Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda GLOBE Şəbəkəsinin 6-cı Plenar iclasının açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Bakı, 20 may, G.Türksoy, G.Mahmudlu, AZƏRTAC

Mayın 20-də Bakıda BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq-Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GLOBE Şəbəkəsi) 6-cı Plenar iclasının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində Baş prokuror Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin iclas iştirakçılarına müraciətini oxuyub.

Tədbirdə çıxış edən Baş prokuror bildirib ki, Azərbaycan son illər qlobal təşəbbüslərə ev sahibliyi edən mühüm beynəlxalq mərkəzə çevrilib. Təkcə ötən il ölkəmiz BMT-nin COP29 İqlim Konfransına və Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik toplantısına ev sahibliyi edib, hüquq-mühafizə orqanlarının ətraf mühit cinayətlərinə qarşı mübarizəsinə dair yüksəksəviyyəli sessiya da daxil olmaqla, bir sıra vacib tədbirlər uğurla təşkil olunub: "Azərbaycan GLOBE Şəbəkəsinin fəal üzvü olaraq bu platformanı yüksək qiymətləndirir. Bu şəbəkə beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə, dürüstlüyün təşviqinə və transmilli korrupsiyaya qarşı birgə mübarizəyə töhfə verir. Bu təşəbbüsün yaranması və inkişafında Səudiyyə Ərəbistanı Krallığının və xüsusilə bu ölkənin korrupsiyaya qarşı mübarizə orqanı olan “Nazaha” təşkilatının əvəzsiz rolu olub. Biz bu mühüm qlobal təşəbbüsə verdikləri töhfəni və göstərdikləri liderliyi yüksək dəyərləndiririk".

Sonra "Dəyərləri rəhbər tutaraq dürüstlüklə idarə olunur - Azərbaycanın korrupsiyaya qarşı mövqeyi" adlı videoçarx nümayiş etdirilib.

Daha sonra BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) Korrupsiya və İqtisadi Cinayətlər Şöbəsinin rəhbəri Bricit Strobel-Şou çıxış edərək deyib: “Bu gün korrupsiyaya qarşı mübarizəyə sadiqliyimizi buradan vurğulayırıq. Korrupsiya sərhəd tanımır, qanunvericiliyin boşluqlarında gizlənir. Əməkdaşlıq isə ən güclü şəbəkədir. Buna görə də korrupsiyanın qarşısını almaq üçün hər şeyi etməliyik. Bizim bu sessiyalar zamanı bilikləri bölüşmək imkanımız yaranacaq. Burada, həmçinin qanunvericilik prioritetlərini müəyyən edə bilərik. Bu platforma müvafiq orqanlar arasında əlaqələrin qurulması üçün vacibdir".

Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya qarşı Mübarizə Qurumunun prezidenti Mazin Bin İbrahım Əl-Kahmus bildirib ki, sərhədlərarası korrupsiya cinayətləri ilə mübarizə yalnız bütün dünyada korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının BMT-nin GLOBE Şəbəkəsinin çətiri altında birgə və həmrəy fəaliyyəti ilə mümkün ola bilər. Onun sözlərinə görə, son illərdə şəbəkənin üzvlərinin genişləndirilməsi və müxtəlif beynəlxalq platformalarda potensialının gücləndirilməsi istiqamətində səylər artırılır: “Bu, xüsusilə BMT-nin Korrupsiyaya qarşı mübarizə Konvensiyasına tərəfdar dövlətlər konfransının qərarları, həmçinin G20 liderləri və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin verdiyi siyasi bəyanatlar vasitəsilə özünü göstərir. Fürsətdən istifadə edərək, üzv dövlətləri üzv olmayan ölkələri tez bir zamanda şəbəkəyə qoşulmağa təşviq etməyə və onun faydalarından tam şəkildə yararlanmağa çağırıram".

Çıxışında bu gün qarşıda mühüm məsələlərin müzakirəsinin dayandığını diqqətə çatdıran GLOBE Şəbəkəsinin İdarəetmə Komitəsinin sədr müavini Boni de Moraes Soares fikirlərinə belə davam edib: "Növbəti günlərdə GLOBE Şəbəkəsinin nailiyyətləri barədə düşünəcəyik. Qeyd etməliyəm ki, GLOBE Şəbəkəsinin sənədlərində ümumi sadiqliyimiz əks olunur”.

