CƏMİYYƏT
Bakıda “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı forum keçirilir

















Bakı, 6 dekabr, AZƏRTAC
Dekabrın 6-da Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Beynəlxalq Bakı Forumu keçirilir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə ANAMA stendinin təqdimatı olub.
Konfrans Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra Azərbaycanda minatəmizləmə fəaliyyəti ilə bağlı film nümayiş etdirilib.
Forumda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, Ombudsman Aparatı rəhbərinin müavini Rəşid Rumzadə, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndirici Ofisinin rəhbəri Kanako Mabuçi, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, QHT-lər və media nümayəndələri iştirak edirlər.