İQTİSADİYYAT
Bakıda BMW 6-cı Seriya Kupenin təqdimatı keçirilmişdir
Bakı, 15 oktyabr (AZƏRTAC). BMW AG-nin Azərbaycandakı rəsmi idxalçısı “İmprotex Motors” şirkəti Bakıda Bavariya konserninin yeni təmtəraqlı modelinin - BMW 6-cı Seriya Kupenin (BMW 650i) rəsmi təqdimatını keçirmişdir.
AZƏRTAC xəbər verir ki, yeni BMW 6-cı Seriya Kupenin dizaynı, əvvəlki modellə müqayisədə gücləndirilmiş hərəkət dinamikası, komfortu və həcmi ona əlavə üstünlük verir.
Yeni BMW 6-cı Seriya Kupe üçün V-8 silindrli və I-6 silindrli sıra mühərrik seçimi təklif olunur. Hər iki ötürücü qurğu nadir konstruktiv əlamətlərə malikdir və avtomobil ikiqat turbo üfürmə funksiyası ilə təchiz olunmuşdur.
BMW 650i Kupe avtomobili yerindən 100 km/saat sürəti 4,9 saniyəyə yığa bilir. Avtomobilin maksimal gücü elektronikanın köməyi ilə 250 km/saat sürət səviyyəsində məhdudlaşdırılır.