B.Moraes Soares GLOBE Şəbəkəsi üçün birbaşa, sürətli şəkildə, maneələr olmadan əməkdaşlığın aparılmasının vacibliyini vurğulayaraq, əlaqələrin daha da gücləndirilməsinə çağırış edib.

GLOBE Şəbəkəsinin İdarəetmə Komitəsinin sədri Nasser Abaalkail isə qeyd edib ki, korrupsiya sərhəd tanımırsa, bu, bizim ədalət prinsiplərinə sadiqliyimizi daha da gücləndirməlidir. Bildirilib ki, 2021-ci ilin iyununda təsis olunduqdan sonra GLOBE Şəbəkəsi dünyanın hər bir regionunda olan müvafiq orqanları bir araya gətirib: "Hamımızın qarşısında duran məqsəd eynidir. Əməkdaşlığımız korrupsiyadan daha güclü olmalıdır. Birgə gedilən yol son illərdə çox gözəl nəticələr verir. Şəbəkəmizə həm təcrübə aparanlar, həm də digər mütəxəssislər qoşulub. Qarşımızda aydın əməliyyat məqsədi var. Sürətlə işlərimizi apararaq hərtərəfli şəkildə əlaqələr quraq və qərarlar qəbul edək. Bu gün biz yolumuzu davam etdiririk. Növbəti günlər ərzində yeni imkanları nəzərdən keçirəcəyik. Biz baxacağıq ki, innovasiya və texnologiya işimizi hansı şəkildə gücləndirə bilər, ölkələrdə yaşayan vətəndaşlar korrupsiyadan necə qurtula bilər və mübarizə hansı şəkildə aparılmalıdır, oğurlanmış vəsaitlər necə qaytarılmalıdır, bu işlər cəmiyyət üçün hansı real nəticə verməlidir? Beynəlxalq əməkdaşlıq daha sürətli və effektiv şəkildə necə aparıla bilər? Gündəliyə nəzər salsaq görə bilərik ki, orada zəmanəmizin reallığı əks olunub. Korrupsiyanın özü də adaptasiyaya uğrayır. Onda biz də bunu etməliyik. Süni intellekt, sürətli maliyyə tranzaksiyaları və ortaya çıxan iri cinayət növləri. Bütün bunlar uzaqda duran bir çağırış deyil, onlar bu günün reallığıdır. Texnologiya, vəsaitlərin qaytarılması və beynəlxalq hüquqi əməkdaşlıq kimi mövzular ətrafında müzakirələrdə seçim olmalı deyil. Biz hər zaman bir addım öndə olmalıyıq".

GLOBE Şəbəkəsinin icraçı katibi, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Hüquq-mühafizə orqanları və strateji şəbəkələr departamentinin rəhbəri Nil Uolş Plenar iclasın iştirakçılarına videomüraciət ünvanlayıb. Beynəlxalq tədbirə ev sahibliyi etdiyi üçün Azərbaycan Baş Prokurorluğuna minnətdarlığını ifadə edən Nil Uolş korrupsiya ilə bağlı məsələlərin həlli üçün fərqli yolların nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb. "Burada kəşfiyyat və digər proseslər üzərində müzakirələr aparacaq, öz işimizi tənzimləmək üzərində çalışacağıq. Azərbaycana bu tədbirin təşkilinə görə çox minnətdarıq. Mən nəticələri eşitmək üçün səbirsizlənirəm və ümid edirəm ki, növbəti dəfə şəxsən görüşəcəyik", - deyə o bildirib.

Açılış mərasimdən sonra Plenar iclasın gündəliyi qəbul edilib.

