara siyahıya salıb

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb