İQTİSADİYYAT
Bakıda Çin şirkətlərinin məhsullarının sərgisi açılıb VİDEO





Bakı, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 28-də Bakı Ekspo Mərkəzində “Çin şirkətləri və məhsulları sərgisi”nin açılışı olub.
AZƏRTAC xəbər verir ki, sərgidə müxtəlif sahələri təmsil edən 100-dən çox Çin şirkətinin məhsulları təqdim edilir.
Sərginin açılış mərasimində Çin səfirliyinin nümayəndəsi çıxış edərək iki ölkə arasında bütün sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini qeyd edib.
Bildirilib ki, Bakıda qabaqcil Çin şirkətlərinin iştirakı ilə keçirilən sərgilər də Çin-Azərbaycan əməkdaşlığının bariz nümunəsidir.
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov iki ölkə arasında iqtisadi əməkdaşlığın böyük potensiala malik olduğunu vurğulayıb. O, gələcəkdə bu əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən digər məruzəçilər də ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin inkişafından söz açaraq, bu əməkdaşlığın geniş potensiala malik olduğunu söyləyiblər.
Qeyd edək ki, sərgidə iştirak edən Çin şirkətləri Azərbaycanda topdan alıcılar, tərəfdaşlar və distribütorlar axtarır. Tədbirin təşkilatçıları “Shanghai Kanchen Exhibition Co.LTD” və “International Club of Manufacturers, Exporters and Importers LLC” şirkətləridir.