Sonra GLOBE Şəbəkəsinin Katibliyi tərəfindən qurumun fəaliyyəti ilə bağlı geniş hesabat təqdim olunub. Hesabatda yeni üzv qurumlarla bağlı məlumat, şəbəkənin İşçi qruplarının fəaliyyəti, regional ofislərin rolu, qarşılıqlı hüquqi yardım alətləri və texnoloji kommunikasiya mexanizmlərinin istifadəsi ətraflı şəkildə iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Ardınca Çin Xalq Respublikasının Milli Nəzarət Komissiyasının təşəbbüsü ilə “Korrupsiyaya qarşı hüquq- mühafizə orqanlarının əməkdaşlığı” mövzusunda sessiya olub. Sessiya Pekin Konsensusunun icrasına həsr olunub. Sessiyada Azərbaycan Çin, Malayziya, Rusiya və İndoneziyanın müvafiq qurumlarının nümayəndələri çıxış edərək öz ölkələrinin təcrübələrini bölüşüblər. Azərbaycanı bu sessiyada təmsil edən Natiq Eyvazov cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahəsində əldə olunmuş təcrübə və qarşıya çıxan çətinliklər barədə danışıb.

Daha sonra “Korrupsiya cinayətlərinin istintaqında texnoloji alətlərin praktiki tətbiqi” mövzusunda sessiya keçirilib. Sessiyada çıxış edən nümayəndəmiz Elşən Orucov süni intellekt və rəqəmsal texnologiyaların istintaq prosesində istifadəsinin üstün və zəif cəhətləri barədə fikirlərini bölüşüb. Sessiyada Qətər, Çili, Sinqapur, Rusiya və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri də öz ölkələrinin təcrübələri barədə məlumat veriblər.

Plenar iclas beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qabaqcıl təcrübə mübadiləsi və korrupsiyaya qarşı mübarizədə effektiv yanaşmaların formalaşdırılması baxımından əhəmiyyətli platforma kimi dəyərləndirilib.

Qeyd edək ki, tədbirdə 92 ölkədən 120-dən çox dövlət qurumu, o cümlədən 21 prokurorluq, 53 müstəqil antikorrupsiya qurumu və 16 beynəlxalq təşkilatdan ümumilikdə 300-dən artıq nümayəndə fiziki, 60-dan artıq iştirakçı isə onlayn formatda iştirak edir. Tədbirə müxtəlif ölkələrin hüquq-mühafizə orqanlarını təmsil edən 50-yə yaxın rəhbər vəzifəli şəxslər qatılıb. Əsas mövzusu “Korrupsiyaya qarşı mübarizədə yeni texnologiyalar və süni intellektin tətbiqi imkanları” olan Plenar iclasda korrupsiya nəticəsində əldə edilmiş vəsaitlərin müsadirəsi, əldə olunmuş aktivlərin birbaşa bərpası, maliyyə əməliyyatlarında şübhəli əməliyyatların dayandırılması, cinayət prosesində bank hesablarının sürətli dondurulması üzrə beynəlxalq əməkdaşlıq, korrupsiyaya qarşı mübarizədə ictimai maarifləndirmə və digər altmövzular üzrə panel, sessiya və paralel tədbirlərdə 100-dən artıq çıxış nəzərdə tutulur. Eyni zamanda, Plenar iclas çərçivəsində Azərbaycan Respublikası Prokurorluğunun təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar, habelə ölkəmizin COP29-a sədrliyi ilə bağlı ekoloji hüquqpozmalara qarşı mübarizə ilə bağlı xüsusi sessiya və paralel tədbirlər də keçiriləcək. Bundan başqa, tədbirdə çoxsaylı ikitərəfli görüşlərin keçirilməsi və qarşılıqlı əməkdaşlığa dair memorandumların imzalanması planlaşdırılır.

Beynəlxalq tədbir mayın 23-dək davam edəcək.

Bakıda GLOBE Şəbəkəsinin 6-cı Plenar iclasının açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan məktəblərində “Son zəng” qeyd olunur

Kanadalı alimlər yeni tirannozavr növü aşkar ediblər

Misir yanacağa olan ehtiyacının təmini ilə bağlı fəaliyyət planını müzakirə edib

Marsda “gizlənmiş” vulkan aşkar edilib

Beyləqanda bazar ərazisində baş verən yanğın söndürülüb YENİLƏNİB

Praqa NATO-nun büdcəsinin artırılması tərəfdarıdır

Şəkər əvəzedicisi beyin damarlarına zərər verə və insult riskini artıra bilər - TƏDQİQAT

Zaqatalada piyadanın ölümü ilə nəticələnən qəza olub

Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyindəki rolu müzakirə olunub

