BAKIDA “BELARUS” MEBEL EVİ AÇILACAQDIR
Belarus Respublikasının ölkəmizdəki səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, mayın 16-da Azərbaycanda ilk “Belarus” mebel evinin açılışı olacaqdır. Belarus istehsalçıları yeni ticarət müəssisəsinin sərgi pavilyonlarında öz məhsulunu təqdim edəcəklər.
Mebel evinə gələnlər palıd ağacından və şponundan klassik və müasir üslubda hazırlanmış, o cümlədən şkaflar, vitrinlər, tumbalar və yumşaq mebellərlə tanış olacaqlar.