Azərbaycanın cənub sərhədlərində radiasiya fonunda çirklənmə aşkarlanmayıb – BİRGƏ MƏLUMAT

İrandan İsrailə ən azı 100 raket atılıb, onların əksəriyyəti vurulub

Qrossi: İsrailin zərbəsi İranın uranın zənginləşdirilməsi obyektinə 60 faiz ziyan vurub

MAQATE rəhbəri: İranın Natanzdakı nüvə obyektlərində radioloji çirklənmə aşkarlanıb

Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi ilə əlaqədar Almaniyada təhlükəsizlik tədbirləri gücləndirilib

İraq BMT TŞ-yə İsraildən şikayət ünvanlayıb

Filarmoniyada Milli Qurtuluş Gününə həsr olunmuş konsert keçirilib

ETX: “Azərpoçt”un adından dələduzluq halları son vaxtlar daha da artmaqdadır

Türkiyənin dövlət rəsmilərinin İsrail-İran gərginliyi ilə bağlı iclası keçirilib

Putin İran və İsrail rəhbərliyi ilə telefon danışığı aparıb

Auditorlar Palatasında “15 iyun - Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirilib

Azərbaycan voleybol milliləri növbəti oyunlarına çıxıblar

“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı başlayır

Energetika nazirinin müavini NATO-nun mənzil-qərargahında olub

III MDB Oyunlarının Təşkilat Komitəsinin ikinci iclası keçirilib

® Beynəlxalq ekspert-dequstator: Pivənin “Carlsberg Azerbaijan” zavodunda hazırlanması keyfiyyətin təminatı deməkdir

Naxçıvan Hərbi Kollecində Milli Qurtuluş Günü qeyd edilib

Qazaxda 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş “Qurtuluşun əbədi müəllifi” adlı tədbir keçirilib

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən 13 inzibati xəta üzrə protokol tərtib edilib

Daha 1200 həlak olmuş ukraynalının cənazəsi vətənə qaytarılıb

Üç avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri müəyyən edilib

Türkiyənin Qızıl Aypara Cəmiyyəti qan donoru üzrə dünyada üçüncü olub

Levon Mnatsakanyan: Silahları Ermənistan silahlı qüvvələrindən onların tərkib hissəsi kimi alırdıq – MƏHKƏMƏ

Gürcüstan Azərbaycandan 330 milyon kilovat-saata qədər elektrik enerjisi alıb

Daha bir qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

Şamaxıda “Suverenliyə aparan Qurtuluş Yolu” adlı tədbir keçirilib

Babək rayonunda yerləşən kafenin fəaliyyəti ciddi nöqsanlara görə dayandırılıb

İsrail-İran gərginliyi fonunda Romada təhlükəsizlik tədbirləri gücləndirilib

15 İyun Azərbaycan tarixində dövlətçilik iradəsinin təntənəsidir - RƏY

Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırıb

Kahramanmaraşın Azərbaycan məhəlləsində yollar abadlaşdırılır

Tərtərdə elmi-praktik konfrans: “Qurtuluşdan Zəfərə aparan yol”

“Tomas Qolts: Neft Odisseyası” sənədli filminin təqdimatı keçirilib

Xüsusi qabiliyyət imtahanlarına start verilir

Azərbaycan Tibb Universiteti və İdman Akademiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb

Dövlətçilik tariximizin dirçəliş mərhələsi ŞƏRH

Dövlət Komitəsinin sədri Sabirabadda vətəndaşların müraciətlərinə baxacaq

Milli Qurtuluş Günü - Azərbaycanın bugünkü reallıqlarının və gələcək hədəflərin başlanğıcı

Hökumətlərarası təqaüd proqramı çərçivəsində Macarıstanda 130 nəfər Azərbaycan vətəndaşı təhsil alacaq

“At gücləri” bir arada - klassik avtomobil yürüşü və çövkən yarışı olacaq

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İrandakı mövcud vəziyyətlə bağlı bəyanat yayıb

Azərbaycan tennisçiləri “Davis Cup” turnirində pley-offa yüksəliblər

Sumqayıt və Bərdədə yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarlanıb

® “PAŞA Holdinq”in təşkilatçılığı ilə “Business Talks by PASHA Holding” platformasının ilk tədbiri baş tutub!

Cəmşid Naxçıvanski adına hərbi liseydə buraxılış mərasimi keçirilib

Polşanın yeni səfiri etimadnaməsinin surətini xarici işlər naziri Ceyhun Bayramova təqdim edib

FHN SOCAR-da maarifləndirmə tədbiri keçirib

ADU-da Çin universitetləri ilə təhsil əlaqələrinin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Kimlərin müavinət və təqaüdləri artırıldı? VİDEO

Kimlərin müavinət və təqaüdləri artırıldı? VİDEO

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi

Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan-Zəfərə” adlı tədbir keçirilib

Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı səhifəsidir ŞƏRH

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 65-ci plenar sessiyası keçiriləcək

Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Azərbaycanın müdafiə naziri və Özbəkistanın Təhlükəsizlik Şurasının katibi regional məsələləri müzakirə ediblər

Naxçıvanda Respublika elmi konfransı - “Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və böyük qayıdış”

“Yuventus” baş məşqçisi ilə müqaviləni uzadıb

FHN-in Şimal Regional Mərkəzi seminar-müşavirə keçirib

Milli Qurtuluş Günü xalqımızın yaddaşından heç vaxt silinməyəcək ŞƏRH

Rəqəmsallaşan relslər: Azərbaycanın strateji irəliləyişinə aparan yol

Şirvanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində seminar keçirilib

Nazir müavini: Taxıl biçininin qısa müddətdə və məhsul itkisinə yol verilmədən həyata keçirilməsi ilə bağlı tədbirlər planı hazırlanıb

Azərbaycanın futbol mütəxəssisləri Avropa çempionatını izləyirlər

Stiv Cobsun məşhur çıxışının 20 illiyi münasibətilə arxiv materialları paylaşılıb

Cevdet Yılmaz: Türkiyədən Suriyaya qayıdanların sayı 270 mini keçib

Stefano Pioli yenidən İtaliyaya qayıdır

Prezident Kitabxanasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan tərəfi İrandan təxliyələrin həyata keçirilməsinə dəstək göstərir

Dövlət Komitəsində xarici jurnalistlərlə görüş keçirilib

Qanunvericiliyi pozan taksi şirkəti cərimələnib

Paytaxtda ifşa olunmamaq üçün otellərdə gecələyən narkotacir saxlanılıb

İordaniya hökuməti: Ölkə heç bir münaqişə üçün döyüş meydanı olmayacaq

Polşanın nüfuzlu “Wnet” radiosu Qərbi Azərbaycan barədə material hazırlayıb

Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə infotur təşkil olunub

Azərbaycan ilə Özbəkistan arasında əmək və məşğulluq sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub

Ali Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üç məsələni plenar iclasa tövsiyə edib

Mark Zukerberq rəqiblərinə çatmaq üçün süni intellekt üzrə yeni ekspert komandası formalaşdırır

Abel Məhərrəmov: Qərbi Azərbaycana qayıdış ideyası dövlətçilik ideologiyasının bir hissəsinə çevrilir

BDU-da Milli Qurtuluş Günü qeyd olunub

Avropa çempionatının qalibi olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Barselonada “Azərbaycanın rəngləri: Multikulturalizm diyarı” adlı fotosərgi açılıb

“Real Madrid” 17 yaşlı argentinalı futbolçunu transfer edib

Şirvanda “Məşğulluğa dəstək layihəsi” ilə bağlı növbəti məlumatlandırma tədbiri keçirilib

Laçın şəhərinin Baş planı təsdiqlənib

İrana qarşı hərbi əməliyyat fonunda İsrailin xarici ölkələrdə səfirlikləri fəaliyyətini dayandırıb

“Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş Prokurorluq: Beynəlxalq axtarışda olan Elçin Təhməzovun ölkəmizə gətirilməsi ilə bağlı zəruri tədbirlər davam etdirilir

Azərbaycanın müdafiə naziri Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağlı başsağlığı verib

Azərbaycan təmsilçisi Sloveniya klubu ilə əməkdaşlığa başlayıb

Qarabağ Dirçəliş Fondunun layihələri və tərəfdaşlıq imkanları təqdim olunub